Məhkəmə qərarları › İş №2(010)-2692/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2692/2020

24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2692/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İlkin iddiа üzrə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dаir ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən aylıq aliment məbləğinin sabit pul məbləğində aliment kimi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-262/2016 saylı qətnaməsinə əsasən, onunla Cavabdeh arasında olan nikah pozulmuşdur. Keçirilən məhkəmə prosesindən sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə alimentin tutulması barədə məktub ünvanlanmışdır. xx.xx.2016-cı il tarixli məktubda xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay qazancının və gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 80 manat sabit pul məbləğində alimentin Cavabdeh verilməsi barədə məktub göndərilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon İcra Şöbəsindən iş yeri olan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə xx.xx.2016-cı il tarixli, xx/xx-20184 15 nömrəli aliment tutulması barədə məktub ünvanlanmışdır. O, nikah pozulduğu gündən bu günə kimi alimenti vaxtlı-vaxtında ödəmiş, asudə vaxtlarında uşaqla görüşmüş, imkan daxilində əlavə xərclər də çəkmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin çıxardığı qətnamə müddətində aylıq əmək haqqı 155 manat olmuş, hazırda isə 305 manatdır və hər ay 150 manat məbləğində aliment ödənişi edir. Cavabdeh hal-hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyində dövlət qulluqçusudur və ailə qurmuşdur. O isə hal-hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyində ştatdankənar mütəxəssis vəzifəsində çalışır və aylıq ümumi gəliri vergi tutulması ilə 305 manat təşkil edir. Əmək haqqından başqa heç bir gəliri yoxdur. Həmçinin tələbədir və illik ödənişlərini ödəmək üçün banka müraciət etdikdə əmək haqqı kartından çıxarış tələb olundğu halda heç bir kredit verilmir. Odur ki, aylıq aliment məbləğinin sabit pul məbləğində aliment kimi tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ilkin iddia üzrə İddiaçı iddiasının təmin edilməməsini, xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün İddiaçı hər ay qazancının 1/4 hissəsi həcmində və əlavə 150 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən birgə nikahdan anadan olmuş qızları X1 üçün gəlirlərinin 1/4 hissəsi və əlavə 80 manat miqdarında aliment tutulması qət edilmişdir. Həmçinin, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikas Qanununun tələbinə əsasən 2020-ci il üzr yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün minimum 170 manat xərc tələb olunur. Məhkəmələr isə bu Qanunun məhz bu maddəsindən çıxış edərək alimentin miqdarını müəyyən edirlər. Göründüyü kimi cavabdehin özü də vermiş olduğu iddia ərizəsində 150 manat aliment ödədiyini vurğulamış və aliment öhdəliklərini yerinə yetirmək əvəzinə hansısa bank qarşısında əlavə öhdəliklər götürdüyünü bildirmişdir. İddiaçı iddia ərizəsi ilə tanış olmuşdur və hesab edir ki, onun iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməli, onun qarşılıqlı iddiası isə təmin edilməlidir. Belə ki, cavabdeh özü də iddia ərizəsində vurğuladığı kimi hal-hazırda 305 manat əmək haqqı alır. Bu məbləğin 1/4 hissəsi 76 manat təşkil edir. Əvvəlki qətnamə ilə ödəməli olduğu 80 manatı da bu məbləğlə topladıqda cəmi 156 manat edir. Bu da hal-hazırda qüvvədə olan qanunla yaşayış minimumu tələblərinə cavab vermir. Həmçinin, uşağın artıq 8 yaşı tamam olmuşdur. Təhsil, məşğələ, hazırlıq xərcləri, maddi tələbatı kəskin artmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən ondan yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün 170 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X5 qarşılıqlı iddia tələbini müdafiə edərək məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-2621/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış və 483 nömrə ilə Bakı şəhəri Nərimanov Rayon VVADQ Şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olmuş yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, aliment məbləğinin xx.xx.2016-cı il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2621/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi iş yeri üzrə icra olunması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmiş, mütəmadi olaraq İddiaçı hər ay qazancının, başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və hər ay 80 manatın tutulmalı olduğu və hazırkı dövrə qədər İddiaçı tərəfindən ödənilmiş 552 manat 50 qəpik aliment borcu qaldığını nəzərə alaraq toplanmış borcun tam ödənilməsini təmin edənədək əmək haqqının 70%-nin tutularaq Cavabdeh hesabına ödənilməsi və hər rübdə icra sənədinin icrası barədə Nərimanov rayon İcra Şöbəsinin məlumatlandırılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2621/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməli, aliment məbləği xx.xx.2016-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 17- 17-768/10 saylı arayışdan görünür ki, İddiaçı 2010-cu ilin noyabr ayından Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatının ştatdankənar satınalma üzrə böyük mütəxəssisi vəzifəsində işləyir, hazırda onun hesablanmış aylıq əməkhaqqı 345 manat, kartına köçürülən əmək haqqı isə 148.73 manat təşkil edir. Eyni zamanda, onun əmək haqqı ödənilən aylıq alimentin məbləği 156.99 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-2621/2016 saylı qətnaməsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Daha sonra icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə göndərilmiş, Şöbə tərəfindən icra vərəqəsi iş yeri üzrə icra olunması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə yönəldilmiş, bundan sonra İddiaçı maaşının 1/4 hissəsi hər ay tutularaq Cavabdeh verilmişdir. Daha sonra, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən ondan uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Bundan sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ilkin iddia üzrə İddiaçı iddiasının təmin edilməməsini, xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün İddiaçı hər ay qazancının 1/4 hissəsi həcmində və əlavə 150 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında hər iki tərəf iddialarını müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbindən göründüyü kimi, ilkin İddiaçı məhkəmədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-2621/2016 saylı qətnaməsi əsasında hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və 80 manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək ondan hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. İş materiallarında olan iddiaçının iş yerindən verilmiş arayışdan görünür ki, hazırda iddiaçının əmək haqqından tutulan aylıq alimentin məbləği 156.99 manatdır. Yəni iddiaçı hesab etibarilə hazırda ödədiyi miqdardan artıq məbləğdə aliment ödəməyi məhkəmədən xahiş etmişdir. Onun bunda məqsədi ondan tutulan alimentin əmək haqqına yönəldilməsinin qarşısını almaq, banka müraciət etdikdə əmək haqqı ilə bağlı yaranan problemlərə son qoymaq, bir sözlə alimentin sabit pul məbləğində tutulmasına nail olmaq olmuşdur. Məhkəmə ilkin iddiaçının diqqətinə çatdırır ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında alimentin sabit pul məbləği ilə tutula bildiyi hallarla bağlı məsələyə konkret münasibət bildirilmişdir. Belə ki, həmin Qərarda göstərilir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qərarda daha sonra göstərilir ki, qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Bundan başqa qərarda konkret olaraq qeyd edilmişdir ki, qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Hazırkı işdən görünür ki, alimentin tutulması ilə bağlı məhkəməyə müraciət edən, yəni xeyrinə aliment tutulan şəxs - ilkin iddia üzrə Cavabdehdır. Belə olan halda, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarda ortaya qoyduğu mövqeyə əsasən ilkin iddia üzrə İddiaçı tutulacaq alimentin sabit pul məbləğində tutulması ilə bağlı təşəbbüsü yalnız xeyrinə aliment ödənən şəxs, yəni Cavabdeh göstərə bilər ki, hazırkı işdə bunun əksi baş vermiş, qarşılıqlı iddiaçı tutulan alimentin qarşılıqlı iddia üzrə cavabdehin maaşının 1/4 hissəsi və sabit pul məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ilkin İddiaçı iddia tələbində və məhkəmə iclasında verdiyi izahatında maaşından aliment tutulduğuna görə banklara kreditlə bağlı müraciət etdikdə müraciətindən imtina edildiyini, ümumilikdə maaşından tutulan alimentin ona bir sıra problemlər yaratdığını bildirmişdir. Məhkəmə hesab edir ki, ilkin iddiaçının istinad etdiyi bu hal onun marağını əhəmiyyətli dərəcədə pozan və ondan sabit pul məbləğdə aliment tutulmasına əsas ola biləcək hal kimi qiymətləndirilə bilməz. Belə ki, ilkin iddiaçı qeyd etdiyi halları təsdiq edəcək hər hansı mötəbər sübutu (məsələn, bankın kredit verilməsindən maaşdan aliment tutulduğuna görə imtina etməsi barədə məktubu, hər hansı sosial güzəştlərdən məhz maaşından aliment tutulduğuna görə məhrum olması barədə müvafiq orqan tərəfindən verilmiş sənəd və s.) məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilkin iddiaçının nəzərinə çatdırır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, maaşından tutulan alimentin sabit pul məbləğində alimentlə əvəz edilməsi barədə iddiasının əsaslandırılması üçün ilkin iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən formal olaraq qeyd etdiyi, lakin sübut edə bilmədiyi həmin hallar onun marağını əhəmiyyətli dərəcədə pozan hallar kimi qiymətləndirilə, beləliklə də maaşından tutulan alimentin sabit pul məbləğində alimentlə əvəz edilməsinə səbəb ola bilməz. Odur ki, qeyd edilənlərə və yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən, ilkin iddia təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ilkin iddia üzrə İddiaçı iddiasının təmin edilməməsini, xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün İddiaçı hər ay qazancının 1/4 hissəsi həcmində və əlavə 150 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Bundan başqa, işdən müəyyən edilir ki, yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının himayəsindədir və onun saxlanılması ilə bağlı bütün xərclər qarşılıqlı iddiaçının üzərinə düşür. Bununla belə məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsini yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlinməsi ədalətli hesab edilə bilməz. Belə ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək sаxlаnmаsı üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-2621/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında və 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesаb edir ki, ilkin iddia üzrə İddiaçı ondan tutulacaq alimentin sabit pul məbləğində tutulmasını tələb etmək hüququ olmadığından ilkin iddiа üzrə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dаir ilk iddia təmin edilməməli, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 170 (yüz yetmiş) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin qarşılıqlı iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək sаxlаnmаsı üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-2621/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında və 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən, аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, hazırkı iş üzrə ilkin iddia rədd edildiyindən və qarşılıqlı iddia qismən təmin edildiyindən iş üzrə ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu ilkin İddiaçı alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddiа üzrə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dаir iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək sаxlаnmаsı üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-2621/2016 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında və 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-2621/2016 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra olunduqdan sonra ləğv edilsin. İş üzrə ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu ilkin İddiaçı alınaraq dövlət büdcəsinə keçirilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar