Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3101/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Anar Adil oğlu Qasımovun sədrliyi, İsa Sabir oğlu Maqsudovun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsindən azad edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsindən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2008-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə qət olunmuş və ödənilməsi iddiaçıdan tələb olunan 308 manat sabit pul məbləğində alimentin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onu Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-39432018 saylı qətnaməsi əsasında qızı X11 görə Cavabdeh xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə kimi (24 aya görə) ödəməli olduğu alimentlə əlaqədar yaranmış 3696 (üç min altı yüz doxsan altı) manat məbləğində aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx xxxxxxx 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan xx xxxx 2008-ci il təvəllüdlü Məryəm və xx.xx.2009-cu il təvəllüdlü Mətin adlı uşaqları doğulmuşlar. Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan xx.xx.2008-ci il tarixli nikahı pozulmuş, uşaqları Cavabdeh himayəsində saxlanılaraq hər ay hər uşaq üçün 154 manat olmaqla cəmi 308 manat məbləğində alimentin ondan alınıb Cavabdeh verilməsini qət etmişdir. O, cavabdehlə ayrıldıqdan sonra oğlu Mətin anasının himayəsində, qızı Məryəm isə onun himayəsində qalmışdır. Lakin, qızı Məryəm himayəsində olmasına baxmayaraq, 1 il müddətində Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə qət edilmiş 308 manat məbləğində hər iki uşaq üçün nəzərdə tutulmuş alimenti cavabdehə ödəmişdir. Qızı Məryəmin onun himayəsində olması Quba rayon icra və probasiya şöbəsinin xx.xx.2019cu il tarixli qərarı ilə də sübut olunur. Belə ki, Suraxanı rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(010)-3943/18 saylı icra sənədinin icrası zamanı da Cavabdeh qızı Məryəm ilə 2 saata yaxın ünsiyyət qurmağa çalışsa da, uşaqla ünsiyyət qura bilməmiş, müvafiq təşkilatların nümayəndələrinin ana və uşağın ünsiyyət qurmalarına köməklik cəhdləri nəticə verməmiş, Məryəm qəti şəkildə anasını rədd edərək onunla qalmaq istədiyini bildirmişdir. Nəticədə də, qızı Məryəmin onun himayəsində yaşaması uşağın mənafeyinə daha uyğun hesab edilərək, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2 (010)-3943/l8 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hal-hazırda da qızı Məryəm onun himayəsindədir. O, Quba rayon Digah kənd tam orta məktəbində təhsil alır 7-ci sinif şagirdidir. Onun bütün maddi və mənəvi ehtiyaclarını özü qarşılayır. O, hesab edir ki, qızı Məryəm onun himayəsində olduğundan Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə Məryəm və Mətin Həbibovlar yetkinlik yaşına çatanadək saxlanılması üçün qət olunmuş və hər ay ödəməli olduğu 308 manat məbləğində alimentin ödənilməsindən məhkəmə qətnaməsinə əsasən azad edilməlidir. Ona görə də, onu Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-39432018 saylı qətnaməsi əsasında qızı X11 görə Cavabdeh xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə kimi (24 aya görə) ödəməli olduğu alimentlə əlaqədar yaranmış 3696 (üç min altı yüz doxsan altı) manat məbləğində aliment borcundan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə qismən razılaşaraq izahatında bildirdi ki, İddiaçı ilə birgə nikahından xx xxxx 2008-ci il təvəllüdlü Məryəm və xx.xx.2009-cu il təvəllüldlü Mətin anadan olmuşdur.Suraxanı rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş,övladları öz himayəsində saxlanılaraq hər ay uşaq üçün 154 manat olmaqla cəmi 308 manat məbləğində alimentin İddiaçı alınaraq ona verilməsi qət edilmişdir. O, etiraf edir ki, xx xxxx 2008-ci il təvəllüdlü Məryəm məhkəmə məhkəmə qətnaməsi ilə onun himayəsinə verilməli olmasına baxmayaraq hələdə qanunsuz olaraq İddiaçı himayəsində qalır. Belə olduğu halda o, həmin uşaqa görə ödənilməli olan alimentin silinməsinə etiraz etmir, lakin tələbi odur ki, qeyd olunan və qüvvəsini alan məhkəmə qətnaməsi də İddiaçı tərəfindən tam icra edilsin və xx xxxx 2008-ci il təvəllüdlü Məryəm onun himayəsinə verilsin. Məhkəmə iclasında cavabdehin vəkili X7 Cavabdeh izahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və aliment tələbi” barədə iddia ərizəsinə dair2(010)-3943/2018 saylı mülki işin materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçıCavabdeh ilə cavabdeh İddiaçı arasındaxx xxxxxxx 2008-ci ildəQuba rayon İcra Hakimiyyəti Başçısının X22 Dairəsi üzrə İcra Nümayəndəliyində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 36 №-si ilə qeyd edilmiş nikah pozulması, xx xxxx 2008-ci il təvəllüdlü X16 və xx xxxxxx 2009-cu il təvəllüdlü X21 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalmaları, xx xxxxxx 2009-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı alimentin tutulmasının əvvəli xx xxx 2018-ci il tarixdən hesablanmaqla iddiaçı Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində 154(yüzəlli dörd) manat miqdarında aliment və xx xxxx 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay sabit pul məbləğində 154(yüz əlli dörd) manat miqdarında aliment tutulması qət edilmişdir. Həmin işin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(102)- 1931/19 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu ul tarixli 2(102)- 1931 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Quba rayon Digah kənd tam orta məktəbinin xx.xx.2019-cu il tarixli arayışından müəyyən olunur ki, X16 həqiqətən 2013-2014-cü tədris ilindən hal-hazıra qədər Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbində təhsil alır və hal-hazırda məktəbin 6-cı sinifində oxuyur. İş materiallarına əlavə edilmiş Quba rayon İHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Quba rayon Digah kənd sakini İddiaçı Quba rayon Digah kəndində yaşayır, işləmir və ailə tərkibi –atası X19, anası X9 və qızı X12r. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2019-cu il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X8 borclu İddiaçı alınaraq tələbkar Cavabdeh verilməsi hissədə Suraxanı rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(010)-3943/18 saylı icra sənədi xx.xx.2019-cu il tarixdə Quba rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra sənədi üzrə tələbi təmin etmək məqsədilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə tərəflərin (borclu və tələbkar), azyaşlı Məryəm Həbibovanın, aidiyyəti dövlət orqanlarının nümayəndələrin və hal şahidlərinin iştirakı ilə icra tədbirləri keçirilsə də uşağın anaya təhvil verilməsi icra edilmədiyinə görə Həmin qərarla Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3943/2018 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Quba rayon İH-nin xx.xx.2019cu il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2008ci il təvəllüdlü X16 ilə müvafiq izahat işi aparılmış, Məryəm Həbibova fikirlərini sərbəst surətdə ifadə edərək atası İddiaçıyanında qalmaq istədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon Digah kənd tam orta məktəbinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, X16 həqiqətən 2014-cü tədris ilindən Quba rayonu Digah kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş və indiyə kimi bu məktəbdə təhsil alır. Hazırda Digah kənd tam orta məktəbinin 7-ci sinif şagirdidir. İş materiallarına əlavə edilmiş Quba rayon İHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2008-ci ildə anadan olmuş X16 indiyə kimi Quba rayonu Digah kəndində atası İddiaçı ilə birgə yaşayır, onun himayəsində olur. İş materiallarına əlavə edilmiş Quba rayon Digah kənd həkim məntəqəsinin maması G.Verdiyeva tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X16 xx.xx.2008-ci ildə Quba rayon Digah kəndində anadan olmuşdur. Hal-hazırda uşaq Quba rayon Digah kəndində yaşayır. Doğulduğu gündən bu günə kimi uşağın bütün peyvəndləri onun tərəfindən vurulmuşdur. Uşaq xəstələnəndə həmişə bütün tibbi yardımlarını özü etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(010)-3943/2018 saylı icra sənədinə əsasən xx xxxxxx 2009-cu il təvəllüdlü X13 yetkinlik yaçına çatanadək saxlanması borclu X10 hər ay sabit pul məbləğində 154 manat miqdarında tutulmasının əvvəli xx xxx 2018-ci il tarixindən hesablanmaqla, eləcə də xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu İddiaçı oğundan tələbkar Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 154 manat miqdarında aliment tutulmalıdır. Qeyd olunan icra vərəqələri şöbənin icratına xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə daxil olmuşlar. Qeyd olunan icra vərəqələri üzrə cəmi 3620 manat aliment tələbkarın xeyrinə ödənilmiş, arayış verildiyi tarixə 4388 manat ailment borcu yaranmışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan xx xxxx 2008-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X21 anadan olmuşdur. Suraxanı rayonməhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah ləğv edilmiş, xx xxxx 2008-ci il təvəllüdlü X16 və xx xxxxxx 2009-cu il təvəllüdlü X21 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalması, xx xxxx 2008-ci il təvəllüdlü X8 cavabdehİddiaçı alınaraq, iddiaçıCavabdeh verilməsi, xx xxxx 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay sabit pul məbləğində 154 (yüzəlli dörd) manat miqdarında aliment tutulması və həmin alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmasıqət edilmişdir.Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-1931/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni ilə işin mübahisəsiz halı ondan ibarətdir ki, xx xxxx 2008-ci il təvəllüdlü X8 cavabdehİddiaçı alınaraq iddiaçıCavabdeh verilməsi hissədə qətnamə hazıra kimi icra edilməmiş və xx xxxx 2008-ci il təvəllüdlü X6 rayon Digah kəndində atası İddiaçı himayəsində yaşayır və həmin kəndintam orta məktəbinin 7-ci sinifinin şağırdidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2.-ci maddəsinə əsasənməhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə bu nəticəyə gəlir ki, Həbibov X17 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx xxxx 2008-ci il təvəllüdlü X1 üçün aliment ödənilməsinə dair vəzifənin daşıyıcısı olsa da, qeyd olunan qətnamə həmin uşaqın anasının himayəsinə verilməsinə dair hissədə icra edilmədiyindən, həmin uşağın saxlanması üçün nəzərdə tutulmuş aliment borcu X14 alimentə görə yaranmış ümumi borcundan silinməlidir. Bu halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxx 2008-ci il təvəllüdlü X16 faktiki olaraq atasının himayəsində olmaqla onun bütün zəruri və saxlanması ilə bağlı olan xərcləri özü (İddiaçın Elçin oğlu) ödəyir. Bununla belə, məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı silinməli olan borcun məbləğinin 3696 manat təşkil etməsini onunla əsaslandırmışdır ki, bu borc xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Məhkəmə isə həmin dəlillərin əsassız oduğunu qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 419.4.-cü maddəsinə görə Kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Qeyd olunan prosessual qanunvericiliyin müddəalarından göründüyü kimi apelyasiya instansiyası tərəfindən qəbul olunmuş qətnamədən kasassiya şikayəti verildikdə və həmin şikayətə mahiyyəti üzrə baxıldıqda Kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minmiş olur. Bu isə ona dəlalət edir ki, xx xxxx 2008-ci il təvəllüdlü X1 üçün aliment tutulmasının başlanması məhz həmin iş üzrə Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-1931/2019 saylı qərarı qəbul edildiyi vaxtdan hesablanmalıdır. Belə olan halda isə X16 üçün aliment borcu 2772 manat təşkil edir. (bir il altı ay x 154 manat). Odur ki, məhz həmin məbləğdə borc həmin icra sənədi üzrə 4388 manat təşkil edən ümumi aliment borcundan silinməli, qalan hissədə iddia rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-39432018 saylı icra sənədi üzrə X16 üçün ödənilməli olan və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi 2772 manat təşkil edən borc həmin icra sənədi üzrə 4388 manat təşkil edən ümumi aliment borcundan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3101/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3101/2020
29.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver