Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2774/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü övladı X1 və təmin edilməsi üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh 2009-cu ildə ailə qurdular. Onlar 2013-cü ilədək bir çox kirayə mənzillərdə faktiki nikah münasibətlərində yaşadılar. xx.xx.2013-cü ildə isə onların övladı X5 dünyaya gəldi. Bundan sonra o uşaqla birgə atasına məxsus yaşayış evinə köçdü və atasıgildə qalmağa başladı. Əvvəlcə Cavabdehla münasibətləri normal davam edirdi, onlar qaldığı evə gəlib gedirdi. Lakin, bir müddət sonra Cavabdehla münasibətləri gərginləşdiyindən mübahisələr etməyə başladılar və artıq ailə münasibətlərini davam edə bilmədilər. X6 6 yaşı tamam olduqdan sonra onlar tamamilə ayrıldılar və faktiki ailə münasibətlərinə son qoyuldu. Qeyd edir ki, 2 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixdə atalığın müəyyən edilməsi haqqında 244483 nömrəli şəhadətnamədən göründüyü kimi, oğlu Həsənov (Qafarov) Cəmil Elman oğlunun atası Cavabdeh tanınmışdır. Odur ki, atalıqla bağlı hər hansı mübahisə yoxdur. Lakin, Cavabdeh uşağın saxlanmasında ona nə maddi, nə də mənəvi köməklik göstərmir. O uşağını təkbaşına saxlamaqda çətinlik çəkir. Uşağın anadan olduğu ilk vaxtlarda Cavabdeh ona ara-sıra köməklik göstərsə də, artıq bir neçə ildir ki, ona heç bir köməklik göstərmir, uşağı maddi və mənəvi cəhətdən təmin etmir. Odur ki, alimentin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edir ki, övladları X5 bir neçə ildir ki, Reyno sindromu və Talassemiya xəstəliyindən əziyyət çəkir. Bu xəstəliklərlə əlaqədar olaraq uşağının daimi qulluğa, müayinə və müalicəyə ehtiyacı vardır. Lakin, Cavabdeh uşağın nə saxlanmasında, nə təminatlarında, nə də onun müayinə və müalicəsində iştirak etmir. Uşağa heç bir maddi və ya mənəvi köməklik göstərmir. O, bugünədək xəstə uşağına təkbaşına qulluq edir, imkan çatdıqca onu müayinə və müalicə edir. Lakin, uşağı təkbaşına saxlamaqda çox çətinlik çəkir. Odur ki, hesab edir ki, Cavabdeh aliment yüksək məbləğdə tutulmalı və onlara ödənilməlidir. Onu da qeyd edir ki, o özündə olan xəstəliyi ilə əlaqədar bir neçə dəfə əməliyyat keçirdiyindən heç bir yerdə işləmir. Anasının və qohumlarının sayəsində övladını saxlamağa çalşır. Lakin Cavabdeh sürücüdür və ona məlum olduğu kimi, yüksək gəlirli rəsmi işdə çalışır. Odur ki, hesab edir ki, bir valideyn kimi övladını saxlamaq Cavabdeh borcu olduğuna görə ondan əmək haqqının ¼ hissəsi qədər aliment tutulmalı və onlara ödənilməlidir. O hazırki tələbi ilə mediasiyaya müraciət etdi. MŞB/8/2025-00551 saylı xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Mediasiya arayışı aldı. Odur ki, hazırda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mediasiya ödənişi 50 manat ödənilmişdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, aliment ilə bağlı məhkəməyə müraciət etmişdir. Uşağı ağ qan daşıyıcısıdır. 1 gün əvvəl ona Talasemiya Mərkəzindən zəng gəldi ki, qarşı tərəfin vəkili ora yaxınlaşıb məlumat almaq istəyib. Heç bir ana övladına talasemiya xəstəliyi adını qoymaz. İllərdir uşaqla maraqlanmır, amma iddia ərizəsi verdikdən sonra araşdırma aparır. Sabit, 246 manat pul məbləğində aliment tələb edir. Əlavə ödəniş etməyəcək deyə istəmir, minimum alimenti tələb edir. Məhkəmənin iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddia ərizəsi ilə tanış olduqdan sonra müəyyən olundu ki, iddiaçı uşağın xəstəliyinə istinad edərək aliment tələb edir. O, Mərkəzə rəsmi sorğu verdi, onlar sorğuya cavab verməkdən imtina etmişdilər və məhkəmə orqanlarının sorğusu ilə cavablandıracaqlarını bildirmişdilər. İş materiallarında həkim rəyi yoxdur. Bu kateqoriyaları xəstələrə dövlət maddi yardım göstərir. Bu səbəbdən Milli Hematologiya və Transfuziologiya Mərkəzi publik hüquqi şəxsinə sorğu verilməsini xahiş edir. Qarşı tərəfin əməkhaqqı yüksək deyil. Onun maddi vəziyyətini nəzərə alaraq maaşının ¼ hissəsində aliment tutulmasını xahiş edir. İş materialları. 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 274451 nömrəli xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 926 sayla qeyd edilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı, 244483 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/8/2025- 00551 nömrəli “X2 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2025-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində poçt-kargüzarlıq xidmətlərinə dair xərc ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri …100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci maddəsi: Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin qeyri-rəsmi nikah münasibətlərindən bir uşağı doğulmuş, hazırda qeyri-rəsmi nikah münasibətləri tamamilə pozulmuş, birgə uşaqları X5 iddiaçı anası ilə qalmışdır. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlə birgə övladları xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində alimentin ödənilməsini tələb etmişdir. Hazırda tərəflərin birgə uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X5 iddiaçı ilə yaşayır. Bu səbəbdən də uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğı göstərən və xərclər çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. İddiaçı uşağın saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını tələb etmişdir. Bu məbləğ isə 2025-ci il üzrə minimum aylıq əməkhaqqının məbləğinin 400 manat olduğu nəzərə alındıqda – 400 x 0.75 = 300 manat təşkil edir. Lakin, iddiaçı cavabdehin qeyd olunan məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu göstərən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə məhkəmə iclasında izahat verərək, alimentin cavabdehin maaşının ¼ hissəsi miqdarında tutulmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (246 manat) tərəflərin birgə nikahdan doğulmuş uşağına da şamil edilməlidir. Qeyd edilənləri və valideynlərin maddi vəziyyəti, uşağın üstün maraq və mənafelərini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün iddiaçıdan hər ay 246 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh tutulması məqsədəuyğundur. Həmçinin, Ailə Məcəlləsinin 110-cu maddəsinin tələblərini nəzərə alınmaqla, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Qeyd edildiyi kimi, iddiaçı məhkəməyə 2025-ci ildə müraciət etmişdir. Həmin il AR Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 400 manat olmuşdur. Beləliklə, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (246 manat) minimum əmək haqqına (400 manat) bölünməlidir (246/400=0.615). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (246x12=2952) mütənasib olan 49.52 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 49.52 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva