Məhkəmə qərarları › İş №2(010)-3473/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3473/2025

29.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3473/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu ii təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh Əyyub qızının xeyrinə hər ay hər uşaq üçün 248 manat (ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində) sabit pul məbləğində aliment tutulması. İddia tələbinin dəlliləri Cavabdehlə 2015-ci ildə nigahını ləğv edildikdən sonra, həmin ildən başlayaraq daim, bu vaxta qədər mütamadi olaraq hər iki uşağa xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 alimenti ödəmişdir. 2015-ci ildən başlayaraq 2025-ci ilin mart ayınadək alimenti sabit pul məbləğində ödəmişdir. 2005-cı ildən Sabunçu rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləyir. Digər iş yeri yoxdur. İddiaçının onlardan başqa 2023-ci il təvəllüdlü övladı var. Ailəsi var. 2023-2024-2025-ci illər üzrə isə əmək haqqından hər ay 440 manat olmaqla alimenti ödəmiş, özü isə nə qədər çətin olsa da 261 manatla dolanmışdır. 2023, 2024, 2025-ci illərin ödəniş qəbzlərini və əmək haqqını təsdiq edən sənədlər əlavə edir, 2019-cu ilin avqust ayından bu günədək alimenti əmək haqqından deyil, sabit pul məbləğində ödəmiş və aliment borcu heç vaxt olmayıb. Suraxanı rayon icra şöbəsinin arayışı da bunu təsdiq edir. Heydər Əliyev adına X10 xx.xx.2025-ci il tarixli verdiyi arayışa əsasən məlumdur ki, Cavabdeh iş yeri "AZAL” Beynəlxalq Aeroportu 1-ci Terminal zallarının və vağzalyanı meydanın idarəetmə xidmətinin vağzalyanı meydanı üzrə növbətçisi vəsifəsində xx.xx.2019-cu ildən işləyir, aylıq orta əmək haqqı 1046 manat təşkil edir. Lakin cavabdeh A. Mirzəyeva 2019-cu ilin avqust ayında məhkəməyə müraciət edərək ondan sabit pul məbləğində aliment tələb etmişdir. O, həmin dövlərdə ailə qurmadığına və uşaqlarına görə sabit məbləğində ödənişə razılaşmış, eyni zamanda cavabdeh işlədiyi yeri məhkəmədən gizlətmişdir. Cavabdeh 2025-ci ildə Suraxanı Məhkəməsinə müraciət etmiş, yenə də məhkəməyə yanlış məlumatlar vermiş, tərəfindən aliment ödənişlərini tamamilə gizlətmişdir. Cavabdeh hər dəfə məhkəmələrə yanlış məlumatlar vermişdir. Bununla da Ailə Məcəlləsinin tələbi pozulmuşdur. Baxmayaraq ki, o Mühafizə Polisində işləmiş və hal-hazırda da işləyir, alimenti əmək haqqından deyil, sabit pul məbləğində ödəmişdir. İş yeri məlum olduğu ücün Ailə Məcəlləsinin 76.1.2 maddəsinin tələbində qeyd edilib ki, 2 uşağa görə qazancının 1\3 hissəsi aliment kimi tutulmalı idi. Ödədiyi sabit pul məbləğində alimentləri illər üzrə 2019-cu il üzrə uşaqlar ücün yaşayış minimumu həddində 160 manat, iki uşağa 320 manat, 2020-ci il - 170 manat, ödənilib 340 manat , 2021- ildə 174 manat – 350 manat, 2022-ci ildə 193 manat aliment, ödənilib 386 manat, 2023-cü ildə 220, ödənilib 440 manat, 2024-cü il 220 manat, ödənilib 440 manat. 2025-cü il yanvar-fevral, mart, aprel, may 220 manat-440 manat ödəmiş, (illər üzrə qəbzlər əlavə edilir). Bütün illər üzrə alimenti sabit pul məbləğində, minimum yaşayış üzrə artımlara uyğun ödəmişdir. Cavabdeh tərəfindən də heç bir problem olmayıb. Bu günədək heç bir borcu yoxdur. 2007-ci il təvəllüdlü X1 2025-ci ilin oktyabr ayının 25-də 18 yaşı tamam olur. 2027-ci ilin mart ayında isə Qəhrəmanzadə Nəzrinin 18 yaşı tamam olur. Mühafizə polislərinin əmək haqqı 10% faiz (oklad hissəsi) artmışdir. Qanunun tələbinə əsasən AM-nin 75-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətə layiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Suraxanı Rayon Məhkəməsinin 8(010)-301№li xx.xx.2025-ci tarixli qərardadı ilə alimentin minimum əmək haqqına 400x0.89 olan nisbətdə artırılması = 356 manata bərabərdi, bu isə 2 uşağa görə 712 manat təşkil edir. Bu məbləğin iddiaçı tərəfindən ödənilməsi qeyri-mümkündür və imkanı xaricindədir. Hətta aylıq əmək haqqı belə həmin məbləğin ödənilməsini təmin etmir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, tərəflər arasında nikah 2015-ci ildə pozulmuşdur. Birgə nikahdan iki övladları var. 2015-2025-ci illər ərzində oğlu sabit pul məbləğində aliment ödəyib. Cavabdeh alimentin indeksasiya ilə bağlı məhkəməyə müraciət edərək, artıq ödənilmiş aliment barədə məhkəməyə məlumat verməyib. Həmçinin cavabdeh işlədiyini məhkəmədən gizlədib. Tərəflərin Böyük qızının oktyabr ayında artıq 18 yaşı olacaq. İddiaçı artıq yeni ailə qurub və bir övladı var. Məhkəmədə bildirib ki, 2019-cu ildən ödəniş olunmayıb, lakin bu həqiqəti əks etdirmir. Məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qəbul edərək, həmçinin ərizə təqdim edərək izahatında göstərdi ki, İddiaçı ilə arasında aliment ilə bağlı heç vaxt narazılıq olmamışdır. 248 manat məbləğində aliment ödənilməsinə razıdır. Böyük qızı 25 oktyabr 2025-ci il tarixdə yetkinlik yaşına çatacaq. Həmişə alimenti ödəmişdir. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4154/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Suraxanı rayon Məhkəməsinin 13.01,2015-ci il tarixli 2(010)-539/2015 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu ii təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması xx.xx.2019-cu il tarixdən başlayaraq, İddiaçı hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-301/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4154/2019 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair icra sənədi üzrə tələbkar Cavabdeh Əyyub qızı tərəfindən verilmiş ərizə təmin edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2(010)-4154/2019 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.89 misli həddində indeksasiya edilməsi və xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu ii təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh Əyyub qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli «ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışından görünür ki, İddiaçı təsvir etdiyi kimi «alimentin azaldılması» tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixə, saat 11.00-a təyin edilmiş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Mühafizə İdarəsi tərəfindən verilmiş 65 saylı arayışdan görünür ki, İddiaçı Sabunçu Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləyir və o, 871.75 manat məbləğində aylıq əmək haqqı alır. "xxxx" QSC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Əyyub qızı X14 Aeroportu 1-ci Terminalın zallarını və vağzalyanı meydanını idarəetmə xidmətinin vağzalyanı meydan üzrə növbətçisi vəzifəsində xx.xx.2019-cu il tarixindən çalışır və onun orta aylıq əməkhaqqı 1046,00 manat (bir min qırx altı manat, 00 qəpik) təşkil edir. AZ İİİ 498671 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu ildə anadan olmuş, valideynləri İddiaçı və Cavabdehdır. AZ İİ 478197 saylı Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X16 ilə 17 mart 2023-cü il tarixdə nikaha daxil olmuşdur. AZ İV 876873 saylı 4 saylı Bakı Asan Xidmət X15 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə X6 anadan olmuş, valideynləri İddiaçı və X8r. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. Məhkəmənin mövqeyi Məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iş üzrə tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu ii təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-301/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4154/2019 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası edilmiş və hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı müəyyən edilmiş aliment məbləğinin azaldılmasını və xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu ii təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh Əyyub qızının xeyrinə hər ay hər uşaq üçün 248 manat (ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində) sabit pul məbləğində aliment tutulmasını istəyir. Cavabdeh iddianı tələbini qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında vurğulanır ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını, cavabdehin iddia tələbi ilə razılaşmasını, lakin hər bir halda ən əsası uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 248 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə tərəflərin övladlarının saxlanılmaları üçün cavabdehdən 248 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi il - 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.62 misli miqdarında aliment tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu ii təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh Əyyub qızının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar