Məhkəmə qərarları › İş №2(010)-2790/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2790/2022

05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2790/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2072/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə onun yanında saxlanılmış xx.xx.2008-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 193 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 23 oktyabr 2007-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Onların birgə nikahdan 14.10 2008-ci il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı üç övladları olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2072/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 atası İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında yanında saxlanılması, cavabdeh İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci iltəvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bildirir ki, o, 3-cü qrup uşaqlıqdan ömürlük əlildir, heç yerdə işləmir, hər hansı bir gəliri yoxdur, sadəcə dövlət tərəfindən verilən müavinət alır, məhkəmə qətnaməsinə əsasən təyin olunmuş alimenti valideynlərinin hesabına ödəyir. Hazırda onlarda təqaüdə çıxıblar və alimenti ödəməkdə eyni zamanda onun yanında qalan oğlu Cavidanın saxlanılmasında çətinlik çəkir. Belə olan halda hesab edir ki, o, cavabdehin yanında saxlanılan övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəyirsə eləcədə cavabdeh onun yanında saxlanılmış uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2072/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh Məmmədov Elçı̇ n Akı̇ f oğlu arasında xx.xx.2007-ci il tarixdə Şəki şəhəri Qeydiyyat Şöbəsində bağlanmış 447 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 atası-cavabdeh Məmmədov Elçı̇ n Akı̇ f oğlunun, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları- iddiaçı Cavabdeh yanında saxlanılması, cavabdeh Məmmədov Elçı̇ n Akı̇ f oğlundan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-2072\2021 saylı müvəqqəti aliment tutulması barədə qərardadı ilə qət edilmiş aliment mələği hesablanıb tutularkən vaxt və miqdar baxımından nəzərə alınması, cavabdeh Məmmədov Elçı̇ n Akı̇ f oğlundan 30 (otuz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. - AZ-İ 423150 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından üç övladları doğulmuşdur. Hazırda tərəflərin arasındakı nikah pozulmuş, birgə nikahdan doğulan xx.xx.2008-ci il təvəllüdlü X4 atası Məmmədov Elçı̇ n Akı̇ f oğlunun, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları Cavabdeh yanında saxlanılmışdır. İddiaçı hesab edir ki, onun himayəsində saxlanılan azyaşlıya görə cavabdehdən hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Çünki, digər iki övladının saxlanılmasına görə o cavabdehə hər ay sabit pul məbləğində aliment ödəyir və nə qədər ki, uşaqların biri onun himayəsindədir, cavabdeh də öz növbəsində ona aliment ödəməlidir. Məhkəmə, hazırkı mübahisəni həll edərkən, ilk növbədə azyaşlıların mənafelərini əsas götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan qətnamədən göründüyü kimi birgə nikahdan doğulmuş 2 azyaşlı uşağın - xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları Cavabdeh, digər 1 azyaşlı övladın - xx.xx.2008-ci il təvəllüdlü X1 atası Məmmədov Elçı̇ n Akı̇ f oğlunun yanında qalması müəyyən edilmiş, həmin qətnamə ilə, eyni zamanda Cavabdeh xeyrinə İddiaçı hər ay sabit pul məbləğində cəmi 350 manat aliment tutulması qət edilmişdir. Deməli, nikahı pozulan hər bir valideynin himayəsinə azyaşlılar verilmiş, himayəsinə iki uşaq verilən Cavabdeh aztəminatlı hesab edilərək onun xeyrinə aliment tutulmuşdur. Hazırkı vəziyyətdə iddiaçı, cavabdehin aylıq gəlirinin ona nisbətən daha çox olmasını sübut edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi himayəsində 2 azyaşlı övladı olan Cavabdeh öz övladlarının maddi tələbatlarını ödəməkdə çətinlik çəkməsinə, habelə azyaşlıların həyat şəraitinin pisləşməsinə gətirib çıxaracaq. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi azyaşlıların mənafeyi baxımından məqsədəmüvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı Məmmədov Elçı̇ n Akı̇ f oğlunun Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Mediasiya prosesi ilə əlaqədar iddiaçı Məmmədov Elçı̇ n Akı̇ f oğlu tərəfindən ödənilmiş 50 manat məbləğində pul iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar