Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2961/2020 25.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, Kreditor ünvan 1 ünvanında yerləşən «xxxxxxxx» MMC-nin borclu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, dalan 1, ev 2 ünvanında qeydiyyatda olan, xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinə baxaraq, Müəyyən Etdim: Kreditor «xxxxxxx» MMC Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş və hazırda ünvan 4 ünvanında pasport qeydiyyatında olan Borclu 30 yanvar 2019-cu il tarixli müqavilə üzrə 1620 (min altı yüz iyirmi) manar əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1640 (min altı yüz qırx) manat pulun alınaraq “xxxxxxx” MMC-yə ödənilməsibarədəməhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən «Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər». Qanunvericiliyin qeyd olunan müddəasına əsasən əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən əlavə sübutlar cəlb edilib tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditorun tələbinin tam əsaslılığı ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün tam aşkar olması başa düşülməlidir. Kreditor «xxxxxxx» MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tələb tam təsdiq olunmur. Belə ki, kreditorun məhkəmə əmrinin verilməsinə dair elektron ərizəsinə əlavə edilmiş müqaviləyə əsasən borcluya mobil telefonunun verildiyi öz əksini tapsa da həmin mobil telefonun təhvil-təslim aktı barədə sənədlər ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 279.2.2.-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3, və 279.4-cü maddələrinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz», «Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq, Qərara Aldım: Kreditor «xxxxxxx» MMC Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2961/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2961/2020
25.06.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver