Məhkəmə qərarları › İş №2(010)-3489/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3489/2020

14.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3489/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı Ərizəçi “əmək müqaviləsinin xitam olunmuş hesab edilməsi”nə dair məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: Ərizəçi “əmək müqaviləsinin xitam olunmuş hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin 2017-ci il tarixdən xitam olunmuş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəyə əlavə edilmiş Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən “xxxxxxxxxxxxxxxxx” MMC-yə ünvanlanmış məktubdan göründüyü kimi xx.xx.2020-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "ADS İnvest" X2 (VÖEN **********) hüquqi ünvanının "AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev.44” olması və fəaliyyətinin aktiv olması barədə məlumat müəyyən edilmişdir. Göründüyü kimi ərizəçi tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuş və ərizəçi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini almaq üçün hazırda fəaliyyət göstərən "ADS İnvest" X1rşı iddia icraatı ilə məhkəməyə müraciət etməli olduğu halda xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin məzmunundan da göründüyü kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə və yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda müəyyən edə bilər. İş materiallarından da görünür ki, “ADS İnvest” X4 hal-hazırda fəaliyyət göstərir və ərizəçinin lazımi sənədləri ala bilməsi mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 310-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Ərizəçi “əmək müqaviləsinin xitam olunmuş hesab edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar