Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2680/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC -nin Cavabdeh qarşı “sığorta ödənişinin və dövlət rüsumunun cavabdehdəh tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi 5 000,00 (beş min) manat sığorta ödənişi məbləğinin və 70,00 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5 070,00 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC- nin xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri "xxxx" ASC ilə X10 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X13” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “X13” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Biləcəri qəəsbəsində yolnəqliyyat hadisəsi törətmiş və X1 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 870 saylı Arayışa əsasən cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-305/2019 saylı, 14 iyun 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinmiş və cavabdehin yolnəqliyyat hadisəsi yerindən yayındığı qeyd edilmişdir. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC- nin xx.xx.2022-ci il tarixli məktubu xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin məktubda nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onun maddi imkanı ağırdı. O, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bütün xərcləri ödəmişdir. İş materiallarına əlavə edilmiş: Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(001)-305/2019 saylı hökmündən görünür ki, Cavabdeh 12 iyul 2018-ei il tarixdə saat 01 radələrində etibarnamə əsasında idarə etdiyi "Hyundai Santa b'e” markalı. **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri. Binəqədi rayonu. Biləcəri qəsəbəsi. "DSK" yolu ilə "Daş Bazarı” istiqamətində saatda 55-60 km saat sürətlə hərəkətdə olan zaman həmin yolun kənarında yerləşən "Ağsu” kafesinin yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisə yerindən qaçmamalı olduğu halda hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qanunun bu tələblərinə əməl etməyərək idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə yolu soldan sağa doğru iti yerişlə keçən piyada X2 vurub ona qapalı kəllə- beyin ıravması. baş beyinin əzilməsi, hər iki plevra boşluğunda yığıntı, sağ alın-gicgah nahiyəsinin əzilib-cırılmış yarası, başın yumşaq toxumalarının əzilməsi, sağ said sümüklərinin sınığı, sağ baldır sümüklərinin qəlpəli. yerdəyişən qapalı sınığı və çanaq sümüklərinin sınığı kimi həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmış və nəticədə Binnət İsmayılov almış olduğu xəsarətlərdən xx.xx.2019-cu il tarixdə ölmüşdür. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası CM-ni 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İcbari Sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, X9 “X13” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddətə 125.00 manata sığortalamışdır. Yol-nəqliyyat hadisəsi zamanı sağlamlığa vurulan zərər bir şəxs üçün 5000 manat qiymətləndirilmişdir. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 xx.xx.2019-cu ildə ölmüşdür. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən X3 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. (maddə 1108.1) Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (maddə 63.1). Mülki Prosessual Məcəllə Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4) Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, X8 məxsus “X13” markalı, ** KP *** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddətə «AtaSığorta” ASC tərəfindən “standard” növü ilə sığortalanmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə “X13” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Biləcəri qəəsbəsində yol-nəqliyyat hadisəsi törətmiş və X1 ölümünə səbəb olmuşdur. Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(001)-305/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-ni 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum elıııə növündə əlavə cəza və 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən hadisə nəticəsində V.İsmayılovaya 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 5000 manat həcmində subroqasiya hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 5000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 70 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 5000 (beş min) manat və dövlət rüsumuna görə 70 (yetmiş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2680/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2680/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver