Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2817/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcun məbləği olan 10 000 (on min) manatmiqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki,Cavabdeh Bakı şəhəri, Suraxanı qəsəbəsində ev alqısatıqısı ilə məşğul olur. O da torpaq sahəsi almaq üçün ev alqı-satqısı ilə məşğul olan bir çox şəxslərə müraciət etmişdir. O, internet vasitəsi ilə Cavabdeh ev alqı-satqısı ilə məşğul olduğunu bilmiş və onun ***-***-**-** mobil telefonunun nömrəsinə zəng gedərək torpaq sahəsi alaraq ev tikmək istədiyini bildirmişdir. Xeyli söhbətlərdən sonra Cavabdehla razılaşmaq qərarına gəlmiş və 2017-ci ilin noyabr ayında torpaq sahəsi almaq məqsədi ilə Cavabdeh Suraxanı qəsəbəsində yerləşən ofisində ona 10 000 manat məbləğində pul vermiş, cavabdeh isə torpaq sahəsini və sənədləri tam hazır etdikdən sonra ona təhvil verəcəyini bildirmişdir. O, torpaq sahəsinin dəqiq yerini bilməmiş və aralarında olan danışıqlara əsasən 1.5 ha torpaq sahəsini Cahiddən satın almışdır. Cahid ümumillikdə həmin torpaq sahəsində ev tikməsi üçün 25 000 manat məbləğində pul lazım olacağını dedikdı o, pulu hissə-hissə verə biləcəyini bildirmişdir. Daha sonra validenyləri ilə məsləhətləşdikdən sonra 2 otaqlı deyil, 3 otaqlı ev tikmək istədiyini bildirmiş, Cahid isə 3 otaqlı evin 33 000 manata başa gələcəyini dimişdir. O, xx.xx.2017-ci il tarixdə X3 qəsəbəsində yerləşən ofisində ilkin olaraq 10 000 manat pulu verib, pulun qalan hissəini sonradan ödəyəcəyini bildirmişdir. Cahid isə pulu alıb səhərisi gün notariusa gedərək, sənədləşmə işlərinə başlayacağını desə də, müxtəlif bəhanələrlə bu işi uzatmış və nəticədə sənədləşmə işlərini edə bilməmişlər. Cahidə 10 000 manat pulu verən zaman isə aralarında heç bir yazılı qeyd aparılmamışdır. Pulu verdikdən 10 gün sonra Cahid ona zəng edərək, torpaqda ev tikmək üçün icazə aldığını və bunun 7 500 manata başa gəldiyini demişdir. Daha sonra Cahid ona, əlavə 5 000 manat pul olduğu halda tikintiyə başlaya biləcəyini demişdir. O, isə cavabdehə 5 000 manat pulu bir ay sonra verə biləcəyini demişdir. Həmin danışıqlardan sonra Cahid yenə də onunla əlaqə saxlayaraq pulunun olub-olmamasını soruşmuşdur. O da pulunun olmadığını demişdir. O, torpaq sahəsini görmədiyindən Cahidə ona baxmaq istədiyini demiş, Cahid isə Bakı şəhərində olmadığını bildərərək vaxt istəmiş, bir müddət sonra isə pulu gətirmədən torpaq sahəsinə baxa bilməyəcəyini demişdir. Danışıq zamanı başa düşmüşdür ki, Cahid torpaq almayıb və aldığı 10 000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Ondan verdiyi 10 000 manat pulu geri qaytarmasını tələb etsə də, sonuncu polisə müraciət etməməsini və verdiyi 10 000 manat pulu hissə-hissə qaytacağına söz vermiş, lakin bu söhbətlərdən 1 ilə yaxın vaxt keçməsinə baxamayaraq Cahid bir manatda olsa pul qayramadığına görə məcbur qalaraq DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Cahid isə onu evinə dəvət etmiş, onun anası isə yalvar-yaxar edərək qısa zamanda bankdan pul götürəcəyini və pulunu qaytaracağını bildirərək, şikayətini geri götürməsini xahiş etmişdir. Bir həftə sonra Cahidin anası onu yenə evlərinə dəvət etmiş və 2000 manat pulu ona ödəmiş, qalan 8 000 manatı isə qısa zamanda hissə-hissə ödəyəcəyini bildirdilər. Yenə də ona pul ödənmədiyi üçün o, Cahidə zəng etmiş və o, yenə də müxtəlif bəhanlər gətirərək, vaxt qazanmağa çalışmışdır. Belə ki, Cahid özü onunla əlaqə saxlayaraq ona verdikləri 2 000 manat pulu geri istəmiş, guya nəsə iş gördüyünü və əlinə külli miqdarda pul gələcəyini, ona olan borcundan 5 000 manatı nəğd şəkildə qaytaracağını söz vermişdir. O, yenə də Cahidin boş sözlərinə inanmış və 2000 manat pulu geri qaytarmışdır. Cavabdeh onun etibarını qazanmaq üçün evinin texniki pasportunu gətirərək, hansı sənədə istəsə qol çəkəcəyini bildirmiş və yenidən onun etibarını qazanmışdır. O, Cahidə əvvəlcə 10 000 manat vermiş və yenidən ona 2 000 manat verdiyi ilə bağlı sənədə öz əl yazısı ilə yazaraq imza etdirmişdir. Cahid 2000 manat pulu götürdükdən sonra ona bu günə kimi bir manatda olsa ödəniş etməmiş, cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlasada aldığı 10.000 manat puldan bir manatda ödəməsinə nail olmamış, artiq bir müddət gözləmiş və bir xeyri olmadığı üçün X2 şikayət ərizəsi ilə müraciət etmişdir. Dələduzluq faktının olmasını sübut edə biləcək kifayət qədər mötəbər dəlillər əldə etmək mümkün olmadığından Azərbaycan Respublikası CM-nin 178ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi göstərilmişdir. O, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehiniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-cimaddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən araşdırılmış işin hallarından, eləcə də İddiaçı oğlunun ərizəsi əsasında Suraxanı Rayon Polis İdarəsində toplanmış rədd materialından aydın olur ki, Cavabdeh 2017-2018-ci illərdə İddiaçı oğlundan 10000 manat pul almışdır. Beləliklə də Cavabdehİddiaçı 10000 manat miqdarında borcu olması təsdiq olunur. Məhkəmə iddia tələbinin qanuni əsası kimi aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüquq vardır. Belə olduğu halda məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı oğluna verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2817/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2817/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver