Məhkəmə qərarları › İş №2(010)-3178/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3178/2021

17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3178/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” ilkin iddia tələbi və iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin əvəzləşdirilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki nikahlarından doğulmuş 12 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “alimentin əvəzləşdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.30cu məhəllə, 1A saylı evin 53 saylı mənzilinin satışından əldə olunan pul vəsaitinin ilkin iddia üzrə iddiaçı Minurə Mahmudovada qalmaq şərti ilə İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilk iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, nikahlarını rəsmi dövlət qeydiyyatına aldırmadan cavabdehlə faktiki nikaha daxil olmuş və 20 dekabr 2020-ci il tarixədək bir yerdə yaşamaqla ümumi təsərrüfat aparmışdır. Bü münasibətlərindən 12 sentyabr 2017-ci il təvəllüdlü X3 adında bir övladları doğulmuş və cavabdehin rəsmi qaydada həmin uşağın atası olması tanınaraq bu barədə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin «atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabı»nda 27.09.2017-ci il tarixində 274 nömrəli qeyd aparılmışdır. Cavabdehlə 20 dekabr 2020-ci ildə faktiki ayrılmış, onunla ümumi təsərrüfatları yoxdur və valideyni ilə birlikdə Bakı şəhəri,Suraxanı rayonunda yaşayır. Həmin vaxtdan bu günə qədər olan müddətdə azyaşlı uşağı onun himayəsindədir, onun maddi təminatını tək həyata keçirir, Cavabdeh uşağın saxlanması üçün ona hər hansı məbləğdə maddi vəsait ödəmir. Odur ki, o faktiki nikahlarından doğulmuş 12 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbini isə əsassız hesab edir və qeyd edir ki, mübahisəli evin alılnması o cümlədən onun vəsaiti hesabına əldə olunmuşdur. Belə olan halda Cavabdeh həmin evi ona əvəzsiz verdiyinə görə ödənilməli olan alimentlə əvəzləşdirilməsi barədə dəlilləri əsassızdır. Belə olan halda qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirərək göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.30-cu məhəllə, 1A saylı evin 53 saylı mənzilini Şamil adlı şəxsdən 58500 manata razılaşmış və 9000 manat pul vəsaitini satıcıya ödəmiş 49500 manat isə daşınmaz əmlak ipoteka iə yükləmiş və 2020-ci ilə qədər kredit məbləğini və ona hesablanmış faizləri ödəmişdir. Sonradan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təkidi ilə evi satmış ödənilmiş pul vəsaiti gələcəkdə ödəniləcək alimentin əvəzləşdirilməsinə razılıq əldə edilmiş lakin ona etibar etdiyi üçün bunu rəsmiləşdirməmişdir. Odur ki o, ilkin iddianın rədd olunmasını qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, ilk iddia və qarşılıqlı iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 4 saylı AZ İ №335499 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 12 sentyabr 2017-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən AZ İV 017997 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,12 sentyabr 2017-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdırıb, tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə almaqla hesab edir ki, uşağın normal şəraitdə yaşamağının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay 175 manat miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi barədə iddia ilə 17.05.2021-ci il tarixdə müraciət etdiyindən alimentin tutulması məhz həmin tarixdən hesablanmalıdır. Bu baxımdan məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edərək ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı ilə gələcəkdə ödəniləcək alimentin əvəzləşdirilməsinə dair hər hansı razılıq əldə edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109.1.-ci maddəsinə görə aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdehn un qarşılıqlı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməməklə, Cavabdeh oğlundan Rəsulova Mı̇ nurə Mahmudovnanın xeyrinə 12 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 ( yüz yetmiş beş) manat miqdarında aliment tutulmalı və alimentin tutulmasının əvvəli 17 may 2021-ci il tarixdən hesablanmalıdır. İlkin iddia qalan hissədə, qarşılıqlı iddia bütövlükdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh oğlundan Rəsulova Mı̇ nurə Mahmudovnanın xeyrinə 12 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 ( yüz yetmiş beş) manat miqdarında aliment tutulsun. Aliment tutulmasının əvvəli 17 may 2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qarşılıqlı iddia rədd edilsin Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar