Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3146/2020 17.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva X1 Fomovı̇ç Anqelı̇na İqorevnanın Cavabdeh Andreyevı̇çə qarşı aliment alınmasına dair qətnamənin icra edilməsi tələbinə dair iddia ərizəsi baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Fomovı̇ç Anqelı̇na İqorevnanın Cavabdeh Andreyevı̇çə qarşı aliment alınmasına dair qətnamənin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil, çünki, iddiaçı iddia ərizəsində cavadehdən məhkəmə qaydasında yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün alimentin tutulmasına dair qətnamənin icra olunmasını xahiş edir. Məhkəmə iddaçının nəzərərinə çatdırır ki, hazırki mübahisəyə məhkəmə qaydasında baxıla bilməz. Qətnamə icra məhrələsində olduğundan qətnamənin icrasının təmin olunmasını “İcra Haqqıında ” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq icra məmuru tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilərsə, iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir.. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Fomovı̇ç Anqelı̇na İqorevnanın Cavabdeh Andreyevı̇çə qarşı aliment alınmasına dair qətnamənin icra edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq Xəzər rayon İcra və Probasiya şöbəsinə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3146/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3146/2020
17.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver