Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2732/2022 02.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə müraciət edərək, Kapital bankın Bakı şəhəri Suraxanı rayon filialından 24 ay müddətinə, illik faiz dərəcəsi 26 faiz olmaqla öz adına GTKR4342839A119 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlamaqla götürdüyü 2586 (iki min beş yüz səksən altı) manat məbləğində puldan Cavabdeh verdiyi 2000 manat məbləğində əsas borcun, 1039,92 manat faiz borcunun və 155,16 manat komission xərci və 10 manat sığorta xərcinin, cəmi 3205,08 manat (üç min iki yüz beş manat səkkiz qəpik) məbləğində pulun, öz qanunsuz hərəkətləri ilə iddiaçıya vurduğu mənəvi zərərə görə 3000 manat məbləğində pulun və iddia ərizəsini məhkəməyə vermək üçün ödədiyi 52,06 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim etməklə, cavabdehə qarşı irəli sürdüyü iddia tələbini azaltmış və cavabdehdən mənəvi ziyanı istəməmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh 15 ilə yaxındır ki, tanıyır. O, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə-2 qəsəbəsində qonşuluğunda nömrəsiz evdə yaşayır. Cavabdehlə onun məhəllə uşağı, qonşu kimi yaxın və yaxşı münasibəti var idi. Cavabdeh K.X6 Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsində işləyirdi. Sonra onun iş yeri Daxili İşlər Nazirliyinin özünə dəyişdirilmiş və Nazirliyin inzibati binasında qapıda olan nəzarət- buraxılış postunda dururdu. xx.xx.2021-ci ildə Cavabdeh yaşadığı evin yanında onunla görüşmüşdür. Söhbət zamanı cavabdeh ona bildirmişdir ki, maddi vəziyyəti olduqca pisdir, bir nəfərdən borca pul alıb, qaytarmağa da imkanı yoxdur. Borc sahibi onun iş yerinə gəlib rəhbərliyə şikayət edir. Əgər qısa vaxtda həmin adama olan borcunu qaytarmasa, onu işdən çıxara bilərlər.Təcili həmin adamın borcunu qaytarmaq üçün ona 3000 (üç min) manat məbləğində pul lazımdır. Çox adama ağız açıb, ancaq heç kim ona pul vermək istəmir. Daha sonra cavabdeh ondan xahiş etdi ki, bu işdə ona kömək edim, öz adına bankdan kredit yolu ilə pul görüb ona vermişdir. O, da borcunu qaytarsın. Ən geci bir ayın tamamında götürdüyü krediti tam şəkildə bağlayacaq. O, isə cavabdehə demişdir ki, özü bankdan pul götürüb maşın almaq istəyir ki, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırsın. Lakin Cavabdeh əl çəkmədi, ona bildirdi ki, öz adına krediti var. Ona görə banklar ona kredit vermirlər. Əgər borclu olduğu adamın borcunu qısa vaxtda qaytarmasa, işini itirəcək və onu işdən qovacaqlar. Cavabdeh ondan bu işdə ona kömək etməyi dönə-dönə xahiş etdi və təkrar-təkrar bildirdi ki,l ayın tamamında bankdan götürəcəyi krediti tam şəkildə bağlayacaq. Sonra istəsə ona zamin durar və o, da maşın almaq üçün nə qədər istəsə kredit götürər. Cavabdehi uzun müddət tanıdığına, onunla səmimi və yaxşı münasibəti olduğuna, onu aldatmağı ağlına gətirmədiyinə, eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşı olub məsuliyyətli insan olacağını nəzərə aldığına görə onun dediklərinə və səmimiyyətinə tam inanmışdır. Ağlına belə gətirməmişdir ki, o, cavabdehi aldadar və ona yalan danışar. Ona görə də belə qərara gəlmişdir ki, ona kömək etsin, onu düşdüyü bu çətin vəziyyətdən çıxarsın və öz adına kredit götürüb ona versin ki, o da borcunu qaytarsın. Ona görə də cavabdehlə razılaşmışdır. xx.xx.2021-ci ildə o, cavabdehlə birgə Kapital bankın Suraxanı rayon filialına getmiş və həmin filialdan 24 ay müddətinə, illik faiz dərəcəsi 26 faiz olmaqla öz adına cavabdehə vermək üçün bankla GTKR4342839A119 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlamaqla 2586 (iki min beş yüz səksən altı) manat məbləğində pul götürmüşdür. Həmin puldan 155,16 manat məbləğində komisyon xərci və 10 manat sığorta xərci çıxandan sonra mənə təmiz 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində pul verdilər. O, borcu olduğuna görə həmin puldan 420 manatı özünə götürmüş, yerdə qalan 2000 (iki min) manatını isə Cavabdeh vermişdir. Həmin vaxt da Cavabdeh bir daha ona söz verdi və əmin etdi ki, narahat olmasın, 800 manat maaşıdır, sığorta və məzuniyyət pulunu və eyni zamanda 13-cü əmək haqqını alacaq və ən uzağı 1 ay ərzində bu pullarla ona olan borcunu tam şəkildə qaytaracaq və o da banka olan borcunu bağlayacaqdır. Bankın müəyyən etdiyi qrafikə görə hər ay əsas və faiz borcu ilə birgə banka 139,32 manat məbləğində ödəniş olunmalı idi. Lakin cavabdeh dediklərinin heç birinə əməl etmədi. Aradan 1 ay keçdi, lakin cavabdeh heç bir hərəkət etmədi, daha sonra 2-ci ay da keçdi, yenə ondan heç bir səs-səmir çıxmadı və banka ödəmək üçün ona hər hansı məbləğdə ödəniş etmədi. O, vəziyyəti belə görəndə, mütəmadi olaraq cavabdehlə telefon vasitəsilə əlaqə saxlayır, görüşür və banka olan borcun ödənilməsini ondan tələb edirdi. Lakin o,hər dəfə cürbəcür bəhanələr gətirib ödəniş etməkdən yayınırdı. Bank isə ona tez-tez zənglər edib ödəniş etməsini tələb edirdi. O, cavabdehin banka ödəniş etmək istəmədiyini görəndən sonra öz şəxsi vəsaiti və dostu X1 aldığı 500 manat və qaynatası X2 aldığı 270 manat məbləğində pulun hesabına xx.xx.2022-ci ildə 130 manat, xx.xx.2022-ci ildə 270 manat, xx.xx.2022-ci ildə 500 manat və xx.xx.2022-ci ildə isə 200 manat məbləğində banka ödənişlər etmişdir. Bunlardan başqa o, kreditə götürdüyü 2586 manat puldan götürdüyü 420 manat pulu xx.xx.2021-ci ildə banka tam şəkildə ödəmişdir. Cavabdehin ona qarşı etdiyi hərəkətlər barədə evlərinə gedib atasına məlumat vermiş, atası isə ona demişdir ki, bu məsələ ilə bağlı bir də onun qapısına gəlməsin və onu evindən qovmuşdur. Ondan sonra da o, cavabdehdən yenə borcunu tələb edirdi. Lakin o, yenə cürbəcür bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina etmişdir. xx.xx.2022-ci ildə cavabdehə zəng edib növbəti dəfə borcunu istəyəndə o, açıq şəkildə ona bildirmişdir ki, ona pul qaytarmayacaq, haraya istəyirəsə gedib şikayət etsin. Ondan sonra o, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gedib ondan şikayət etmiş, 31-ci polis bölməsində onu dinləyəndən sonra dedilər ki, bu məsələ ilə bağlı Suraxanı rayon prokurorluğuna, ya da məhkəməyə müraciət etsin. Sonra o, Suraxanı rayon prokurorluğuna gedərək cavabdehdən şikayət etmişdir. xx.xx.2022-ci ildə Suraxanı rayon prokurorluna gedib şikayətinin nəticəsi ilə bağlı nə kimi qərar qəbul olunması ilə maraqlananda, ona dedilər ki, bu məsələ mülki xarakterli məsələdir, ona görə də məhkəməyə müraciət etməlidir. Suraxanı rayon prokurorluğundan bu barədə ona eyni zamanda xx.xx.2022-ci il tarixli,236-ş-22 saylı məktub da verdilər. Onun öz adına xx.xx.2021-ci ildə Kapital bankın Suraxanı rayon filialından kredit görürüb həmin pulun 2000 (iki min) manatını Cavabdeh verməsini, cavabdehin isə həmin pulu və ona hesablanan 26% məbləğində 1039,92 manat pulu indiyə kimi ona qaytarmadığını onun özü, ailə üzvləri, özünün ailə üzvləri o cümlədən şahidlər İddiaçıəddin Əkbər oğlu, X3 və X4, eyni zamanda onunla Cavabdeh arasında WhatsApp vasitəsilə olan telefon yazışmaları tam təsdiq edir. Cavabdeh ona 2000 manat əsas borcla bərabər, həmin borcun illik 26%-nə görə 24 ay üçün əlavə 1039,92 manat məbləğində,cəmi 3039,92 manat məbləğində pul verməlidir. Yəni 2000 x 26% =520 manat : 12 aya =43,33 manat x 24 ay = 1039,92 manat.2000 +1039,92 =3039,92 manat.Mən eyni zamanda kredit götürdüyü zaman 155,16 manat komission haqqı və 10 manat sığorta haqqı, cəmi 165,16 manat məbləğində banka pul ödəmişdir. 3039,92manat +165,16 manat = 3205,08 manat edir.Beləliklə, cavabdehin ona cəmi 3205,08(üç min iki yüz beş manat,səkkiiz qəpik) manat məbləğində borcu vardır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh tək onu yox, bir çox adamları onun kimi aldadıb bu yolla pullarını ələ keçirmiş və mənimsəmişdir. Bu cür hərəkətlərinə görə edilən şikayətlərə görə cavabdehi daxili işlər orqanlarında işdən qovublar. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında göstərdi ki, o, iddia tələbini qəbul edir. İş materiallarına əlavə edilmiş: -GTKR4342839A119 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən müəyyən görünür ki, İddiaçı "xxxx" ASC-nə 24 ay müddətinə, illik faiz dərəcəsi 26 faiz olmaqla 2586 (iki min beş yüz səksən altı) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Suraxanı rayon prokurorluğunun İddiaçı ünvanladığı məktubundan müəyyən olunur ki, “Kapital” bankdan kreditə 2000 manat pul götürərək Cavabdeh borc kimi verməsi, hazırda pulunu geri ala bilməməsi və sair barədə müraciətinə Suraxanı rayon prokurorluğunda baxılmışdır. Ərizədə göstərilən xüsusatlar mülki -hüquqi xarakterli olmaqla, həlli prokurorluq orqanlarının səlahiyyətinə aid deyildir. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, o, İddiaçı ona qarşı irəli sürdüyü iddianı qəbul edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, cavabdeh iddianı qəbul edərək ondan iddiaçının xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlamaqla götürdüyü 2586 (iki min beş yüz səksən altı) manat məbləğində puldan Cavabdeh verdiyi 2000 manat məbləğində əsas borcun, 1039,92 manat faiz borcunun və 155,16 manat komission xərci və 10 manat sığorta xərcinin tutulmasına razıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olubolmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Lakin, işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı iddia tələbində qeyd olunan məbləğdə borcunu etiraf etməsi öz təsdiqini tapdığına görə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 52,06 (əlli iki manat altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3205,08 (üç min iki yüz beş manat səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 52,06 (əlli iki manat altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2732/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2732/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver