Məhkəmə qərarları › İş №2(010)-3334/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3334/2025

07.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3334/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiаçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən nikahdan doğulmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 0,62 misli, ümumilikdə iki uşağa görə 1,23 mislinin sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbl edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 2011-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olub. Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 2(010)-3011/2024 saylı 17 dekabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanədək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla tutulması qət edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2141/2025 saylı, xx.xx.2025-ci il qətnaməsi ilə alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmişdir. Lakin 2025ci ilin minimal əmək haqqı 400 manat hesablanmasına görə aliment məbləği 246 manat təşkil edir. Yeni qaydaya uyğun olaraq misli ilə hesablama aparıldığından 246:400=0,62 misli təşkil edir, iki uşaq olduğundan 62*2=1.23 misli iki uşağa görə təmin edilir. Bir neçə aydır ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlim tərbiyəsi ilə məşğul olmur. O, özü heç yerdə işləmədiyindən övladlarının saxlanmasında çətinlik çəkir. Cavabdeh hazırda rəsmi işləmir, aylıq gəliri dəyişkəndir. Buna görə də aliment sabit pul məbləğində tutulmalıdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 2011-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Həmin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı iki övladları olmuşdur. Hazırda övladları onun himayəsindədirlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay hər uşağa görə 100 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət olunmuş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2141/2025 saylı, xx.xx.2025-ci il qətnaməsi ilə alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmişdir. Onun maddi vəziyyətində dəyişiklik olmuş belə ki, əvvəllər avtomobil satışı ilə məşğul olmuş, arada fəhlə və usta kimi işləsə də halhazırda işləmir. Azyaşlı uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün aylıq 246 manat məbləğində alimentin tutulmasını tələb edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında aylıq 4000 manata yaxın gəlir əldə etdiyini bildirmişdir. Onun özü hal-hazırda heç yerdə işləmir və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2141/2025 saylı, xx.xx.2025-ci il qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin hər ay hər uşağa 100 manat alimentin tutulması hissəsində qətnamə ləğv edilmişdir. Azyaşlı övladları hal-hazırda atasının himayəsindədir, lakin iddiaçı onlara baxmaq istidarında deyilsə, onların ananın himayəsinə verilməsini tələb edir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir.

İş materialları.

5. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2199 nömrəli arayışdan görünür ki, Əliyev X2 rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu , N siz evdə qeydiyyatsız yaşayır.

6. xx.xx.2025-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (iddiaçı) xx.xx.2025-ci il tarixində saat 12:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və poçt xərci olaraq 10 manat ödəmişdir.

7. Bakı şəhəri Suraxanı rayonu məhkəməsinin 2(010)-3011/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “nikahın pozulması və uşaqların atanın yanında qalması" tələbinə dair iddia təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Lerik rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 33 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 İddiaçı yanında qalmalarının müəyyən edilməsi, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən hesablanmaqla tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamə aliment hissəsində dərhal icra edilməsi, ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2141/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3011/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia təmin edilməməsi və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

9. Lerik rayon Osyodərə Ərazi İcra Nümayəndəli tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə doğulmuş, atası İddiaçı və anası Cavabdehdır.

10. Lerik rayon Osyodərə Ərazi İcra Nümayəndəli tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-ci il tarixdə doğulmuş, atası İddiaçı və anası Cavabdehdır.

İşin faktiki halları.

11. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Hazırda iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh tərəf isə öz valideynlərinin himayəsində yaşadığını və heç yerdə işləmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

14.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20 ” dekabr 2024-cü il № 15 Qərarı.

"8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

18. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuş və bu uşaqlar hazırda iddiaçının himayəsindədir. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edir.

19. İddia tələbindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 0.62 misli sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Cavabdeh isə uşaqların saxlanılması üçün iddiaçının tələb etdiyi məbləği qəbul etmədiyini və iddianın təmin olunmamasını bildirmişdir.

20. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayonu məhkəməsinin 2(010)-3011/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Lerik rayon Qeydiyyat şöbəsində xx.xx.2012ci il tarixdə 33 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 İddiaçı yanında qalmalarının müəyyən edilməsi, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən hesablanmaqla tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamə aliment hissəsində dərhal icra edilməsi, ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilməsi qət edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2141/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3011/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin xx.xx.2024cü il tarixdən hesablanmaqla tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia təmin edilməməsi və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

22. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2141/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə qəbul olunmuş və həmin qətnamə ilə atanın kifayət qədər maddi imkanının olmasının bəyan edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması hissəsi ləğv edilmişdir. Lakin iddiaçı heç yerdə işləmədiyini və maddi imkanının olmamasını əsas gətirərək bir aydan sonra yenidən cavabdehdən aliment tələb edilməsi ilə bağlı medasiya təşkilatına müraciət ünvanlamış və məhkəmədə iddia qaldırmışdır.

23. Cavabdeh hazırda heç yerdə işləmədiyini və valideynlərinin himayəsində yaşadığını bildirmişdir. İddiaçı tərəf isə cavabdehin işləməsi və zəruri vəsaitə malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının bir ay ərzində maddi imkanının pisləşməsi ehtimalını inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, cavabdehin hazırkı halda aliment ödənilməsi ilə bağlı özünün mənafeyinə zidd olaraq işləməyə və yaxud gəlir əldə etməyə məcbur edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd olunmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dаir iddia ərizəsi təmin olunmamalıdır. 25.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dаir iddia ərizəsinə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri – 80 (səksən) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar