Məhkəmə qərarları › İş №2(010)-2684/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2684/2022

07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2684/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər biri üçün 193 manat olmaqla, cəmi 386 manat alimentin Cavabdeh alınaraq ona verilməsi, xx.xx.2019-cu il təvəllüdlü X8 3 yaşına çatanadək maddi kömək kimi hər ay üçün 80 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuşdur. Onların nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Sonradan münasibətləri korlanmış və nikahları pozulmuşdur. Hal-hazırda cavabdehlə birlikdə yaşamırlar və övladları onun himayəsindədir. Hazırki dövrdə o, övladlarının dolanacaq xərclərini tam təmin edə bilmir. Yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün xərclər tələb edildiyindən, uşaqlarının gündəlik xərcləri artığından və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, cavabdehlə nikahlarından olan uşaqlarının saxlanması üçün cavabdeh də valideynlik vəzifələrini həyata keçirərək aliment ödəməlidir. Belə ki, övladlarının qidası, geyimi və s. xərcləri pul tələb edir. Cavabdeh azyaşlı uşaqlarının maddi cəhətdən təmin edilməsində ümumiyyətlə iştirak etmir. Bununla yanaşı, cavabdeh elə münasibət sərgiləyir ki, sanki valideyn olaraq uşaqları maddi cəhətdən təmin etmək ancaq onun vəzifəsidir. xx.xx.2021-ci il tarixində Cavabdeh qarşı aliment tələbinə dair mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir. Lakin cavabdeh mediasiya təklifinə münasibət bildirmədiyindən xx.xx.2021-ci il tarixində Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurası tərəfindən mediator qismində X1. xx.xx.2022-ci il tarixində, saat 15:30-16:30-da icbari ilkin mediasiya sessiyası keçirilmişdir. Hər iki tərəf, yəni o və Cavabdeh ilkin mediasiya sessiyasının birinci iclasında şəxsən iştirak etmişdir. İclas zamanı Cavabdeh cəmi 300 manat aliment ödəyəcəyini və növbəti iclasda barışıq sazişini imzalayacağını vəd edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Tərəfin bu xahişi nəzərə alınaraq ilkin mediasiyasessiyasının növbəti iclası xx.xx.2022-ci il, saat 15:30-16:30-a təxirə salınmışdır. Lakin Cavabdeh bu dəfə də barışıq sazişini imzalamaq və onun şərtlərini dərhal icra etmək üçün əlavə vaxt istəyərək ilkin mediasiya sessiyasının növbəti dəfə təxirə salınmasını xahiş etmiş, həmin iclasda iştirak edəcəyini təsdiqləmişdir. Uşaqların rifahı nəzərə alınaraq, ilkin mediasiya sessiyası sonuncu dəfə xx.xx.2022-ci il tarixinə, saat 15:00-16:00-a təxirə salınmışdır. Lakin Cavabdeh yenə də verdiyi vədinə əməl etməyərək qeyd edilən tarixdəki iclasa gəlməmiş, “whatsapp” ismarıclarını isə cavabsız qoymuşdur. Bununla da mediasiya prosesi davam etdirilə bilməmişdir. Cavabdehə qarşı aliment tələbinin axımı xx.xx.2021-ci il tarixdən başlamışdır. Belə ki, cavabdeh mediasiya sessiyasına gələrək barışıq sazişi bağlasa idi o, uşaqlarının saxlanması üçün alimenti həmin vaxtdan ala biləcəkdi. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə aliment öhdəliklərindən yayınmış və bununla da alimenti ödəməkdən boyun qaçırmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə artıq uzun müddətdir ki, faktiki ayrı yaşayır. Lakin bu müddət ərzində o, uşağın saxlanılması üçün heç bir maddi yardım göstərməmişdir. Cavabdeh hazırda taksi sürücüsü işləyir. Əslində onun əvvəllər sabit gəlirli işi olsa da içki üstündə işdən qovulmuşdur. Hazırda isə taksi fəaliyyəti ilə məşğuldur və gəlirini yalnız özünə xərcləyir. Aldığı borcları isə ona ödətdirir. Belə ki, o, 10000 manata yaxın pul borc götürmüş, özünə maşın almışdır. Hazırda həmin pulu cavabdeh yox, hər ay 400 manat olmaqla hissə-hissə özü ödəyir. Halbuki, onkoloji xəstədir. Bütün bu xərcləri qarşılamaq, uşaqlara baxmaq onun üçün maddi baxımdan çətindir. Bu səbəbdən cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulmasını tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı ilə doqquz aydır ki, ayrı yaşayır. Bu doqquz ay ərzində işləməsinə baxmayaraq, uşaqlar üçün heç bir aliment ödəməmişdir. Lakin buna iddiaçının hərəkətləri səbəb olmuşdur. Belə ki, iddiaçı onun işini, taksi sürücüsü olmasını, maddi vəziyyətini heç vaxt bəyənməmişdir. O da məhz iddiaçının bu kimi hərəkətlərinə görə aliment ödəməmişdir. Lakin hazırda uşaqların saxlanılması üçün aliment ödəyə bilər. Bununla belə iddiaçının ondan tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Bundan başqa qeyd edir ki, iddiaçının dediyi borcu elə iddiaçının bibisi oğluna görə götürmək məcburiyyətində qalmışlar. Belə ki, həmin şəxs onun (cavabdehin) işlədiyi şirkətin 3500 manat pulunu işçilərin maaşını götürüb aparmış, iddiaçı da borc-xərc pul tapıb gətirmişdir ki, aparıb pulu ödəsin. 6500 manatı isə işdən çıxdığı vaxt faizə borc götürməyə məcbur qaldıqlarından götürmüşdür. Həmçinin, iddiaçının onkoloji xəstəliyi ilə əlaqədar 2000 manata yaxın pul xərcləmişdir. Hazırda sürdüyü taksini də icarəyə götürmüşdür və gündə 30 manat pul verir. Bu vəziyyətdə onun hər ay iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməsi mümkün deyil. Odur ki, məhkəmədən maddi vəziyyətini nəzərə alaraq, uşaqların saxlanılması üçün ondan daha az məbləğdə aliment tutulmasını xahiş etdi. İş materialları. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 493073 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 384 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” X7 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 436011 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1873 nömrə ilə qeyd edilmişdir. İşin faktiki halları. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşdur. Hazırda tərəflər arasında olan ailə münasibətləri pozulmuşdur və iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulmasını, eləcə də xx.xx.2019-cu il təvəllüdlü X3 üç yaşa çatanadək saxlanılması üçün 80 manat aliment tutulmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qismən qəbul etmiş, uşaqların saxlanılması üçün aliment ödəyə biləcəyini, lakin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ. 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuşdur və bu uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan uşaqları yanında saxlayan, onların saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı bu uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ (193 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Üstəlik, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 193 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Eyni zamanda, məhkəmə hesab edir ki, alimentin tutulmasına xx.xx.2021-ci il tarixdən başlanmalıdır. Belə ki, iş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı aliment tələbinə dair mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlanmışdır. Mübahisə üzrə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş mediasiya sessiyası iclasları Cavabdeh xahişləri üzrə təxirə salınmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixə təxirə salınmış iclasda Cavabdeh iclasa gəlməmiş, bu səbəbdən İddiaçı xx.xx.2022-ci il tarixdə “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh aliment almaq üçün məhkəməyə müraciət edənədək mediasiyaya müraciət etməsi onun məhkəməyə müraciət edənədək aliment almaq üçün tədbirlər görməsinin göstəricisidir. Eyni zamanda, məhkəmə iclasında izahat verən cavabdeh də təsdiq etmişdir ki, iddiaçı ilə faktiki ayrı olduqları müddətdə uşaqlar üçün heç bir aliment ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən uşaqların saxlanılması üçün aliment iddiaçının aliment almaq üçün tədbirlər görməyə başladığı xx.xx.2021-ci il tarixdən etibarən cavabdehdən tutulmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X3 üç yaşa qədər saxlanılması üçün hər ay öz xeyrinə 80 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu hissədə iddia təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə cavabdehin bu məbləğdə aliment ödəməyə zəruri vəsaitinin olması barədə sübut təqdim etməmişdir. Halbuki, yuxarıda istinad edilmiş qanunun mənasından göründüyü kimi cavabdehdən üç yaşa qədər uşağın saxlanılmasına görə aliment tutula bilməsi üçün cavabdehin həmin məbləği ödəməyə zəruri vəsaiti olmalıdır. Odur ki, iddia bu hissədə sübut təqdim edilmədiyindən təmin edilə bilməz. Sonda məhkəmə qeyd edir ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmə xərci.

Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (193x2x12=4632 manat) mütənasib olan 66.32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 66.32 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiа qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində müəyyən edilsin və xx.xx.2022-ci il tarixdən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 66.32 manat (altmış altı manat otuz iki qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar