Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(010)-3312/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı Kreditor Borclu qarşı «borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : Kreditor Borclu qarşı «borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Borclu oğlu ilə tələbkar Kreditor arasında imzalanmış xx.xx.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin şərtləri əsasında Borclu Kreditor xeyrinə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 6500 (altı min beş yüz) ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Borclu arasında xx.xx.2020-ci il tarixində mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin şərtlərinə əsasən, borclu tələbkara 6500 ABŞ dolları borcu olduğunu etiraf etmiş, borcunu xx.xx.2020-ci il tarixinə qədər tam məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Borclu beş aydan artıq müddət keçməsinə baxmayaraq, mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin şərtlərinə əsasən etiraf etdiyi borc məbləğindən hər hansı pul vəsaitinin ödənişini həyata keçirməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin əslindən görünür ki, Kreditor və Borclu arasında bağlanmış müqaviləyə əsasən borclu tələbkara cəmi 6500 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf edir və borclu borc məbləğini xx.xx.2020-ci il tarixinə qədər tam olaraq tələbkara ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kreditor xx.xx.1981-ci ildəd Füzuli rayonu Gecəgözlü kəndində doğulmuş, Füzuli rayonu Gecəgözlü kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu Məcəllənin 275.2-ci maddəsinə əsasən, bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. MPM-in 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Beləliklə, tərəflər arasında bağlanmış borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən borclu üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu tam qaytarmamışdır. Nəticədə öhdəliklərini kreditor qarşısında tam icra etməyən Borclu Kreditor 6500 ABŞ dolları məbləğində borcu (əsas) yaranmışdır. Bundаn bаşqа, MPM-in 119.1-ci mаddəsinə əsаsən iş üzrə ödənilmiş dövlət rüsumu dа bоrcluyа аid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 14, mənzil 44-də ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, D yaşayış sahəsi, ev 9A, giriş 3, mənzil 159-da yaşayan Borclu 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə alınaraq xx.xx.1981-ci ildə Füzuli rayonu, Gecəgözlü kəndində doğulmuş, Füzuli rayonu Gecəgözlü kəndində qeydiyyatda olmaqla ünvan 2 mənzil 44 ünvanında yaşayan Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Səlimə Miriyeva.
Məhkəmə qərarları › İş №2(010)-3312/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(010)-3312/2020
06.08.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver