Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2713/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “gecikdirilmiş vaxt üçün zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “gecikdirilmiş vaxt üçün zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.235 ABŞ dolları məbləğində borcun gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərə görə illik 05 % olmaqla ümumilikdə 773 ABŞ dollarının və mənəvi zərərə görə 1000 (min) manatın alınıb ona verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, məhkəmə icra olunmamış vaxt müddətini 19 aprel 2011-ci il tarixdən hesaba almaqla son müddəti 01 dekabr 2015-ci ilədək müəyyən etməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehlər həmin qətnamədən apellasiya şikayəti vermiş və Bakı Apellasiya Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(103)-6273/2016 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdehlər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 31 may 2013-cü il tarixli qətnaməsinin icra olunmasını bu günədək əməl etməmişlər, məhkəmənin müəyyən etdiyi barəsində məhkəmə qətnaməsi ilə qət olunmuş 13.000 ABŞ dollarının ödənilməsinə, qətnamənin isə icra olunmasına məhəl qoymamışlar. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Cavabdehlər Suraxanı Rayon Məhkəməsinin 13 may 2013-cü il tarixli qətnaməsinin icra olunmasına əməl etmədiklərinə görə məhkəmə ödənilməmiş vaxt üçün cavabdehlərdən müştərək qaydada 1516.66 ABŞ dollarının tutulub mənə verilməsinə baxmayaraq cavabdehlər təkrarən dörd ildir ki, həmin 13.000 ABŞ dollarından ödəniş etməmişlər və bu da nəticədə 48 aya bərabər tutulur və 2.640 ABŞ dolları təşkil edir. Cavabdehlər ona olan müddətin gecikdirilməsi ilə əlaqədar faiz borclarını və əsas borcuda ödəməməkdə, məhkəmə qətnaməsini icra etməməkdə davam edirlər. Buna görədə yenidən buraxılmış vaxt üçün zərərin və mənəvi zərərin ödənilməsi tələbi meydana gəlir: Belə ki, 13.000 ABŞ dollları məbləğində borcun gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərə görə illik 5 faiz olmaqla hər ay üçün 5 faiz olmaqla hər ay üçün 55 faiz dolllar düşür və hər günə böləndə 1,83 dollar düşür. 2020-ci ilin fevral ayının 19-dan ona cəmi 3000 manat ödənilmişdir. O, bundan sonra, 2021-ci ilin may ayının 24-də ərizə yazaraq cavabdehə məxsus maşını borcun müqabilində qəbul etmiş və maşını qəbul etdikdən sonra 500-600 manat məbləğində cavabdehin borcu qalmışdır. İcra məmuru əvvəlcə ona demişdir ki, borc pensiyaya yönəlsin, lakin həmin məsələ alınmadığı üçün o da məcbur qalaraq maşını qəbul etmişdir. Bundan əlavə, əvvəl maşın 23000 manat məbləğində qiymətləndirilmişdir, lakin maşın həmin qiymətə uyğun olmadığı üçün qəbul etməmişdir. Daha sonra isə artıq yorulduğu üçün maşını qəbul etmək məcburiyyətində qalmışdır. Bundan əlavə cavabdehlərin bu hərəkətləri nəticəsində o, istirab, əsəb keçirmiş, onların hərəkətləri ona mənəvi çox pis təsir etmişdir. Cavabdehlərin bu hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərə görə də 1000 manat pul tutulmalıdır. Buna görə də o, bütün qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, 2013-cü ildə 10000 manat məbləğində borc yaranmış, lakin ödəniş etmək imkanı olmamışdır. O, iddiaçı ilə əvvəllər qohum olmuş və Nizami onun bacanağı olmuşdur. Belə ki, 2018-ci ildə quda olmuşlar və həmin il iddiaçı icra məmuru Əzizxan Eminova müraciət edərək barışdıqlarını bildirmiş, lakin daha sonra övladları arasında münasibət pozulmuşdur. 2020-ci ildə icra məmuru Vüsal Əliyev ona müraciət edərək borcu olduğunu bildirmişdir. O, həmin vaxt iddiaçıya 3000 manat ödəniş etmişdir. 2020-ci ildə isə o, icra məmuru Vüsal Əliyevə müraciət edərək pensiyasına və oğlunun maşınına borcun yönəlməsini xahiş etmişdir. İcra məmurunun köməkliyi ilə maşın qiymətəndirilmiş və borcun qarşılığı olaraq iddiaçıya verilmişdir. Hazırda maşın iddiaçıdadır. Ona görə də bugünə olan heç bir əsas və faiz borcu yoxdur. Maşının sənədləri, borcunu ödədiyinə dair sənədlər hamısı icra məmurunda var. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. 21.06.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyev bildirmişdir ki, tərəflərin hazırda onun icraatında işi var. Belə ki, cavabdehlərin 2013-cü il qətnaməsi üzrə 13000 ABŞ dolları, 2020-ci il qətnaməsi üzrə 2600 ABŞ dolları məbləğində borcları var. 30.01.2020-ci ildə cavabdehlər icraya çağırılıb, izahatları alınıb və 3000 manat ödəniş edəcəklərini bildiriblər. 19.02.2020ci ildə 3000 manat məbləğində ilkin ödəniş olub. 28.02.2017-ci il tarixdə maşına həbs qoyulub. 2020-ci ilin mart ayında cavabdehlərin borclarını avtomobilə yönəltmək istəsə də, maşının üzərində həbs olduğu və həmin qərardadda yanlışlıq olduğu üçün 12.08.2020-ci ildə qərardada düzəliş verilmişdir. 13.08.2020-ci il tarixdə cavabdehə ya avtomobili təhvil verməyi, ya da ki, borcu qaytarmağı təklif etmişdir. O, 13.08.2020-ci ildə Hövsanda yerləşən ünvana gedərək avtomobili götürmüş və saxlanca vermişdir. 08.09.2020-ci ildə qiymətləndiriciyə müraciət etmiş və 29.09.2020-ci ildə qiymətləndirici tərəfindən avtomobilə 23000 manat qiymət verilmişdir. 2020-ci ilin oktyabr ayında borcluları çağırmış və onların rəy ilə bağlı fikirlərini öyrənmişdir. Tələbkara avtomobili borcun əvəzi olaraq qəbul etməyi təklif etmiş və o, 24.05.2021-ci ildə avtomobili qəbul etmişdir. Avtomobilin Nizaminin adına rəsmiləşdirilməsi üçün də o da müraciət etmiş və hal-hazırda icraat davam edir. Ümumiyyətlə, 13000 ABŞ dolları 22100 manat borc edir, həmin borcdan 3000 manat ödənilib, qalan 19100 manatın isə maşın veriləndə silinməsini, maşının ümumi məbləğinin 23000 manat olduğunu nəzərə alaraq qalan 3900 manatın isə cavabdehlərin 2600 dollar borclarına yönəlməsi ilə bağlı razılığa gəlinmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1139/2020 nömrəli iş üzrə qəbul etdiyi 10.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatın alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 11.12.2020-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İcra işi materiallarından edilmiş götürülmüş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1367/2013 nömrəli iş üzrə qəbul etdiyi 31.05.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 13000 (on üç min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin 23.09.2020-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə” hesabatından görünür ki, Cavabdeh2 məxsus “Toyota Camry” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 23.000 manat təşkil etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyev tərəfindən edilmiş 21.05.2021-ci il tarixli “təklif”dən görünür ki, Cavabdeh2 məxsus “Toyota Camry” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil borc əvəzinə İddiaçı təklif olunmuş və 24.05.2021-ci il tarixdə İddiaçı tərəfindən təklif qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək iddia edir ki, cavabdeh öhdəliyini icra etməmiş, buna görə də ondan faiz tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, bu halda Mülki Məcəllənin 21-ci maddəsi tətbiq edilməklə, zərərin yetirilməsi forması və məbləği ilə yanaşı cavabdehin zərərin vurulması ilə bağlı təqsirli hərəkətləri, zərərçəkənin davranışı və işin digər bu kimi hallarına birlikdə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3.-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hər bir hüquq pozuntusu kimi mülki hüquq pozuntusuna da qiymət verilərkən, onu törədən şəxsin şəxsiyyəti, onun təqsirli hərəkəti, əməli ilə nəticə arasındakı səbəbli əlaqəsi kimi məsələlər araşdırılmalıdır. Hazırkı iddia məhkəmə qətnaməsinin vaxtında icra olunmaması ilə bağlı ödənilməli olan pul vəsaitinin vaxtında ödənilməməsi nəticəsində dəymiş ziyanun ödənilməsi tələbi ilə bağlıdır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Suraxanı Rayon Məhkəməsinin 31.05.2013-cü il tarixil, 2(010)-1367/2013 saylı qətnaməsinə əsasən cavabdehlər tərəfindən ödənilməli olan 13000 ABŞ dolları mebləğində put vəsaitinin ödənilməsinin 2020-ci ilədək gecikdirilməsi ilə bağlı hissəsinə artıq qüvvədə olan iki məhkəmə qərarı ilə qiymət verilib. Məhkəmə həmin dövrdən sonrakı müddətdə cavabdehin hərəkətlərinə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh məhkəmə qərarının icrasının qəsdən uzadılması ilə bağlı hərəkətlərə yol verməyib, əksinə, bu dövrdə o əvvəlcə 3000 manat ödəniş etmiş, sonradan mülkiyyətində olan avtomobili pul borcu əvəzində iddiaçıya təklif etmişdir. İddiaçının borc müqabilində həmin avtomobili qəbul etmək öhdəliyi olmasa da, bu halın özü iddiaçının borcun qaytarılmasının gecikməsində qərəzli olmaması, onun təqsirindən asılı olmayaraq, icra hərəkətlərinin qanunla müəyyən edilmiş prosedurlar çərçivəsində gedişatı müddətinin uzanması ilə bağlı olub. Belə ki, AR Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İcra haqqında Qanunun 8-ci maddəsinə əsasən məhkəmə icraçısı icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün digər icra müddəti təyin edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu beş gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin Qanunun 12.1.-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 44.1.3.-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43-cü maddəsi məcburi icra tədbirlərinin siyahısını nəzərdə tutur. Onlar aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. İş materiallarına əlavə edilmiş icra işindən də göründüyü kimi, borclunun (hazırkı işdə cavabdehin) mülkiyyətində olan “Toyota Camry” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin müəyyən olunması ilə bağlı prosedurlar həyata keçirilmiş, sonda isə həmin avtomobil tələbkarın özünə təklif edilmişdir. Qeyd edilən prosedur qanunun tələbinə uyğun müəyyən vaxt almış, cavabdeh isə bu prosesin sonunda iddiaçıya ödəniləcək vəsaitin dəqiqləşməsi üçün hərəkətsizlik nümayiş etdirmişdir ki, bu da iddiaçya zərər vurulması üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iş üzrə iddiaçının ödədiyi məhkəmə xərci onun özünə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “gecikdirilmiş vaxt üçün zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-2713/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2713/2021
29.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver