Məhkəmə qərarları › İş №2(010)-2771/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2771/2021

14.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2771/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əmlakın əldə olunmasına xərclənən pul vəsaitinin tutulması və kredit borcunun yarısının cavabdehə aid edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əldə olunmasına çəkilən xərcin yarısının tutulması və cavabdehlə birgə nikah dövründə “xxxx” QSC-dən götürülmüş 5000 manat kredit məbləğinin yarısının cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə verərək Cavabdeh birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınmasına və təmirinə çəkilmiş 55000 manat pul vəsaitinin yarısının, yəni 27500 manat pulun tutularaq ona ödənilməsi və cavabdehlə birgə nikah dövründə “xxxx” QSC-dən götürülmüş 5000 manat kredit məbləğinin yarısının, 2500 manat pulun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X3 ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əmlakın əldə olunmasına xərclənən pul vəsaitinin tutulması və kredit borcunun yarısının cavabdehə aid edilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əmlakın əldə olunmasına xərclənən pul vəsaitinin tutulması və kredit borcunun yarısının cavabdehə aid edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar