Məhkəmə qərarları › İş №2(010)-2516/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(010)-2516/2021

15.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(010)-2516/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmə əmrini çıxaran hakim: Nərminə Rzayeva Ərizənin predmeti: Ərizənin verilməsi üçün əsas olan prosessual hüquq norması: Azərbaycan Respublikası MPM-nin maddəsi - 276.2.1, 276.2.2 Kreditor Huquqi şəxsin rəsmi Kreditor adı: VOEN: ********** Qeydiyyat unvanı: Faktiki unvan: BAKİ, NƏSİMİ R,AZADLİQ PROSPEKTİ 72/49 Borclu Fiziki şəxsin S.A.A.: Borclu ,Şəxsiyyət vəsiqəsinin AZE ********, xxxxxxx nömrəsi, FİN: Doguldugu tarix və yer: xx.xx.1991, SUMİ VİL.KONOTOP ŞƏH Qeydiyyat unvanı: BAKİ, SURAXANİ, QARA-ÇUXUR QƏS, C.QURBANOV KÜÇ, 93, 36 Faktiki unvan: Ohdəliyə əsas olan 25.10.2020-ci il tarixli, ******* nömrəli muqavilənin nomrəsi və tarixi: Muqavilınin/fakturanın 25.10.2021-ci il son tarixi: Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 3892,82 manat Faiz dərəcəsi: 0% Ödənilməmiş əsas borc: 3232,92 manat Ödənilməmiş faiz borcu: 0 Komissiya haqqı üzrə borc: 0 Tələb olunan dəbbə pulu məbləği: 323 Tutulmalı olan cəm məbləğ: 3555,92 Valyuta növü: AZN Hüquqi əsaslandırma MÜLKİ MƏCƏLLƏ 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən 600.1 müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların 600.2 nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt 427.1 dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya 442 lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1 Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi Əmr etdim Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282-ci və 284-cü maddələrinə əsasən borclu(lar)dan (Borclu) (birgə qaydada) Kreditor ilə bağlanmış öhdəlik müqaviləsi(ləri) ( ) üzrə alaraq aşağıdakı məbləğ tutulsun: Borc üzrə tutulmalı 3555,92 manat olan məbləğ: Valyuta növü: AZN Ərizəçinin/kreditorun 20 manat çəkdiyi xərclər üzrə tutulmalı olan məbləğ: Tutulma qaydası: Tutulma qaydası: Ödəniş cari günün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş valyuta məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməlidir. Məhkəmə əmrinin icra edilməsi AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ 284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. 284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Məhkəmə əmrindən etiraz verilməsi AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ

284. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

283. Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir.

DİQQƏT!

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarış

Maddə 3. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi

Elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar