Məhkəmə qərarları › İş №2(010)-3265/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3265/2025

14.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3265/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh2 qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, qayınanası Cavabdeh2 təqaüdünün bir hissəsinin tutulub övladlarına yardım kimi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladları Cavabdeh2 Vəlican qızı xx.xx.2017-ci il, X5 xx.xx.2018-ci il, xx.xx.2019-cu il olan X1 üçün qayınanası Cavabdeh2 pensiyasından 250 manat məbləğində vəsait ayrılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları xx.xx.2022-ci il tarixində pozulmuş və bu barədə Suraxanı rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahdan 3 övladları var. Qızı Cavabdeh2 Vəlican qızı xx.xx.2017-ci il, X5 xx.xx.2018-ci il, X6 xx.xx.2019-cu ildə anadan olmuşdur. Cavabdeh X9 3 övladına ayrılan 660 manat alimenti ödəmədiyindən 2025-ci ilin aprel ayının 15-i 8 ay müddətinə saxlanılıb. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh2 təsərrüfat fəaliyyəti ilə məşğuldur və aylıq olaraq təqaüd alır. Aldığı təqaüddən nəvələrinin qidalanması üçün müvafiq olaraq pul tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İş materialları. Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2283/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X12 ilə Cavabdeh1 arasında 2 saylı Bakı Asan xidmət X7 26 avqust 2016-cı ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 823 №-si ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh2 Vəlican qızı, 18 noyabr 2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X10 boşanmadan sonra iddiaçı X4 yanında saxlanılmış, Cavabdeh1 iddiaçı X4 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh2 Vəlican qızı, 18 noyabr 2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanədək saxlanması üçün hər ay hər bir uşaq üçün 140 manat olmaqla cəmi 420 manat miqdarında aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin 149 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 5V ünvanında qeydiyyatdadır. AZ-İ seriyalı, 458719 nömrəli nikahıın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X12 arasında bağlanan nikaha xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/20/2025-00344 nömrəli “X8 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2025-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh2 isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində ilkin mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. Azərbaycan Respublikası Qobustan r-n İHB-nın Cəmcəmli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı 004267 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Vəlcan qızı (atası Cavabdeh1, anası İddiaçı) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-cu il tarixdə 23 sayla qeyd edilmişdir. Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 251731 nömrəli xx.xx.2019-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (atası Cavabdeh1, anası İddiaçı) xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 96 sayla qeyd edilmişdir. 2 saylı Bakı “Asan xidmət” X13 tərəfindən verilmiş AZ-İV seriyalı 390509 nömrəli xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası Cavabdeh1, anası İddiaçı) xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 6752 sayla qeyd edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh2 393.33 manat məbləğində təqaüd alır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin (ailə, uşaqlar və dövlət) İİ-ci bəndi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 rəsmi nikah münasibətlərdən üç uşaq – xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh2 Vəlican qızı, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X10 doğulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah rəsmi olaraq xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh2 Vəlican qızı, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019cu il təvəllüdlü X3 ananın himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün 140 manat olmaqla cəmi 420 manat miqdarında aliment tutulması qət edilmişdir. İddiaçı hazırki iddia tələbində uşaqların nənəsi olan Cavabdeh2 onların saxlanması üçün hər ay 250 manat məbləğində pul tələb edir. Belə ki, qanunvericiliyin tələblərinə görə, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malik olması nəzərdə tutulmuşdur. İddiaçının keçmiş əri Cavabdeh1 azadlıqdan məhrumetmə yerində cəza çəkdiyi üçün ona münasibətdə alimentin tutulması real deyil və icrası mümkün olmayacaq. Ona görə ki, cəza çəkən azadlıqdan məhrumetmə yerində olan məhkumun hansısa gəlirə malik olmasına dair heç bir sübut yoxdur. Öz valideynlərindən maddi yardım ala bilməyən yetkinlik yaşına çatmayan şəxslərin zəruri vəsaitə malik olan baba və nənədən aliment almaq hüququ yaranır. Lakin, hazırki mübahisə üzrə cavabdeh-nənə aliment ödəmək üçün zəruri vəsaitə malik deyildir. Həmçinin, nənənin zəruri vəsaitə malik olmasına dair təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır. Əksinə, iş materialları ilə təsdiq edilir ki, nənə, heç yerdə işləmir və yalnız təqaüd alır. Belə ki, nənənin zəruri vəsaitə malik olması məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Ailə Məcəlləsinin 89-cu maddəsinin dispozisiyasından aydın olur ki, ilkin olaraq nənənin zəruri vəsaitə malik olması təsdiq olunmalıdır. Qeyd olunan hal yalnız iddiaçının nümayəndəsinin izahatında öz əksini tapır. Belə olan halda, cavabdehdən aliment tutulması üçün əsaslar mövcud deyildir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “Cavabdeh2 hər ay 250 manat miqdarında alimentin tutulmasına dair” iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərci. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Məhkəmə iddianı təmin etməmək qənaətinə gəldiyindən, hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, iddia tələbi üzrə dövlət rüsumu ödənilməməlidir. Bununla da, məhkəmə xərclərini aid etməyə şəxsin olmadığı görünür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar