Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2836/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X13 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-6144/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixində 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X8 adlı övladı dünyaya gəlmişdir. Sonradan ər-arvad kimi birgə yaşamaqları və ailənin saxlanması qeyri-mümkün olduğundan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-481/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” X12 2622 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 anası X3 himayəsində saxlanılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2890/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X3 iddia tələbi qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat və xx.xx.2018-ci il təvəllüdlü X8 3 yaşına çatanadək, yəni xx.xx.2021-ci il tarixədək 50 manat sabit pul məbləğində aliment ondan tutularaq, X6 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sonradan cavabdeh ona qarşı aliment məbləğinin artırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6144/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2890/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilmiş, ondan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. X5 ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahları 1 saylı Bakı “ASAN xidmət” X7 1448 saylı nikah aktı qeydi ilə rəsmiləşdirilmiş və onlara AZ-İİ seriyalı, 436270 saylı nikah şəhadətnaməsi verilmişdir. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü qızı X11 və xx.xx.2022-ci il təvəllüdlü oğlu X9 anadan olmuşdur. Həmçinin, ona məlum olmuşdur ki, Cavabdeh hazırda Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işləyir və müntəzəm aylıq gəliri vardır. Lakin buna baxmayaraq, gəlirlərini məhkəmədən gizlətmiş və yeganə gəlirinin aliment olmasını bildirmişdir. Göründüyü kimi onun ailə və maddi vəziyyətində dəyişiklik olması, həmçinin cavabdehin də müntəzəm gəlirinin olması səbəbindən cavabdehə ödənilən aliment miqdarının sabit pul məbləğində hesablanması daha məqsədəmüvafiqdir. Belə ki, hazırda cavabdehə ödənilən aliment məbləği əmək haqqının 1/4 hissəsini təşkil etdiyindən aylıq məvacibi ailə şəratinin, həmçinin faktiki olaraq himayəsində olan ailə üzvlərinin normal saxlanılmasına kifayət etmir, onların mənafeyini kobud surətdə pozur. Ona görə də hesab edir ki, cavabdehin də onunla birgə uşağın saxlanılmasında iştirak etməsi nəzərə alınmalıdır. Tərəflərin izahatları. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının aylıq əmək haqqı təxminən 1220 manatdır. Cavabdehlə birgə nikahından doğulmuş uşağın saxlanılması üçün hər ay iddiaçının əmək haqqının 1/4 hissəsi miqdarında - 250 manat aliment tutulur. İddiaçı uşağın saxlanması üçün 250 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etməsə də alimentin əmək haqqından tutulmasını istəmir. Belə ki, iddiaçı dövlət idarəsində işləyir və əmək haqqının müəyyən hissəsindən hər ay aliment tutulması ona bəzi çətinliklər yaradır. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh də işləyir və aylıq sabit gəliri var. Bu səbəbdən o da uşağın saxlanmasında iştirak etməlidir. Belə ki, uşağın saxlanmasını təmin etmək təkcə iddiaçının vəzifəsi deyil. Üstəlik, iddiaçı yenidən ailə qurmuş, iki övladı doğulmuşdur. Bu uşaqların saxlanması ilə bağlı xərcləri də iddiaçı çəkir. Belə vəziyyətdə alimentin iddiaçının əmək haqqından tutulması həm də həmin uşaqların mənafeyini pozur. Hesab edir ki, iddiaçıdan tutulan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı Zağulbada yerləşən prezident iqamətgahında fəhlə işləyir və əmək haqqı 1228 manatdır. Hər ay onun əmək haqqından 250 manat məbləğində aliment tutularaq ona ödənilir. O, alimentin sabit pul məbləğində tutulmasını istəmir. İlk növbədə, ona görə ki, iddiaçı ailəlidir və uşaqları var. Bu səbəbdən hər ay alimentə görə iddiaçı ilə əlaqə saxlaya bilməz. Digər tərəfdən, aliment əgər sabit məbləğdə tutularsa, iddiaçı alimentin vaxtında ödənilməsindən yayına bilər. Bu isə uşağın mənafeyinə uyğun deyil. Belə ki, o özü işləsə də əmək haqqı cəmi 580 manatdır. Hansı ki, hər ay bu pulun 300 manatını uşağı saxlayan dayəyə ödəyir. Həmçinin, o, atası evində yaşayır və ata-anası xəstədir. Özü isə bu yaxınlarda əməliyyat olunmuşdur. Bu vəziyyətdə uşağın saxlanılması üçün iddiaçının əmək haqqından tutulan aliment uşaq üçün zəruridir. Həmçinin, iddiaçının əmək haqqının yalnız 1/4 hissəsindən aliment tutulur. Qalan hissə isə onun özünə, ailəsinə qalır. Bu səbəbdən hesab etmir ki, onun əmək haqqından tutulan aliment iddiaçının ailəsini saxlamağa mane olsun. Hər bir halda qeyd edir ki, iddiaçı ilə birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasına qəti şəkildə razı deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialları. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 581380 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (atası İddiaçı, anası X18) xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 6182 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 712221 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası İddiaçı, anası X18) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 83 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2890/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat və xx.xx.2018-ci il təvəllüdlü X8 3 yaşına çatanadək, yəni xx.xx.2021-ci il tarixədək 50 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq X6 verilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-481/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X10 arasında xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” X12 2622 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 anası X3 himayəsində saxlanılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-6144/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2890/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilmiş, cavabdeh İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşin faktiki halları. İddiaçı və Cavabdehnun birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X8 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş həmin uşağın Cavabdeh yanında qalması müəyyən edilmişdir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-6144/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı əmək haqqından 1/4 hissədə tutulan alimentin 250 manat sabit pul məbləğində alimentlə əvəz edilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmə iclasında iştirak edən Cavabdeh isə iddianı qəbul etməyərək, uşağın saxlanılması üçün iddiaçıdan tutulan alimentin sabit pul məbləğində müəyyən edilməsinə razı olmadığını bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
İddia tələbindən göründüyü kimi İddiaçı məhkəmə qətnaməsi ilə onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulan aliment miqdarının dəyişdirilərək, 250 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, alimentin sabit pul məbləğində tutula bildiyi hallarla bağlı məsələyə “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında konkret münasibət bildirilmişdir. Belə ki, həmin qərarda göstərilir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qərarda daha sonra qeyd edilir ki, qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Bundan başqa qərarda konkret olaraq qeyd edilmişdir ki, qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Hazırkı işdən görünür ki, alimentin tutulması ilə bağlı məhkəməyə müraciət edən, yəni xeyrinə aliment tutulan şəxs - Cavabdehdır. Belə olan halda Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ortaya qoyduğu mövqeyə əsasən İddiaçı sabit pul məbləğində aliment tutulması ilə bağlı təşəbbüsü yalnız xeyrinə aliment ödənən şəxs, yəni Cavabdeh göstərə bilər ki, hazırkı işdə bunun əksi baş vermiş, məhkəmə iclasında izahat verən Cavabdeh iddiaçıdan tutulan alimentin sabit pul məbləğində müəyyən edilməsinə qəti şəkildə etiraz etmişdir. Odur ki, iddia təmin edilə bilməz.
Məhkəmə xərci.
Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva