Məhkəmə qərarları › İş №2(010)-3300/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3300/2020

26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3300/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2009-cu il təvəllüdlü X7, xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh qazancının və (və ya) digər gəlirlərinin yarısı miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2008-ci ildən faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşayış dövründə xx xxxxxx 2009-cu il təvəllüdlü X7, xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ər- arvad münasibətləri tam pozulmuş və bir-neçə aydır ki, ayrı-ayrı ünvanlarda yaşayırlar. Faktiki nikahdan anadan olmuş azyaşlı uşaqlar da özü ilə birlikdə yaşayır və onların bütün maddi ehtiyaclarını təkbaşına ödəyir. Övladı xx xxxxxx 2009-cu il təvəllüdlü X8 anadan olandan əlildir və yataq xəstəsidir, ona görə də daimi müalicəyə və qayğıya ehtiyacı vardır. Artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamırlarvə birgə təsərrüfat aparmırlar. Cavabdeh hal-hazırda DİN-nin Nizami RPİ-də zabit işləyir, lakin buna baxmayaraq xəstə və digər uşaqlarının maddi və mənəvi durumu ilə heç maraqlanmamışdır. Hesab edir ki, uşağğın və özünün diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Ona görə də, xx xxxxxx 2009-cu il təvəllüdlü X7, xx xxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh qazancının və (və ya) digər gəlirlərinin yarısı miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdehiddia tələbini qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, İddiaçı ilə faktiki nikah münasibətlərindən anadan olmuş uşaqların saxlanılması üçün aliment ödəməyə etiraz etmir. Özü Nizami rayon Polis İdarəsində polis zabit işləyir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarından görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarından görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə zamanı tərəflərin etirafı ilə işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh Nizami rayon Polis İdarəsində çalışır. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.3-cü maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, məhkəmə tərəfindən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısıhissəsi miqdarında aliment tutulur. Məhkəmə hesab edir ki, Cavabdeh daimi iş yeri olmaqla gəliri müntəzəm olduğu üçün, ondan uşaqların saxlanması üçün aliment iddia ərizəsində tələb olunduğu kimi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbləri nəzərə alınmaqla hər ay qazancının (başqa gəlirlərin) yarısı hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2020ci ildə məhkəməyə vermişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, xx xxxxxx 2009-cu il təvəllüdlü X4, xx xxxxxx 2009-cu il təvəllüdlü X5 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı (1/2) hissəsi miqdarda aliment tutulmalı və alimentin tutulmasının əvvəli xx.xx.2020-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2009-cu il təvəllüdlü X4, xx xxxxxx 2009-cu il təvəllüdlü X5 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərin) yarısı(1/2) hissəsi miqdarında aliment tutulsun. Aliment tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar