Məhkəmə qərarları › İş №2(010)-3440/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3440/2023

14.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3440/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X13 ilə birgə nikahdan dünyaya gələn xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 Elnur oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün nənə və baba olan Cavabdeh1 və Cavabdeh2 müəyyən məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X2 arasında xx.xx.2013-cü il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah qeydə alınmışdır. Birgə nikahımızdan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 Elnur oğlu dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşım narkotik aludəçisi olduğuna görə boşanmaq qərarına gəlmişdim, çünki onunla bir yerdə yaşamaq artıq mümkün olmurdu. Məhkəməyə müraciət etdim və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-3181/2021 saylı qətnaməsi ilə nikahımıza xitam verilmişdir. Onu da qeyd edim ki, qətnamədə birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 Elnur oğlunun yetkinlik yaşına çatana qədər cəmi 350 manat məbləğində alimentin ödənilməsi qət edilsə də, neçə illərdir ki, mən övladlarıma tək baxıram. Nə özü, nə də ailəsi övladlarımızla maraqlanmır. Keçmiş həyat yoldaşım Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təsirli bilinərək hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Bu çətin dövrdə övladlarıma baxmaqda, onların təhsildən yayındırmamaqda çox böyük çətinliklərlə üzləşirəm. Dəfələrlə cavabdehlərdən də uşaqların saxlanmasında mənə bacardıqları köməyi etməklərini xahiş etsəm də, mənim xahişimə heç bir məhəl qoymamışlar. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişəm”. İddia tələbinə etiraz.

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişlər.

İddia tələbinə etirazın əsaslandırıldığı hallar.

4. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: “X3 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3181/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı boşanmış və ona uşaqlar yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 350 manat aliment ödənilməsi qət edilmişdir. Aliment üzrə qətnamənin icrası oğlumuzun işlədiyi "xxxx" QSC-yə yönəldilmiş və hər ay onun əmək haqqından işlədiyi müddət ərzində aliment tutulmuşdur. Bu barədə müvafiq ödəniş tapşırıqlarını etiraz ərizəmizə əlavə edirik. Həmin ödəniş tapşırıqlarına əsasən X3nun aylıq əmək haqqından məhkəmə qətnaməsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixi daxil olmaqla cəmi 4007.31 manat məbləğində aliment tutulmuşdur. xx.xx.2022-ci il tarixdən oğlumuz X10 həbs edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-944/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 il 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu səbəbdən də, aliment üzrə tutmalar aparılmamışdır. Hər ikimiz təqaüdçüyük və xəstəyik. Aylıq dərmanlarımıza 250 manatdan çox pul xərclənir. Eyni zamanda kommunal və digər xərcləri aydan-aya tam ödəyə bilmirik. Çox çətinliklə yaşayırıq. Ancaq buna baxmayaraq nəvələrimizin qayğılarına qalmaq istəyirik. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, keçmiş gəlinimiz Fatma boşandıqdan sonra yaşadığımız evi nəvələrimizlə birlikdə tərk edib getmiş, uşaqları qonşuluqda yaşasa da, bizə göstərməmişdir. Biz uşaqlara yaxınlaşdığımız zaman onların bizimlə ünsiyyət qurmalarına şərait yaratmır. Nəvələrimizə sabit pul məbləğində aliment ödəməyə imkanımız olmasa da, uşaqlar bizim yanımıza gəldiyi halda, onların bəzi maddi və mənəvi tələbatlarını bir nənə və baba olaraq ödəməkdən boyun qaçırmırıq”.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlərin oğlu X5 boşandıqdan sonra 2022-ci ilin yanvar ayından iyun ayınadək hər ay 350 manat aliment almışdır. Lakin iyun ayında cavabdeh həbs edilmişdir. Həmin vaxtdan bəri uşaqların saxlanılması üçün heç bir aliment ala bilmir. O özü dükanda işləyir və 350 manat əmək haqqı alır. Boşandığı vaxtdan uşaqları ilə birlikdə kirayədə yaşayır və ayda 280 manat kirayə haqqı ödəyir. Nənəsi də onlarla birlikdə kirayədə qalır. Nənəsinin pensiyasını kirayəyə verir, uşaqlara isə öz əmək haqqı ilə baxır. Öz valideynləri, eləcə də qardaşı da uşaqlara baxmağa kömək edir. Belə ki, anası ATS-də, atası isə istixanada işləyir. Hər ikisi 400 manata yaxın əmək haqqı alır. Onlar onsuz da uşaqların saxlanması üçün bacardıqlarını etdiklərindən onlardan aliment tələb etməmişdir. Cavabdehlərə isə dəfələrlə söz göndərməsinə baxmayaraq, onlar uşaqların saxlanması üçün heç bir maddi yardım etmirlər. Halbuki onların buna maddi imkanları var. Belə ki, Cavabdeh2 bacısı xəstədir və xəstəliyinə görə ayda 300 manatdan çox sosial müavinət alır. Həmçinin onun adına iki sosial kart verilmişdir. Xəstə bacısına görə verilən pulların hamısını cavabdehlər götürür. Yəni onların imkanı var. Hesab edir ki, uşaqların saxlanması üçün hər ay 200 manat aliment ödəyə bilərlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, əvvəllər imkanları yaxşı olsa da, hazırda maddi vəziyyətləri pisdir. Belə ki, həm o, həm də əri ancaq pensiya hesabına dolanırlar. Həmçinin bu yaxınlarda əməliyyat olunmuşdur. Əməliyyat dövlət tərəfindən qarşılansa da, evdə müalicə xərclərini özləri ödəyir. Həmçinin təzyiqinə, allergiyasına görə də dərmanlar alır. Həm əri, həm də özünün yeganə gəliri pensiyalarıdır. İddiaçının dediyi sosial müavinət onun 74 yaşlı xəstə baldızının dərmanlarının, gündəlik bezlərinin xərcini ancaq qarşılayır. İddiaçının isə atası, anası, qardaşı işləyir. Onlar iddiaçıya kömək edə bilərlər. Oğlu Elnur həbsdən çıxdıqdan sonra isə yığılmış bütün aliment borcunu ödəyəcək. Hazırda onların aliment ödəməyə maddi imkanları yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, oğlu ilə nikahı pozulsa da, onlar iddiaçını evdən qovmamışlar. Lakin iddiaçı uşaqlarını da götürüb getmiş, uşaqlarına özünün baxacağını demişdir. Hazırda isə onlardan aliment tələb edir. Lakin onların aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, həm o, həm də arvadı xəstədir. Göz əməliyyatı ilə əlaqədar bankdan 1000 manat kredit götürmüşdür və hazırda həmin krediti ödəməlidir. Göz əməliyyatı dövlət hesabına edilmədiyindən pulunu özü ödəməli olmuşdur. Onlar ancaq pensiya hesabına dolanırlar. Hansı ki, həmin pensiya da ancaq dərmanlarına, müalicələrinə xərclənir. Bu vəziyyətdə iddiaçıya aliment ödəyə bilməzlər. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ 333782 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası X13, anası X4) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 1320 nömrə ilə qeyd edilmişdir.

9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ 614225 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Elnur oğlu (atası X13, anası İddiaçı) xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 937 nömrə ilə qeyd edilmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 3181/2021 nömrəli qətnaməsindən görünür ki, iddiа təmin edilmiş, İddiaçı və cаvаbdeh X13 arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixdə 1233 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 Elnur oğlunun İddiaçı yanında qalmaları, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 Elnur oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin 18 may 2021-ci il tarixdən hesablanmaqla X5 tutularaq İddiaçı ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdeh X5 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-944/2023 nömrəli qərarından görünür ki, məhkum olunmuş şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, həmin hökmlə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 ay 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 5 il 9 ay azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-151/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 5 ay 12 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4, 67.1ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə X8 qəti olaraq 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. “Olimp Hospital” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Cavabdeh1 İcbari Tibbi Sığortanın məktubu əsasında xx.xx.2022-ci ildə Olimp Hospitalda həkim travmatoloqun müayinəsində olmuş, sağ tərəfli koksartroz diaqnozu qoyulmuş və həmin tarixdə sağ bud çanaq oynağının total artroplastikası əməliyyatı keçirmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında əməliyyat sonrası stasionar müalicə qəbul etmişdir.

13. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023cü il tarixli, BPM**********66 №-li kredit müqaviləsinə 1 №-li əlavə olan ödəniş cədvəlindən görünür ki, 12 ay müddətinə, illik 11.9% dərəcəsi ilə götürülmüş 1000 manat məbləğində kreditin xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 88.81 manat (sonuncu ay 88.61 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.

İşin faktiki halları.

14. İddiaçı və cavabdehlərin oğlu X13 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından iki uşaq - xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 Elnur oğlu doğulmuşdur.

15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş hər iki uşağın ananın yanında qalması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilindiyinə görə qəti olaraq 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

17. Birgə nikahdan doğulmuş hər iki uşaq hazırda anaları İddiaçı yanında qalır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə uşaqların nənə-babasıdır.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

21. İşin hallarından görünür ki, İddiaçı keçmiş əri Elnur Məlikovla birgə nikahından doğulmuş iki uşağın saxlanılması üçün sonuncunun valideynləri (uşaqların nənə-babası) olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aliment tutulmasını tələb edir.

22. Yuxarıda (§ 19) istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89cu maddəsi ilə baba və nənənin nəvələrini saxlamaq vəzifəsi müəyyən edilmişdir. Həmin maddədə qeyd edilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.

23. Göründüyü kimi, qanunla istənilən nənə-babadan yox, nəvələrinin saxlanması üçün zəruri vəsaitə malik olan nənə-babadan aliment tutulması müəyyən edilmişdir. Hazırkı işdən isə görünür ki, iş üzrə cavabdehlərin heç birinin belə bir vəsaiti yoxdur.

24. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, hər iki cavabdeh yaşa görə pensiya alır. Cavabdeh2 yaşa görə 365.67 manat məbləğində pensiyadan əlavə, İ qrup əlilliyi olan şəxsə görə 100 manat məbləğində pensiya da alır. Cavabdeh1 isə yalnız yaşa görə 369.19 manat məbləğində pensiya alır. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehlərin əlavə gəlirlərinin olduğunu iddia etməmişdir. Lakin iddiaçı iddia etmişdir ki, Cavabdeh2 bacısına əlilliyinə görə 300 manatdan çox müavinət, eləcə də iki sosial kart verilmişdir ki, həmin pullar da cavabdehlər tərəfindən istifadə edilir. İddiaçıya görə cavabdehlər məhz həmin sosial müavinətə görə “imkanlıdırlar”.

25. Məhkəmə isə iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, cavabdehlərdən xəstə yaxınlarına görə dövlətin verdiyi sosial müavinəti nəvələrinə aliment kimi ödəmələri gözlənilə bilməz. Əksinə, cavabdehlərin bunu etməsi qanunsuz olardı. Ona görə ki, həmin vəsait dövlət tərəfindən müəyyən kateqoriya şəxslərə sağlamlıq vəziyyətləri ilə əlaqədar verilən sosial müavinətdir və bu müavinət məhz həmin şəxslərin ehtiyaclarının qarşılanmasına yönəldilməlidir. Bu baxımdan Cavabdeh2 İ qrup əlil bacısının aldığı sosial müavinət (bu müavinəti faktiki olaraq cavabdehlər əldə etsə belə) onların nəvələrinə aliment ödəmək üçün “zəruri vəsaitə malik olduğu” nəticəsinə gəlmək üçün əsas ola bilməz.

26. Bundan əlavə, iş materiallarından görünür ki, Cavabdeh2la "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Bankdan 12 ay müddətinə, illik 11.9 %-lə 1000 manat məbləğində kredit götürmüşdür. Yəni yaşa görə aldığı pensiyadan başqa gəliri olmayan cavabdehin əlavə kredit öhdəliyi də var. Digər Cavabdeh1 isə xx.xx.2022-ci il tarixdə dövlət hesabına cərrahi əməliyyat keçirmişdir.

27. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə cavabdehlərin nəvələrini saxlamaq üçün zəruri vəsaitə malik olmadıqları müəyyən edildiyindən iddia təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dаir iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar