Məhkəmə qərarları › İş №2(010)-3108/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3108/2023

16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3108/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4, Cavabdeh Maraqlı şəxs iştirakı ilə, İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdeh İbrahimov Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdeh İbrahimov Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq Maraqlı şəxs ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və X7 Maraqlı şəxs cavabdehlə aralarında barışıq sazişi bağlandığını və öz iddiasından imtina etdiyini bildirmiş, barışıq sazişinin təsdiq edilməsini və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının etibarnamə üzrə nümayəndəsi ərizəsini, xx.xx.2023-cü il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdeh İbrahimov Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: “Birinci Tərəf – Suraxanı Rayon İcra Hakimiyyəti İkinci Tərəf – Cavabdeh, Maraqlı şəxs – Maraqlı şəxs, Biz aşağıda imza edənlər bu sazişi imzalayırıq ondan ötəri ki, iddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə hər üç tərəf arasında razılıq əldə olunmuşdur. Belə ki, Cavabdeh hazırda Maraqlı şəxs himayəsində yaşayan yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumillikdə 350 manat aliment ödənilməsini və həmin məbləğin Maraqlı şəxs verilməsi öhdəliyini götürür. Aliment ərizə məhkəməyə verildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən, hesablanmaqla ödənilsin. Alimentin cavabdehin əmək haqqından tutulmasına Cavabdeh razıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddələrinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni həll etdiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Bundan başqa tərəflərin barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və onların barışıq sazişi hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdeh İbrahimov Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: “Birinci Tərəf – Suraxanı Rayon İcra Hakimiyyəti İkinci Tərəf – Cavabdeh, Maraqlı şəxs – Maraqlı şəxs, Biz aşağıda imza edənlər bu sazişi imzalayırıq ondan ötəri ki, iddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə hər üç tərəf arasında razılıq əldə olunmuşdur. Belə ki, Cavabdeh hazırda Maraqlı şəxs himayəsində yaşayan yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumillikdə 350 manat aliment ödənilməsini və həmin məbləğin Maraqlı şəxs verilməsi öhdəliyini götürür. Aliment ərizə məhkəməyə verildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən, hesablanmaqla ödənilsin. Alimentin cavabdehin əmək haqqından tutulmasına Cavabdeh razıdır.” Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar