Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3415/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İlk iddia üzrə İddiaçı və İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxx” Şirkətinə qarşı “istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın və son haqq-hesabın ödənilməsi” tələbinə dair ilk, iddiaçı “xxxxxx” Şirkətinin cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyan üzrə pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxx” Şirkətinə qarşı “istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh “xxxxxx” Şirkəti tərəfindən onun 8 il 5 ay “xxxxxx” Şirkətində işləməsi ilə bağlı istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın və son haqqı-hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxxxx” Şirkəti cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyan üzrə pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən qarşılıqlı iddianı qəbul edib əsas iddia ilə birlikdə baxaraq vurulmuş 4661.10 manat məbləğində pulun cavabdehdən alınaraq şirkətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı məhkəməyə ərizə verərək cavabdehlə razılaşdıqlarını, heç bir tələbi olmadığını, iddiadan imtina etdiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin, qarşılıqlı iddiaçının qarşılıqlı iddiadan imtinasına heç bir etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı “xxxxxx” Şirkətinin nümayəndəsi və vəkili X4 məhkəməyə ərizə verərək qarşılıqlı iddiadan imtina etdiklərini bildirmişdir. Həmçinin, iddiaçının ilk iddiadan imtinasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında təqdim edilmiş ərizələri nəzərdən keçirib iş materiallarını araşdıraraq hesab edir ki, həm iddiaçının, həm də qarşılıqlı iddiaçının ərizəsi iddiadan imtina kimi qiymətləndirilməli, həmin imtinalar məhkəmə tərəfindən qəbul edilməli, beləliklə, həm ilk, həm də qarşılıqlı iddia üzrə icraata xitam verilməlidir. Belə ki, həm ərizələrdən, həm də tərəflərin izahatlarından görünür ki, tərəflər aralarında olan mübahisəni artıq həll edərək razılaşmışlar. Bu səbəbdən həm ilk, həm də qarşılıqlı iddiaçı iddiadan imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin imtinalar qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261-262 və 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh “xxxxxx” Şirkətinə qarşı “istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın və son haqq-hesabın ödənilməsi” tələbinə dair ilk, iddiaçı “xxxxxx” Şirkətinin cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyan üzrə pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3415/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3415/2020
06.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver