Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-251/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “birgə nikahdan dünyaya gəlmiş uşaqların atanın himayəsinə verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı Cavabdeh qarşı “birgə nikahdan dünyaya gəlmiş uşaqların atanın himayəsinə verilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-165/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X11 atası Cavabdeh himayəsinə verilməsi, mediasiya prosesinin keçirillməsi üçün ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin və əlavə olaraq iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq X15 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el-adət ənənəsi ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X19 adlı övladları dünyaya gəlmişdir.Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-165/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozularaq, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 onun yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat cəmi 386 manat sabit sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X20 verilməsi qət edilmişdir. Əlavə olaraq qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2578/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(010)-165/2023 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı 193 manatdan 200 manatadək artırılmışdır. Alimentin sabit pul məbləğində, yəni hər uşaq üçün 220 manat olması üçün Appelyasiya məhkəməsinə müraciət etsə də, təmin olunmamışdır. Cavabdeh alimenti (saxta yola düzəltdiyini2-ci qrup əlillik) üzrə dövlətdən aldığı pensiya hesabına ödəyir, yerdə qalan məbləği isə hal-hazırda işləməyinə və imkanının yaxşı olmağına baxmayaraq şəxsi öz qazancından iki uşağa birlikdə cəmi 101 manat ödəyir. Cavabdeh hər ay müəyyən olunmuş hər uşaq üçün 200 manat cəmi 400 manat sabit pul məbləğində alimenti ödəsə də, o bu pulla övladlarını saxlaya bilmir. Hər ay 200 manat sabit pul məbləğində aliment bir uşağın heç aylıq qidalanmasına doğru düzgün çatmır. Hər ikisi məktəblidir. Həmçinin böyük qızı xx.xx.2008-ci il təvəllüdlü X16 onunla yaşamaq istəmədiyini bildirir və demək olar ki, hər gün atası Cavabdeh yaşadığı evə gedərək, orada qalmaq istədiyini bildirir. X16 hal-hazırda ali məktəbə qəbul olmaq üçün çalışır. Bunun üçün sinif yoldaşları kimi o da repititorlar yanına getmək istəyir. Lakin, buna onun maddi imkanı yoxdur ki, onu repititor yanına qoysun. Səbəb odur ki, onun birgə nikah dövründə əldə edilmiş və hələ də ödənilməmiş külli miqdarda 98.000 manat icraya yönəlmiş borcu və hal-hazırda banklara faizləri ilə birlikdə aktiv olan 40000-dən çox kredit borcu var. Səhhəti ilə əlaqədar olaraq o, halhazırda işləmir və 3-4 il də işləyə bilməz. Bir ana olaraq yuxarıda qeyd etdiyi hallar onu çox narahat edir. Belə ki, o həm Cavabdeh tərəfindən ödənilən aliment pulu ilə uşaqlarını saxlaya bilmir, həm də böyük qız övladının onu istəməyərək atasının yanında qalmaq istəməsi onu çətin duruma salır. X3 artıq 15 yaşı var və o, atası ilə qalmaq istədiyini ona hər dəfəsində təkrarlayır. Onun bu istəyinə o heç cürə qarşı çıxa bilmir. O, atasını sevdiyini, atasının yanında qalmaq istədiyini bildirərək, onun qaldığı evə getmək istəyir. Digər övladı X19 da bacısından ayrı qala bilmir. Buna görə də hər iki övladının atasının himayəsinə verilməsini xahiş edir. Həmçinin qeyd edir ki, iddia ərizəsində göstərilən tələblə əlaqədar olaraq problemin mediasiya vasitəsi ilə həll olunması üçün aidiyyat üzrə mediasiya qurumuna müraciət etdə də, cavabdeh tərəfin mediasiya prossesindən yayındığı üçün mediasiya baş tutmamışdır və bununla əlaqədar olaraq mediasiya təşkilatından mediasiya sessiyasında iştirakı təsdiq edən almışdır. Cavabdehin etirazı. Cavabdeh xx.xx.2023-cü il tarixində məhkəməyə iddia ərizəsinə etiraz ərizəsini yazaraq bildirmişdir ki, o, 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə İddiaçı ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Onlarin rəsmi nikahlarından 2008-ci il Nuranə, 2015-ci il Aylın addlı iki qız övladları anadan olmuşdur. Belə ki, xasiyyətləri uyğun gəlmədiyi üçün (ailə daxili münaqişələr səbəbindən) 2023-cü ildə Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş azyaşlı uşaqlar ananın himayəsində qalmaqla aliment müəyyən edilmişdir. İddiaçı Quliyeva Nazli tərəfindən 7 iyul 2022-ci ildə onunla yaşadığı M.Hadı ev 23, mənzil 22 ünvanından vəhşicəsinə döyülərək gecə saat 2-3 radələrində qovalanmışdır. O, 2-ci qrup əlildir və təqaud alır. Bildirir ki, bütün bunlar azmış kimi Nazlı 8 iyul 2022-ci ildə az təminatlı iş yerinə gələrək ictimai yerdə onu döymüş, nəlayiq küçə söyüşləri ilə təhqir edərək onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Onun bu hərəkətləri Səbail rayon Polis İdarəsində araşdırılmışdır. O, hümanistlik edərək keçmiş həyat yoldaşını bağışlamışdır. Bu hadisədən sonra Nazlı ona qarşı daha da aqresiv münasibət bəsləyərək guya o öz qızını və baldızınl qızını zorlamağı barəsində Xətai rayon polisinə rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət Xətai rayon polis İdraəsində arşdırılaraq iş üzrə ekspertiza təyin olunmuş və şikayət öz təsdiqini tapmadığı üçün Xətai rayon polisinin xx.xx.2022-ci il tarixli tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sonradan Nazlı “nəsilin adını ucaldanlar” (051)637 20 39 sosial şəbəkə qrupu yaradaraq onları nalayıq küçə şöyüşləri ilə təhqir etməyə başlamışdır. Onu da bildirir ki, xx.xx.2023-cü il ildə Xətai Məhkəməsindən çıxan zaman Nazlı, atası Vaqif, anası Minarə, atası Məhərrəmov Ələsgəri vəhşicəsinə döyərək, ciddi bədən xəsarətləri yetirdikləri üçün koma vəziyyətinə düşmüşdür. Bununla əlaqədar olaraq Daxili İçlər Nazirliyinin 102 məlumat mərkəzinə müraciət etdikdən sonra şikayəti Xətai rayon polisinin 34-cü polis bölməsində araşdırılmışdır. Nazlı dəfələrlə müvəqqəti yaşadığı ünvana gələrək yüksək səslə qonşularının yanında ailə üzvlərini nəlayiq söyüşlərlə təhqir etmişdir. Hətta qonşuları bu barədə polis bölməsində izahat vermişdir. Xüsusi ilə qeyd edir ki, Nazlı onlara hədə-qorxular gələrək müxtəlif yalan bəhanələrlə Xətai raon Məhkəməsinə müraciət etmişdir. Hər dəfə onun şikayəti əsassız hesab edilərək rədd edilmişdir. Hazırda mülki iş üzrə əmlak bölgüsü iş №2(102)- 4180/2023 saylı işləri X14 Məhkəməsinin mülki kollegiyasında baxılmaqdadır. Bildirir ki, hazırda birgə nikah dövründə, hətta atasının ona bağışladığı 2 otaqlı evin pulu ilə alımış 4 otaqlı ev və Suraxanı rayonu 1 otaqlı ev Nazlının himayəsindədir. Öz halal evləri ola-ola o küçələrdə yaşamaq məcburiyyətindədir. İddiaçı “birgə nikahdan dünyaya gəlmiş uşaqları atanın himayəsinə veriməsinə dair iddiasını əsasız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizələri. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, övladı xx.xx.2015-ci il təvəllüdlü X21 atasını sonuncu dəfə qəyyumluqda gördükdən sonra onunla qətiyyətlə qalmaq istəmədiyini bildirmiş, hər gün iddiaçı ilə birlikdə qalmaq istdədiyini bildirərək saatla ağlamışdır. Hətta gecələr yuxudan yarımçıq oyanıb ağlayaraq gəlib onunla birlikdə yatır. Anasından ayırarlar deyə qorxusundan məktəbə belə iddiaçı ilə gedib-gəlirdi. Lakin, digər övladı xx.xx.2008-ci il təvəllüdlü X16 isə əksinə, atasının himayəsində qalmaq üçün hər gün mübahisə edir. Hər gün evdə bu barədə söz-söhbət olur. Onu atasına verməsə, öz canına qəsd edəcəyini bildirir. Bu barədə o narahat olub psixoloqa belə müraciət etmişdir. Nuranə yetkinlik yaşında olduğu üçün o, onunla heç cürə bacara bilmir. Psixoloq da senaslardan sonra bildirir ki, bu yaşda olan uşaqların istəyi mütləq nəzərə alınmalıdır. Yoxsa sonu faciə ilə bitə bilər. X1 onun himayəsinə, digər övladı X2 isə atası X4 himayəsinə verilməsi barəsində qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, övladları Məhərrəmova Nuranə və Məhərrəmova Aylin ataları tərəfindən qəyyumluğa və himayəyə təqdim etdiyi ərizəni, yəni övladlarından notariat qaydada imtina etdiyi sənədi gördükdən sonra atalarına nifrət edib və iddiaçı ilə qalmaq qərarı aldılar. Buna görə də irəli sürdüyü iddiadan imtina edir. Övladlarının onun himayəsində qalmağı ilə bağlı işə iştirakı olmadan baxılmasını xahiş edir. Tərəflərin izahatları. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X22 iddia tələbini qəbul etmədiklərini, oğlunun 2-ci qrup əlil olduğunu və yaşayış yeri olmadığını bildirmisdir. İş üzrə maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB 2-03490/2023 nömrəli xx.xx.2023-cü il tarixdə verilmiş “X25 iştirak edilməməsi barədə” Arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında 1-ci tərəf İddiaçı gəlmiş, 2-ci tərəf Cavabdeh ilkin mediasia sessiyasında iştirak etməmişdir. İMS görə 60 manat məbləğində xərc İddiaçı tərəfindən ödənilmişdir. Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı 213755 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, X16 (atası Cavabdeh, anası X27) xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 103 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİ seriyalı 624662 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, X19 (atası Cavabdeh , anası X27) xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 6042 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı X27 ilə Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2007-ci il tarixində 4671 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nkahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X8 iddiaçı X12 yanında qalmaları müəyyən edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(010)-18/2022 qərardadı ilə tutulan aliment nəzərə alınmaqla) Cavabdeh tutularaq iddiaçı X15 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2758/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(010)- 165/2023 saylı qətnaməsi əsasında 14 noyabr 2008-cı il təvəllüdlü X3 və 23 sentyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X12 xeyrinə tutulan aliment miqdarı artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 14 noyabr 2008-ci il təvəllüdlü X3 və 23 sentyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X12 xeyrinə hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 50 manat mediasiya xərci tutularaq iddiaçı X15 ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4210/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı X12 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdi. xx.xx.2023-cü il tarixli e101910/2023-1-35-9 Xətai rayon İcra şöbəsinin Xətai rayon Məhkəməsinə göndərdiyi məlumatdan görünür kİ, 2(011)-1065/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikasi Qanununun 8.3-cü maddəsinə əsasən icraata başlanılmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-1035/2023-009 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icraya başlamaq haqqında qərar barədə məlumat borclunun ünvanına bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Kredit Bürosu MMC-nin çıxarışından görünür ki, İddiaçı 23,244.61 manat aktiv kredit borcu vardır. SER TSE-01№ 498694 012286 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, Cavabdeh uşaqlıqdan 2-ci qrup əlildir. Müayinə tarixi xx.xx.2008. 25 iyul 2022-ci il tarixli 08 nömrəli X10 İnkişaf Mərkəzinin arayışından görünür ki, X28 8 iyul 2022-ci il tarixində X10 İnkişaf Mərkəzinə müraciət edib və 3 psixoloji konsultasiyada iştirak edib. Müraciət edən zaman X13 həyəcan, təşviş pozuntusu müşahidə olunmuşdur. Konsultasiya zamanı aşkarlanmışdır ki, X27 ailə daxili münaqişə yaşayır və bununla bağlı stress keçirir. Müraciət edərkən bir neçə gün əvvəl güclü stress yaşamış və hal-hazırda emosional pozuntusu, əl titrəmələri və səbrsiz davranışları müşahihə olunmuşdur. Xətai Rayon Məhkəməsinin 1(011)-263/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X12 X5, Cavabdeh Ələskər oğlu, X23 və X24 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-1306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə,X12 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Səbail Rayon Məhkəməsinin 3(009)-1306/2022- saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X17 apellyasiya şikayəti təmin edilməsi qərarı verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(011)-611/2022 saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayətin mümkünlüyü məsələsinə baxılması üçün iş Bakı şəhər Xətai rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Suraxanı rayon Məhkəməsinin 2(010)-4537/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikahdan dünyaya gəlmiş uşaqların atanın himayəsinə verilməsi” tələbi barədə iddia ərizəsinə dair 2(010)-4537/2023 saylı mülki iş xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X8 valideynlərindən hansının (ananın və yaxud atanın) yanında qalmalarının məqsədəuyğunluğu haqqında rəy verilməsi üçün Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi qərara alınmışdır. Azərbyacan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5-20/2-2516/2023 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh övladları X18 ilə X9 onun himayəsinə verilməsindən imtina etdiyi barədə notariat qaydada təsdiq edilmiş ərizəsini nəzərə alaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 atası Cavabdeh himayəsinə verilməsi yetkinlik yaşına çatmayanların mənafeyi baxımından RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məqsədəuyğun hesab edilməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyi üçün Suraxanı rayon məhkəməsinin 2(010)- 165/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş azyaşlı övladları ananın himayəsində saxlanılmaqla 386 manat aliment müəyyən edilmişdir. Sonrdan iddiaçı aimentin artırılması tələbi barədə Xətai rayon məhkəməsinə müraciət etmiş, Xətai rayon Məhkəməsinin qətnaməsi ilə aliment miqdarı artırılaraq 400 manat müəyyən edilmişdir. Hazırda 2-ci qrup əlildir, vəziyyəti günü-gündən pisləşməkdə davam edir. Övladını saxlamaq iqtidarında deyil. Övladlarının onun himayəsinə verilməsindən imtina edir. Onların anaları İddiaçı himayəsində saxlanılması və yaxud dövlətin himayəsində saxlanılmasını xahiş edir. Suraxanı Rayon Hakimiyyətinə Cavabdeh tərəfindən yazılan əzrizənin surətindən görünür ki, keçmiş həyat yoldaşı Suraxanı rayon Məhkəməsinə uşaqların ataya verilməsi ilə müraciət etmişdir. Onların birgə nkahından doğulmuş 2 övladı var. Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə nikahları pozulmuş, övladları xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X19 anası İddiaçı himayəsində saxlanılmışdır Hazırda qeyd etdiyi mülki iş Suraxanı İcra Hakimiyyətinə göndərilmişdir. O, 2-ci qrup əlildir, daimi yaşayış yeri yoxdur. “Tratoya” restoranında ofisant işləyir, hazırda həmin restoranın zirzəmisində yaşayır. Bu səbəbdən yaşayış şəraitinə baxış keçirilməsinə etiraz edir. Uşaqların onun himayəsinə verilməsindən imtina edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 60. Valideynlik hüquqlarının həyata keçirilməsi 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı. ...7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar... 7.6. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur... 7.8. Məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə qeyd edir ki, uşaqların hansı valideynin himayəyə verilməsi ilə əlaqədar mübahisəni həll edərkən, hər şeydən əvvəl uşaqların mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını nəzərə almalıdır. Məhkəmə yuxarıda təsvir olunanları və işin faktiki hallarını, o cümlədən məsələyə dair Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının rəyini də nəzərə almalıdır. Bu səbəbdən məhkəmə iş üzrə bütün sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Tərəflər birgə nikaha daxil olmuş, xasiyyətləri uyğun olmadığı üçün nikahları 2023-cü ildə pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X19 ananın himayəsinə verilmişdir. Qısa bir müddət keçdikdən sonra, həmin ilin oktyabr ayında, iddiaçı uşaqların atanın himayəsinə verilməsini tələb etmişdir. Bildiyimiz kimi, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Lakin, iddiaçı heç bir yeni əsas gətirməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində cavabdehin imtina ərizəsinə əsasən uşaqların ananın yanında qalması uşaqların mənafeyinə uyğun olduğu bildirilmişdir. Həmçinin, iddiaçı ərizə yazaraq, X1 onun himayəsinə, digər övladı X3 isə atası Cavabdeh Ələskər oğlunun himayəsinə verilməsi barəsində qərar çıxarılmasını xahiş etmiş, sonra isə yeni bir ərizə yazaraq, iddiasından imtina etdiyini övladlarının onun himayəsində qalmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu halda iddiadan imtina etmə barədə hərəkətin nəticəsi ərizədə aydın surətdə şərh olunmamışdır. Buna görə də, məhkəmə iddiaçının iddiadan imtina etməsini qəbul etməmişdir. Lakin, iddiaçının ərizəsi nəzərə alınmışdır. Eyni zamanda, cavabdeh notarial qaydada təsdiq etdiyi ərizəsində övladlarını saxlamaq iqtidarında olmadığını və övladlarının onun himayəsinə verilməsindən imtina etdiyini və onların ananın və ya dövlətin himayəsinə verilməsini istəmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki halda uşaqların ataya verilməsi uşaqların üstün mənafelərinə uyğun deyil və bunu üçün əsas yoxdur. Nəzərə alaraq ki, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıdan alınır, iddiaçı tərəfindən ödənilmiş mediasiyaya dair xərc və dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu Məhkəməsinin 2(010)- 165/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 atası Cavabdeh himayəsinə verilməsi, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin və əlavə olaraq iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq Məhərrəmova (Quliyeva) Nazlı Vaqif qızına verilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Bakı şəhəri, Suraxanı rayonu Məhkəməsinin 2(010)-165/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 atası Cavabdeh himayəsinə verilməsi, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin və əlavə olaraq iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq Məhərrəmova (Quliyeva) Nazlı Vaqif qızına verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-251/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-251/2024
30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver