Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-276/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh (üçüncü şəxslər Bakı şəhəri 19 saylı notariat ofisi və Bakı şəhəri 28 saylı notariat ofisi) qarşı «icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş sahədə olan icarəçiyə məxsus daşınar əmlakların cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi və çəkilmiş xərcin ödənilməsi» tələbinə dair ilkin iddiasına və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı «müqavilə üzrə yaranmış borcun, əldən çıxmış faydanın ödənilməsi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi «İcarəyə verən» X1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 950C ünvanında yerləşən ümumi sahəsi 0,075 kv.m olan torpaq sahəsinin icarəyə verilməsinə dair «İcarəyə verən» ilə «icarəçi» arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M- 367 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin və xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-502 nömrə ilə qeyd edilmiş İcarə müqaviləsində dəyişikliklər barədə sazişin ləğv edilməsi və həmin icarəyə verilmiş sahədə olan icarəçiyə məxsus daşınar əmlakların cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi. Qarşılıqlı iddia tələbi Qarşılıqlı iddianın təmin edilərək, cavabdeh "xxxx" MMC qanuni təmsilçisi - X6 ilə arasında 16 mart 2021 -ci il tarixdə torpaqdan istifadəyə görə bağlanmış icarə müqaviləsi üzrə qalan aylar üçün ödənilməmiş 17.000 (on yeddi min) manat borc maddi ziyan, ödənilməmiş kommunal xərclərə görə 3600 manat və 20.000 (iyirmi min) manat mənəvi ziyan əvəzi, həmçinin qarşılıqlı iddia tələbi ilə bağlı ödənilmiş məhkəmə xərcləri cavabdehdən tutularaq xeyrimə ödənilməsi və 12 oktyabr 2021-ci il tarixli icarə müqaviləsində dəyişikliklər barədə sazişin ləğv edilməsi, ilk iddianın təmin edilməməsi. İlkin iddia tələbinin həcminin artırılması İlkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1 xx.xx.2025-ci il tarixdə AZEMİS vasitəsi ilə məhkəməyə müraciət edərək, «İcarəyə verən» X1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 950C ünvanında yerləşən ümumi sahəsi 0,075 kv.m olan torpaq sahəsinin icarəyə verilməsinə dair «İcarəyə verən» ilə «İcarəçi» arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-367 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin və xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-502 nömrə ilə qeyd edilmiş İcarə müqaviləsində dəyişikliklər barədə sazişin ləğv edilməsi və həmin icarəyə verilmiş sahədə olan icarəçiyə məxsus daşınar əmlakların cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, icarəyə verilmiş sahəyə iddiaçı tərəfindən çəkilmiş xərclərin, yəni 11510, 40 (on bir min beş yüz on manat 40 qəpik) manat pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsş barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri «İcarəyə verən» X2, digər tərəfdən «İcarəçi» "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından qanuni təmsilçi X6 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 7Enömrə ilə qeyd edilmiş İcarə müqaviləsinə əsasən «icarəyə verən»in mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 950C ünvanında yerləşən ümumi sahəsi 0,075 kv.m olan torpaq sahəsi icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-502 nömrə ilə qeyd edilmiş İcarə müqaviləsində dəyişikliklər barədə sazişə əsasən həmin icarə müqaviləsinə dəyişiklik edilmişdir. xx.xx.2021-ci il tarixli İcarə müqaviləsində dəyişikliklər barədə sazişə əsasən xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin 6-cı bəndi aşağıdakı kimi oxunmalıdır: “«İcarəçi» icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər”. Həmin İcarə müqaviləsinin 4-ci bəndinə əsasən aylıq icarə haqqı 500 manat təşkil edir. Həmin İcarə müqaviləsinin 7-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. «İcarəyə verən» dəfələrlə icarə haqqının artırılmasını şifahi qaydada «icarəçi»dən tələb etmişdir. Halbuki, ötən dövr ərzində «İcarəçi»nin gəlirləri artmamışdır. Digər tərəfdən isə, «İcarəyə verən» onun mülkiyyətində olan və icarəyə verilmiş sahədə «İcarəçi»yə məxsus daşınar əmlakdan onun istədiyi kimi istifadə etməsinə, özgəninkiləşdirməsinə, üçüncü şəxslərə icarəyə verməsinə imkan vermir. Cavabdeh «icarəyə verən» həmçinin «İcarəçi»yə icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verməsinə imkan vermir ki, həmin hallar da «icarəçi»nin normal fəaliyyətinə və gəlirlərinə əhəmiyyətli dərəcədə təsir edir. Tərəflər arasında bağlanmış həmin icarə müqaviləsinin şərtlərinin ləğv edilməsinə zərurət yaranmışdır. Tərəflər arasında həmin İcarə müqaviləsi bağlanan zaman «İcarəçi» İddiaçı qanuni təmsilçisi X6 olmuş, hazırda isə qanuni təmsilçi X4r. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubu ilə cavabdehə müraciət edilərək, həmin təklifə 10 (on) ərzində müvafiq münasibət bildirilməsi xahiş edilmişdir. Lakin cavabdeh həmin müraciəti xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə qəbul etməsinə baxmayaraq, həmin müraciətə bu günə qədər cavab verilməmişdir. Odur ki, tərəflər arasında bağlanmış həmin İcarə müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edilərək, tərəfindən müvafiq iddia qaldırılır. Qarşılıqlı iddia tələbinin dəlilləri Mülkiyyətində olan torpaq sahəsindən istifadə ilə bağlı 16 mart 2021-ci il tarixdə İddiaçı MMC-nin qanuni təmsilçisi X6 ilə arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 950C sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,075 ha olan torpaq sahəsi hər ay 500 manat icarə haqqı ödəmək şərti ilə cavabdeh X5 icarəyə verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanan vaxtdan son üç ilə cavabdeh cəmi 1500 manat icarə haqqı ödəmişdir. Sonuncu ödəniş cavabdeh tərəfindən 2023-cü ilin sonunda edilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də o, müxtəlif bəhanələr gətirərək qalan aylar üçün borcu ödəməkdən yayınmışdır. 16 mart 2021-ci il tarixdə notarial qaydada bağlanmış icarə müqaviləsinə xitam veriləcəyi barədə, eyni zamanda qalan aylar üçün icarə haqqı borcunun ödənilməsinə görə cavabdehə xəbərdarlıq göndərilmişdir. Lakin, cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi X6 icarə müqaviləsinin ləğvi, icarəyə verilmiş torpaq sahəsində olan icarəçiyə məxsus daşmar əmlakların cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlə aralarında DNK-da 12 oktyabr 2021-ci il tarixli icarə müqaviləsinə dəyişikliklər barədə “saziş”dən görünür ki, əsas müqavilənin 6-cı bəndi dəyişdirilərək “ «İcarəçi” icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər” cümləsi kimi dəyişdirilmişdir. Lakin, qarşılıqlı razılıq əsasında bu qaydada müqavilədə dəyişiklik edilməsinə baxmayaraq cavabdeh N.Əhmədov tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməmiş, nəticədə cavabdeh tərəfindən Cavabdeh maddi və mənəvi ziyan vurulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən əsas müqavilə şərtlərinə əməl edilməli, yığılan borcun, qalan pulun onun tərəfindən ödənilməlidir. Hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə vurduğu maddi ziyandan başqa bu illər ərzində ona mənəvi ziyan da vurmuşdur. 2021 -ci ilin mart ayından başlayaraq cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişəm, bu günə kimi özümdə daim inamsızlıq, narahatlıq, məyusluq hissləri və stres müşahidə edilir. Bununla bağlı mənəvi ziyan məbləği də cavabdehdən xeyrinə tutulmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən ilkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı müdafiə edərək, izahatında iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın təmin edilməməsi xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ilkin iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 ilkin iddianı qəbul etməyərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxslər Bakı şəhəri 19 saylı notariat ofisi və Bakı şəhəri 28 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” Cavabdeh ilə “İcarəçi” X6 arasında bağlanmış icarə müqaviləsinə əsasən “İcarəyə verən" ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.075 kv/m olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) İcarəçi İddiaçınə icarəyə verir. "İcarəyə götürən" İddiaçı "icarəyə verən" Cavabdeh aylıq 500 manat 00 qəpik (beş yüz manat sıfır qəpik) icarə haqqı ödəyir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsində dəyişikliklər barədə sazişdən görünür ki, xx.xx.2021-ci il tarixdə, 3M/367 №-li reyestrlə «icarəyə verən» Cavabdeh «icarəçi» “1ST- SAFETY" MMC arasında bağlanmış, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.075 ha olan torpaq sahəsinə dair icarə müqaviləsinin 6-cı bənd aşağıdakı kimi oxunsun: "icarəçi" icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-ci il tarixli xəbərdarlıqdan görünür ki, «İcarəyə verən» X2, digər tərəfdən «icarəçi» "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından qanuni təmsilçi X6 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 7E- nömrə ilə qeyd edilmiş İcarə müqaviləsinə əsasən «İcarəyə verən»in mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 950C ünvanında yerləşən ümumi sahəsi 0,075 kv.m olan torpaq sahəsi icarəyə verilmişdir. Həmin İcarə müqaviləsinin 4-ci bəndinə əsasən aylıq icarə haqqı 500 manat təşkil edir. Həmin icarə müqaviləsinin 7-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Belə olan halda, hesab edirik ki, həmin müqavilə ləğv edilməlidir. Belə ki, bildiyi kimi, «İcarəyə verən» dəfələrlə icarə haqqının artırılmasını şifahi qaydada «İcarəçi»dən tələb etmişdir. Halbuki, ötən dövr ərzində «icarəçi»nin gəlirləri artmamışdır. Digər tərəfdən isə, «İcarəyə verən» onun mülkiyyətində olan və icarəyə verilmiş sahədə «icarəçi»yə məxsus daşınar əmlakdan onun istədiyi kimi istifadə etməsinə imkan vermir, süni maneələr yaradır ki, bu da «İcarəçi»nin normal fəaliyyətinə və gəlirlərinə əhəmiyyətli dərəcədə təsir edir. Beləliklə, tərəflər arasında bağlanmış həmin İcarə müqaviləsinin şərtlərinin ləğv edilməsinə zərurət yaranmışdır. Qeyd edilənlərə və MM-in 423-cü maddəsinə əsasən, təklifə (xəbərdarlığa) 10 (on) gün ərzində müvafiq münasibət bildirməyi xahiş olunmuşdur. Abonent kartından görünür ki, ünvan 3 ünvan üzrə **********010 saylı abonent Cavabdeh sudan istifadəyə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il üzrə 8.40 manat məbləğində yekun borcu vardır. Abonentin saldosundan görünür ki, ünvan 4 ünvan üzrə **********00340 saylı abonent Cavabdeh təbii qazdan istifadəyə görə borcu mövcud deyildir. Azərişıq ASC-nin məlumatından görünür ki, ünvan 5 ünvan üzrə Əliyev İlqarın xx.xx.2024-cü il tarixə qalıq borcu 32,67 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 423.1 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Konstitusiya Məhkəməsinin qərarları: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia və qarşılıqlı tələbləri qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ilkin iddia üzrə iddiaçı ilə ilkin iddia üzrə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.075 kv/m olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan torpaq sahəsini icarəyə vermiş, aylıq icarə haqqının məbləği 500 manat müəyyən edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, icarə müqaviləsində torpaq sahəsinin icarəyə verilməsi qeyd edilsə də, əslində həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. İcarə predmeti olan əmlak icarəçinin istifadəsində olmuş və sonuncu tərəfindən bu müddət ərzində cəmi 1500 manat məbləğində ödəniş aparılmışdır. Məhkəmə əvvəla hər iki iddia tələbinin əsasını təşkil edən müqavilənin ləğv edilməsi ilə bağlı hissəsinə qiymət verərək qeyd etməyi hesab edir ki, icarə müqaviləsinin və ona əlavənin ləğv edilməsi hissəsində ilkin iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq ünvanlayaraq yaranmış icarə müqaviləsinin ləğvi ilə bağlı xəbərdarlıq etmiş, bununla da icarə müqaviləsinin müddəti bitənədək müqavilədən birtərəfli qaydada imtina etmiş, beləliklə tərəflər arasında bağlanmış icarə müqaviləsi artıq ləğv edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, rəflər arasında bağlanmış icarə müqaviləsi və ona əlavə artıq ləğv edildiyindən həmin hissədə iddia təmin edilməmələdir. Həmin hissə ilə bağlı qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, müqaviləyə əlavənin ləğv edilməsi ilə bağlı artıq ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyindən və işə məhkəmədə baxıldığından və həmin hissə ilkin iddianın ödənilməsinə yönəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İlkin iddia tələbinin icarəçiyə məxsus daşınar əmlakların cavabdehdən alınıb ona qaytarılması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qeyri müəyyəndir və ilkin iddia üzrə iddiaçı məhz hansı daşınar əmlakların cavabdehdən alınaraq ona verilməsini iddia tələbində qeyd etməmişdir. İlkin iddia üzrə iddiaçıya keçirilən məhkəmə iclaslarında iddia tələbini dəqiqləşdirməsi ilə bağlı tövsiyyələr edilmiş, lakin buna baxmayaraq iddiaçı iddia tələbini dəqiqləşdirməmiş, yalnız son məhkəmə iclasında özünün hazırladığı siyahını məhkəməyə təqdim etmiş və həmin daşınar əmlakların tutulmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi və cavabdehdən tələb etdiyi əşyalar 1 ədəd Balonların təzyiq test avadanlığı, 1 ədəd təzyiq nasosu, 1 ədəd balon qurudan avadanlıq, 1 ədəd hava kompressoru, 1 ədəd tozlu yanğınsöndürənlərin doldurma avadanlığı, 1 ədəd tərəzi, 1 ədəd nəzarət kamera sistemi, 1 ədəd müxtəlif alətlər (dəst), 1 ədəd hidravlik tiski, 1 ədəd işıqlı reklam, 3 ədəd projektor, 1 ədəd svarka aparatı, 1 ədəd soyuducu, 1 ədəd printer, 1 ədəd seyf, 1 ədəd uzadıcı naqil (udlinitel), 1 ədəd darvazanın üstündəki reklam, 1 ədəd mebel (skaf, kreslo, stullar), 2 ədəd köpüklü və CO2 yanğınsöndürənlərin doldurma avadanlığı, 1 ədəd zibil yeşiyi, 5 ədəd otaqların üstünə adıyazılan lövhələr, 400 Yanğınsöndürən balon üçün toz (kq), 2 ədəd işıq, 1 ədəd test otağı üçün xortumlu tənzimləyici (requlyator), 7 ədəd ilk yardım qutusu, 2 ədəd çarpayı, 1 ədəd qum şiti (dəst), 4 ədəd ventilyator, divar içi, 4 ədəd verstak (dəmir iş stolu), 1 ədəd toz doldurma otağında dəmir şkaf və 5 ədəd rəngləmə otağında divarlara vurulan dəmir borulardır. Cavabdeh həmin əşyalardan 1 ədəd Balonların təzyiq test avadanlığı, 1 ədəd tərəzi, 1 ədəd nəzarət kamera sistemi, 1 ədəd hidravlik tiski, 1 ədəd işıqlı reklam, 3 ədəd projektor, 1 ədəd printer, 1 ədəd seyf, 1 ədəd darvazanın üstündəki reklam, 1 ədəd mebel (skaf, kreslo, stullar), 5 ədəd otaqların üstünə adıyazılan lövhələr, 400 Yanğınsöndürən balon üçün toz (kq), 2 ədəd çarpayı, 1 ədəd qum şiti (dəst), 4 ədəd ventilyator, divar içi, 1 ədəd verstak (dəmir iş stolu), 1 ədəd toz doldurma otağında dəmir şkaf və 5 ədəd rəngləmə otağında divarlara vurulan dəmir boruların mövcud olduğunu, digər əşyaların mövcud olmadığını və icarə obyektinə yerləşdirilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, iddiaçı bütün əşyaların icarə obyektinə yerləşdirildiyini sübut edə bilmir, eyni zamanda həmin hissə ilə bağlı konkret iddia tələbi mövcud deyildir və cavabdeh isə həmin əşyaların yalnız bir hissəsinin mövcud olmasını təsdiq edir, məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi həcmdə iddia tələbi əsaslıdır və 1 ədəd Balonların təzyiq test avadanlığı, 1 ədəd tərəzi, 1 ədəd nəzarət kamera sistemi, 1 ədəd hidravlik tiski, 1 ədəd işıqlı reklam, 3 ədəd projektor, 1 ədəd printer, 1 ədəd seyf, 1 ədəd darvazanın üstündəki reklam, 1 ədəd mebel (skaf, kreslo, stullar), 5 ədəd otaqların üstünə adıyazılan lövhələr, 400 Yanğınsöndürən balon üçün toz (kq), 2 ədəd çarpayı, 1 ədəd qum şiti (dəst), 4 ədəd ventilyator, divar içi, 1 ədəd verstak (dəmir iş stolu), 1 ədəd toz doldurma otağında dəmir şkaf və 5 ədəd rəngləmə otağında divarlara vurulan dəmir borular cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Eyni zamanda ilkin iddia tələbinin çəkilmiş xərcə görə 11510,40 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin 8-ci bəndinə əsasən tərəflər razılaşmışlar ki, “İcarəçi”lər “İcarəyə verən”(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməzlər. Hazırki iş üzrə iddiaçı mübahisə predmeti olan icarə obyektinə xərc çəkməsini, eyni zamanda nə qədər və hansı hissədə xərc çəkməsini, həmin xərcin çəkilməsi barədə icarəyə verəni məlumatlandırması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmiş, iddia tələbini məhkəmədə sübut edə bilməmişdir. Ona görə də, həmin hissədə ilkin iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin icarəyə götürülən əmlaka görə ödənilməli olan icarə haqqı hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflərin izahatı zamanı müəyyən olunmuşdur ki, icarəyə götürən hər ay ödənilməli olan icarə haqqını icarəyə verənə hər hansı bir qəbz və ya ödəniş kağızı vasitəsilə təqdim etməmiş, yalnız icarəyə verənin bildirdiyinə görə 1500 manat məbləğində ödəniş etmişdir. İcarə müqaviləsi üzrə müddət 37 ay təşkil edir ki, bu da 18500 manat edir və həmin məbləğdən ödənilən 1500 manatı çıxdıqda qalıq borc 17000 manat təşkil edir. İlkin iddia üzrə iddiaçı öz tələbində qeyd olunan məbləğdə icarə haqqının ödənildiyini bildirsə də, lakin qarşılıqlı iddia üzrə iddiaçı hər ay ödəməli olduğu icarə haqqını vaxtıvaxtında ödəmədiyini, 3 ay ödəniş etdiyini, daha sonra isə heç bir ödəniş etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, tələb edilən müddət üçün icarə haqqının ödənildiyini sübut etmək yükü ilkin iddiaçının üzərinə düşsə də, lakin ilkin iddiaçı həmin icarə haqqının ödənildiyini göstərən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə də təmin edilməlidir. Eyni zamanda məhkəmə qarşılıqlı iddia tələbinin kommunal xərclərə görə ödənilməyən 3600 manatın cavabdehdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş abonent saldolarından görünür ki, qazdan istifadəyə görə təqdim edilmiş saldo ünvan 6 ünvanı ilə bağlıdır və hazırkı mübahisə mənzillə bağlı deyil, qeyri-yaşayış sahəsinə aiddir. Eyni zamanda məhkəməyə təqdim edilmiş Azərişıq ASC-yə olan borcla bağlı məhkəmə bildirir ki, qeyd edilən borc tərəflərdən birinə aid deyil, İlqar Əliyev adlı şəxsə məxsusdur ki, bu da həmin hissədə iddia tələbinin əsassız olmasına dəlalət edir. Həmçinin "xxxx" MMC-nə olan borcla bağlı məhkəmə bildirir ki, təqdim edilmiş abonent saldosundan görünür ki, qalıq borc 8.4 manat təşkil edir ki, iddia tələbi də yalnız həmin hissədə təmin edilə bilər. Qarşılıqlıq iddia tələbinin 20000 manat mənəvi ziyanla bağlı hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçının məruz qaldığı mənəvi ziyanın nədən ibarət olması prosessual qanunvericiliyin tələbləri baxımından əsaslandırılmamışdır. Ona görə də, iddia tələbinin bu hissəsi təmin edilə bilməz.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 1 ədəd Balonların təzyiq test avadanlığı, 1 ədəd tərəzi, 1 ədəd nəzarət kamera sistemi, 1 ədəd hidravlik tiski, 1 ədəd işıqlı reklam, 3 ədəd projektor, 1 ədəd printer, 1 ədəd seyf, 1 ədəd darvazanın üstündəki reklam, 1 ədəd mebel (skaf, kreslo, stullar), 5 ədəd otaqların üstünə adıyazılan lövhələr, 400 Yanğınsöndürən balon üçün toz (kq), 2 ədəd çarpayı, 1 ədəd qum şiti (dəst), 4 ədəd ventilyator, divar içi, 1 ədəd verstak (dəmir iş stolu), 1 ədəd toz doldurma otağında dəmir şkaf və 5 ədəd rəngləmə otağında divarlara vurulan dəmir borular alınaraq İddiaçı MMC-yə qaytarılmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCdən xx.xx.2021-ci il tarixli İcarə müqaviləsi üzrə 17000 (on yeddi) min manat məbləğində ödənilməmiş icarə haqqı və 8.4 (səkkiz manat qırx qəpik) manat ödənilməmiş kommunal borcların əvəzi tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd Balonların təzyiq test avadanlığı, 1 ədəd tərəzi, 1 ədəd nəzarət kamera sistemi, 1 ədəd hidravlik tiski, 1 ədəd işıqlı reklam, 3 ədəd projektor, 1 ədəd printer, 1 ədəd seyf, 1 ədəd darvazanın üstündəki reklam, 1 ədəd mebel (skaf, kreslo, stullar), 5 ədəd otaqların üstünə adıyazılan lövhələr, 400 Yanğınsöndürən balon üçün toz (kq), 2 ədəd çarpayı, 1 ədəd qum şiti (dəst), 4 ədəd ventilyator, divar içi, 1 ədəd verstak (dəmir iş stolu), 1 ədəd toz doldurma otağında dəmir şkaf və 5 ədəd rəngləmə otağında divarlara vurulan dəmir borular alınaraq İddiaçı MMC-yə qaytarılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixli İcarə müqaviləsi üzrə 17000 (on yeddi) min manat məbləğində ödənilməmiş icarə haqqı və 8.4 (səkkiz manat qırx qəpik) manat ödənilməmiş kommunal borcların əvəzi tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova