Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2725/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ HakimMəmmədov Tural Nurulla oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı-cavabdehİddiaçı, Cavabdeh-iddiaçı Cavabdeh, Cavabdeh-iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon VVAQD şöbəsində bağlanmış 297 nömrəli nikahın pozulmasını xahiş etmişdir. İddiaçı BabayevaNadirə Hüseynağaqızı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı iki əkiz uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri uşaqları doğulana kimi normal olsa da, sonradan aralarında fikir ayrılıqları olmuş və söz-söhbətlər yaranmışdır. Cavabdeh uşaqların saxlanılmasında ona heç bir maddi yardım etmir. Onlar bir ailə kimi yaşadıqları dövrdə uşaqların maddi təminatı yüksək olmuşdur. Lakin faktiki olaraq ayrıldıqdan sonra uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək saxlanılmasına çalışsa da, buna təkbaşına nail ola bilməmişdir. Cavabdeh maddi qazancı yüksəkdir, ona görə də cavabdehdən sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Uşaqlarını saxlamaq bir valideyn kimi cavabdehin vəzifəsi olduğundan sonuncudan hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahları Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan onların xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı iki əkiz uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət xoşbəxt yaşamış, lakin sonradan aralarında tez-tez mübahisələr olmuşdur. Son dörvdə mübahisələri daha da kəskinləşmişdir və artıq bir yerdə yaşamaları qeyri-mümkündür. O, cavabdehlə olan rəsmi bağlılığına son vermək istəyir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında ilkin iddia üzrə İddiaçı iddia tələbinə uyğun izahat verib iddianın təmin edilməsini xahiş etmiş, Cavabdeh nikahın pozulmasında israrlı olacağı təqdirdə aralarında olan nikahın pozulmasına etiraz etmədiyini bildirmişdir. Həmin məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 iddiaçının qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədinin İddiaçı ilə barışmaq olduğunu, ona görə də, hazırda nikahın pozulmasında israrlı olmadığını bildirmiş və məhkəmədən barışıq üçün tərəflərə vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən tərəflərə barışıq üçün üç ay vaxt verilmişdir. Barışıq üçün verilmiş vaxt bitdikdən sonra məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etdiyini bildirdi, Cavabdeh ilə aralarında olan nikahın pozulmasına etiraz etməmiş, nikahları pozulduqdan sonra uşaqlarının onun himayəsində saxlanılmasını və onların saxlanılması barədə cavabdehdən aliment tutulmasını xahiş etdi. Həmin məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, ilkin iddia tələbini qəbul edərək, barışıq üçün verilmiş vaxt ərzində İddiaçı ilə barışmadıqlarını bildirmiş, sonuncu ilə aralarında olan nikahın pozulmasını xahiş etmiş, nikahları pozulduqdan sonra uşaqlarının anaları ilə qalmasına və uşaqların saxlanılması ondan aliment tutulmasına etiraz etməmişdir. Həmin məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 da Cavabdeh ilə eyni məzmunlu izahat verib, məhkəmədən ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbləri təmin edilmədidir. İş materiallarında olan: - AZ-İ 213908 № li “Nikah haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2006-cı ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyat şöbəsində nikah bağlamışlar. Arvada Babayeva soyadı verilmişdir. - AZ İİ 828120 №li “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ İİ 828122 №li “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 2725/2020 nömrəli qərardadı ilə iddiaçı Babayeva (Dadaşova) Nadirə Hüseynağa qızının Cavabdeh qarşı aliment tələbinə dair ilkin, iddiaçı Cavabdeh Babayeva (Dadaşova) Nadirə Hüseynağa qızına qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddiaları üzrə hazırkı mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün ilkin iddia üzrə Cavabdeh müvəqqəti olaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub, ilkin iddia üzrə İddiaçı verilməsi qərara alınmışdır. Beləliklə, işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında nikah bağlanılmış və tərəflərin birgə nikahdan iki azyaşlı uşaqları var. İlkin iddia üzrə iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı nikahın pozulmasına israr edir, birgə nikahlarından doğulan uşaqların anaları ilə saxlanılmasına və aliment ödəməyə etiraz etmir, ilkin iddia üzrə iddiaçı isə aralarındakı nikahın pozulmasına etiraz etmir və uşaqlarının saxlanılması üçün ilkin iddia üzrə cavabdehdən aliment tələb edir. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə birgə nikahdan olan uşaqların hansı valideynin yanında qalması və alimentin təyin edilməsi məsələsi üzrə aşağıdakıları qeyd edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən nikah məhkəmə qaydasında pozularkən ərarvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakının bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Həmin qərarın 7.1-ci bəndinə əsasənyetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rerimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 anaların himayəsində saxlanılmalıdırlar. Məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi hər uşaq üçün hər ay 170 manat həddində müəyyən edilməsini, cavabdehin buna etirazının olmamasını nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi əsaslıdır «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və AR MPM-nin yuxarıda qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlkin iddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 2725/2020 nömrəli müvəqqəti aliment tutulması barədə qərardadı qət edilmiş aliment məbləği hesablanıb tutularkən vaxt və miqdar baxımından nəzərə alınsın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Suraxanı rayon VVAQD şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə bağlanmış 297 nömrəli nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 ilkin iddia üzrə iddiaçı - analarının yanında saxlanılsınlar. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməsi alimentə aid hissədə onun icrasını dayandırmır. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2725/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2725/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver