Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2938/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiаçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün 01 yanvar 2025-ci ildən başlayaraq yetkinlik yaşına çatanadək hər birinə 1000 manat olmaqla, ümumilikdə 2000 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki olaraq 2005ci ildə ailə qurmuşlar. Nikahlarını 8 noyabr 2014-cü ildə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2006-ci ildə Uluxan adlı, xx.xx.2008-ci ildə Səma adlı və xx.xx.2014-cü ildə Sera adlı övladları doğulmuşdur. Əvvəllər münasibətləri tam normal olsa da, son illərdə cavabdehlə münasibətləri gərginləşmiş, 2025-ci ilin yanvar ayından faktiki olaraq ayrılmışlar. O məcbur olub müvəqqəti olaraq Gəncə şəhərində yaşayan valideynlərinin yanına getmişdir. Münasibətlərinin pozulmasına səbəb cavabdehin ona və uşaqlarına qarşı laqeyd və hörmətsiz münasibətidir. Belə ki, cavabdeh şəxsi bizneslə məşğul olmaqla, yüksək gəliri olmasına baxmayaraq, qazancını öz sair məqsədlərinə xərcləməklə demək olar ki, uşaqların maddi təminatını tam pisləşdirmişdir. Bundan başqa cavabdeh onlara məxsus olan evlərini, başqa ev alacağı adı ilə satmış, lakin xeyli müddətdir ki, müxtəlif bəhanələrlə evi almayaraq ailəni kirayədə saxlamaqla da, narazılıq yaratmışdır. Artıq 5 aydır ki, o, aylıq 600 manat kirayə haqlarını da, ödəməklə, onlara əlavə problem yaradır. Eyni zamanda uşaqlarının normal qidalanma, geyim və təhsil təminatı çətin duruma düşmüşdür. O isə heç bir yerdə işləmir. Hazırda 3 uşaqları onun himayəsində olduğundan, cavabdeh uşaqlarının normal saxlanılıb tərbiyə edilməsi üçün valideyn kimi yardım etməyə borcludur. Uşaqlarından xx.xx.2006-cı ildə anadan olmuş Uluxan adlı övladları yetkinlik yaşına çatmışdır. Gəncə şəhər 1 saylı Mediasiya təşkilatına müraciət edib müvafiq arayış almışdır. Göstərilənlərə əsasən hesab edir ki, hazırda onun himayəsində olan hər 3 uşaqlarından, yetkinlik yaşına çatmayan 2 uşağa münasibətdə aliment alınması təmin edilməlidir. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin gəlirləri ilə əlaqadar, onun mülkiyyətində olan Bakı şəhəri, “Baksol” adlanan yerdə göl qırağında, bir hissəsini icarəyə (arenda) verdiyi, bir hissəsini isə özü işlətdiyi böyük obyekti vardır. Həmin obyektin icarəyə verdiyi hissəsindən hər ay 10000 manat pul alır. Bundan başqa obyektin bir hissəsində istehsal sexi işlətməklə xeyli qazanc əldə edir. Bu gəlirləri barədə onda rəsmi məlumatlar olmasa da, o, birgə yaşadıqları dövrdə özü ona və uşaqlarına bildirmişdir. Bu faktı böyük oğlu Uluxan da, məhkəmədə təsdiq edə bilər.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ilə faktiki olaraq 2005-ci ildə ailə qurmuşlar. Nikahlarını 8 noyabr 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2006-ci ildə Uluxan adlı, xx.xx.2008-ci ildə Səma adlı və xx.xx.2014-cü ildə Sera adlı övladları doğulmuşdur. Uşaqlarından xx.xx.2006-cı ildə anadan olmuş Uluxan adlı övladları yetkinlik yaşına çatmışdır. 2025-ci ilin yanvar ayından faktiki olaraq ayrılmışlar. Hal-hazırda işləyir aylıq qazanc məbləği 500 manatdır. Cavabdeh onlara məxsus olan evlərini satdığından kirayə evdə yaşayırlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun aylıq gəliri 1000-1500 manat məbləğ təşkil edir. Uşaqların hazırlığı üçün 500 manat və hər ay banka 870 manat məbləğində kredit ödəyir. xx.xx.2006-cı ildə anadan olmuş Uluxan adlı övladlarını 16000 manat verməklə Almanyaya göndərmişdir. İddiaçı mart ayından Gəncə şəhərinə getmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək, hər uşağa 250 manat, cəmi 500 manat aliment tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
5. xx.xx.2025-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (birinci tərəf adından, xx.xx.2025-ci il tarixdə Gəncə regional ASAN xidmət mərkəzində notarial ofis tərəfindən verilmiş etibarnamə əsasında vəkil X2) xx.xx.2025-ci il tarixində saat 15:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci, 10 manat kargüzarlıq xərci ödəmişdir.
6. Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə doğulmuş, anası İddiaçı və atası Cavabdehdur.
7. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə doğulmuş, anası İddiaçı və atası Cavabdehdur.
8. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2014-cü il tarixdə 222 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva, ərə Mirzəyev soyadı verilmişdir.
İşin faktiki halları.
9. İddiaçı və Cavabdeh birgə nikahından üç uşaqları xx.xx.2006-ci ildə X5, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 doğulmuşdur. Hazırda tərəflər birlikdə yaşamır və iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh tərəf isə alimentin qismən tutulmasına razı olduğunu bildirmişdir. Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
12.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il № 15 Qərarı.
"8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmənin mövqeyi.
15. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından üç uşaqları doğulmuş, onlardan biri yetkinlik yaşına çatmış, digər iki uşaq hazırda iddiaçının himayəsindədir. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.
16. İddia tələbindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün 1000 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçının tələb etdiyi məbləği qismən qəbul etdiyini və iddianın qismən təmin olunmasını bildirmişdir.
17. Bundan başqa məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından üç övladları vardır və hazırda cavabdehin işləməsi, yüksək əmək haqqı alması, həmçinin zəruri vəsaitə malik olması iş materiallarından müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və onların xərclərinin qarşılanması məqsədilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 252 manat, cəmi 504 manat sabit pul məbləğində aliment tutulmalı olması qənaətinə gəlir.
18. Bundan əlavə məhkəmə qeyd edir ki, 2025-ci il üçün ölkə üzrə 400 manat minimum əmək haqqı müəyyən edilmiş və həmin ilə münasibətdə bir uşağa görə 252 manat sabit pul məbləğində alimentin həddi (252:400)=0.63 misli miqdarında müəyyən edilməli və minimum əmək haqqının dəyişməsi ilə bağlı olaraq sonrakı artımlar da nəzərə alınmalıdır.
19. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının hər ay hər bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 misli həddində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.
20. Məhkəmə alimentin hansı tarixdən tutulmağa başlanması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına ərizə ilə müraciət edildiyi tarixdən –xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2025ci il tarixdən hesablanmalı və məhkəmə xərcləri – 80.48 (səksən manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. 22.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərcləri – 80.48 (səksən manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova