Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3227/2020 17.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında xx xxxxxx 2020-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, M ÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il X4 və xx.xx.2018-ci ildə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat, cəmi 340 manat alimentin tutularaq ona ödənilməsinə, onun maddi ehtiyaclarının ödənilməsi üçün xx.xx.2018-ci il tarixdə X2 3 yaşına çatana qədər Cavabdeh onun xeyrinə hər ay 100 (bir yüz) manat olmaqla aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2016-cı il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018- ci ildə X5 adlı uşaqları anadan olmuşdur. O, cavabdehlə bir müddət mehriban yaşasa da sonradan ailədə baş vermiş narazılıqlar üzündən ailləsi dağılmış, o, artıq 9 aydan artıq müddətdir ki, valideynlərinin yanında uşaqları ilə birlikdə qalır. Halhazırda onlar ayrı yaşayır, cavabdeh işləyərək yüksək gəlir əldə etsə də, ayrıldıqdan sonra bir dəfə də olsun uşaqları ilə maraqlanmamış, uşaqların saxlanması və onun xərcləri üçün onlara heç bir maddi yardım etməmişdir. O, uşaqlarının körpə olması ilə əlaqədar hal-hazırda heç bir yerdə işləmir və uşaqların saxlanmasında, öz zəruri xərclərinin ödənilməsində çox çətinlik çəkir. Belə ki, uşaqlara lazım olan qidaların və vitaminlərin verilməsi xüsusi ilə zəruri olduğu halda, maddi vəziyyəti pis olduğundan uşaq həyat üçün zəruri olan nemətlərdən məhrum olmuş, uşağın saxlanması hər iki valideynin vəzifəsi olmasına baxmayaraq, cavabdehin öz vəzifəsini həyata keçirmədən imtina etməsi isə uşağın sağlam inkişafını sual altında qoymuşudur. Cavabdeh qazancı qeyrimüntəzəm, dəyişən olduğu üçün alimentin cavabdehin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığından və uşaqların saxlanması bir valideyn cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, ondan xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci ildə X5 adlı uşaqlarının saxlanması üçün hər ay hər bir uşağa görə sabit pul məbləğində 170 manat, cəmi 340 manat tutulmalıdır. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci ildə X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat alimentin tutularaq ona ödənilməsinə, onun maddi ehtiyaclarının ödənilməsi üçün xx.xx.2018-ci ildə X2 3 (üç) yaşına çatana qədər Cavabdeh onun xeyrinə hər ay 100 (bir yüz) manat olmaqla aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsi icraata qəbul edilərək, qanunamüvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatlarını və çıxışlarını dinləyib və məhkəməyə təqdim edilmiş sənədlərə obyektiv hüquqi qiymət verib aşağıdakılara görə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Yasamal rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2016-cı il, 132689 saylı nikah haqqında şəhadatnamənin verilməsinə dair xx xxxx 2020-ci il tarixli AZ-İİ №05/Q – 853/69 saylı arayışa əsasən Cavabdeh və İmanova Bənövşə Mübariz qızı nikahlarını xx xxxxxxxx 2016-cı il tarixdə bağlamışlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2016-cı il tarixdə 132689 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərin soyadı İbrahimov, arvadın isə İbrahimova kimi qeyd edilmişdir. İş materiallarında olan 4 saylı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı 142656 nömrəli, xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2018-ci il tarixdə 4105 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan 4 saylı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İİİ seriyalı 946947 nömrəli, xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxx 2017-ci il tarixdə 2753 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. X3 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar «Uşaq hüquqları haqqında» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Məhkəmə hesab edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Bununla yanaşı məhkəmə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, xx xxxx 2016-cı il qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə,hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumu, qanunvericiliyin göstərilən müddəalarına rəhbər tutaraq məhkəmə iddianın təmin edilərək, Cavabdeh xx.xx.2017-ci il X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğdə aliment qət edilməsini məqsədəmüvafiq hesab edir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə tərəflərin qarşılıqlı mövqeyini, qanunvericiliyin tələblərini nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, İddiaçı aliment tutulması üçün ilkin müraciəti xx xxxx 2020-ci il tarixdə olduğundan məhkəmə hesab edir ki, məhz həmin tarixdən alimentin tutulması hesablanmalıdır. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Belə ki, iddiaçı tərəfindən cavabdehin birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanması və uşaqlar 3 yaşına çatana kimi ananın saxlanması üçün daha artıq məbləğdə aliment ödəmək üçün maddi gəlirlərə sahib olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, yuxarıda sadalanmış ailə qanunvericiliyin müddəalarını, İddiaçı qızının heç bir yerdə işləməməsini, cavabdeh tərəfindən ayrı yaşadığı dövrdə heç bir maddi köməklik göstərilməməsini, hal-hazırda himayəsində olan birgə nikahdan doğulmuş uşaqların birinin, o cümlədən xx.xx.2018-ci ildə X2 3 yaşına çatmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli, İddiaçı maddi ehtiyaclarının ödənilməsi üçün xx.xx.2018-ci ildə X2 3 yaşına çatana qədər Cavabdeh İddiaçı xeyrinə hər ay 30 (otuz) manat aliment tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Bu Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumucavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci ildə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı maddi ehtiyaclarının ödənilməsi üçün xx.xx.2018-ci ildə X2 3 yaşına çatana qədər Cavabdeh İddiaçı xeyrinə hər ay 30 (otuz) manat aliment tutulsun. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3227/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3227/2020
17.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver