Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2916/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X7katibliyi, İddiaçı və nümayəndəsi X1, Cavabdeh və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)- 4008/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək hər uşağa görə ondan 80 (altmış) manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan onların xx.xx.2015-ci il tarixdə Bağırova Mövlanə Elvin qızı və xx.xx.2016-cı il tarixdə X8 adlı iki övladı anadan olmuşdur. İddiaçı ilə cavabdeh X4 arasında nikah xx.xx.2019-cu ildə 420 saylı akt qeydi ilə ləğv edilmişdir. Onların nikahı ləğv edilməmişdən əvvəl cavabdeh məhkəmədə ona qarşı aliment tələbi ilə iddia qaldırmış və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan hər uşağa görə 160 manat,cəmi 320 manat aliment tutulması qət edilmişdir. İddiaçı hal-hazırda məhkəmə tərəfindən ödənilməsi qət edilmiş aliment məbləğini ödəyə bilmir və qeyd edilən məbləğin ödənilməsi onun üçün artıq mümkün deyildir. Hal-hazırda da iddiaçı cəmi 250 manat məbləğində əmək haqqı alır və özünə daha yüksək gəlirli iş axtarmasına, bu barədə aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq, özünə gəlirli iş tapa bilməmişdir. Məhkəmə iddiaçıdan hər bir uşağa 160 manat məbləğində aliment tutulmasını qət edəndən sonra İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verməmiş, öz uşaqları üçün hər ay həmin məbləğdə pulu valideyinlərinin köməyi ilə ödəmişdir. İddiaçının valideyinləri yaşlı adamlardır, işləmirlər təqaüdlə dolanırlar. Məhkəmə tərəfindən müəyyən edilmiş iddiaçının hər uşağa görə ödəməli olduğu 160 manat alimentin miqdarı azaldılaraq hər uşağa görə 80 manat edilməsini daha ədalətli sayır və düşünür ki, bu məbləği iddiaçı ödəyə bilər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İdiaçının nümayəndəsi X4 eyni məzmunlu izahat verib iddanın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsininxx.xx.2019-cu il tarixli 2(010)-4008/2019 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü Bağırova Mövlanə Elvin qızının və 07.11,2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2019cu il tarixdən başlayaraq cavabdeh İddiaçı məvacibinin 1/3 hissəsi, yəni 75 manat (hər uşağa 37.5 manat), əlavə olaraq sabit pul məbləğində hər uşağa 122,5 manat, bununla da hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit məbləğdə aliment İddiaçı alınaraq Cavabdeh verilməlidir. İddiaçı həmin aliment miqdarının azaldılması tələbi tamamilə əsassızdır. İddiaçı tərəfindən ödənilən aliment məbləği isə övladının tələbatlarını tam ödəmir. Hazırkı iddia tələbi ilə bağlı alimentin azaldılması xeyrinə aliment tutulan uşağın maddi vəziyyətini kəskin surətdə pisləşdirə bilər. Ona görə də, İddiaçı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsinin tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi X6 izahatında iddia tələbini qəbul etməyərək Cavabdeh izahatına uyğun izahat verib əlavə olaraq qeyd etdi ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti vaxtı-vaxtında ödəmədiyinə görə məcburir ki, iddiaçının qohumuna məxsus mağazada işləməyə. Halbuki, həmin mağazanın müdiri iddiaçının qohumu olduğuna görə özü də həmin yerdə işləyib alimentivaxtı-vaxtında ödəyə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə prosesində tədqiq edilən iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(010)-4008/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü Bağırova Mövlanə Elvin qızının və 07.11,2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı məvacibinin 1/3 hissəsi, yəni 75 manat (hər uşağa 37.5 manat), əlavə olaraq sabit pul məbləğində hər uşağa 122,5 manat, bununla da hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit məbləğdə aliment İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan X13 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Suraxanı rayonunun sosial işçisi İddiaçı 2020-ci ilin yanvar ayından 2020-ci ilin may ayınadək hər aya 250.00 manat məbləğində əmək haqqı almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Təsvir olunanlara və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbi qeyd olunan normalarına uyğun araşdırılmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin aliment ödəməkdən azad edə bilmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd etməyi zərurui hesab edir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-4008/2019 saylı qətnaməsi ilə tutulmalı olan alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəf aliment məbləğinin azaldılmalı olmasını əsaslandıra bilməmiş və bunu əsaslandıran müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı tərəf aliment məbləğinin azaldılmasını “aylıq məvacinin 250 manat olması və alimentin ödənilməsində yaşlı və təqaüdçü valideynlərinin maddi cəhətdən köməklik etməsi” ilə əsaslanıdrsa da, məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçıdan sabit pul məbləğində 80 manat aliment tutulması - uşağın mənafeyini əhəmiyyətli dərəcədə pozur. Belə ki, həmin məbləğdə alimentin tutularaq iddiaçıya verilməsi həm uşağın, həm də uşağı saxlayan valideynin mənafeyini pozmuş olar. Ona görə də, hazırkı iddia tələbi tutulan alimentin azaldılması və həmin uşağın əvvəlki təminatının səviyyəsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfin tələbini sübuta yetirə bilməməsi, tərəflərin vəziyyəti və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın mənafeyi nəzərə alınaraq, iddiaçının hazırki iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı “alimentin azaldılması” tələbi barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədənrəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2916/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2916/2020
28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver