Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(010)-3522/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı, Kreditor ”SKY ELEKTRONİKS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borcun tutulması barəsində məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor ”SKY ELEKTRONİKS” Məhdud Məsuliyyətli Cəmiyyəti əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı “Alqı-satqı Müqaviləsi” üzrə 601 manat əsas borcun, 60,1 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, cavabdeh Borclu ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı “Alqı-satqı Müqaviləsi”nə əsasən 1224 manat dəyərində Samsung markalı telefon almışdır. Cavabdeh 1224 manat məbləğində pulu 102 manat olmaqla hər ay "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi üzərinə almışdır. Telefon işlək vəziyyətdə cavabdehə təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin cavabdeh müqavilə üzrə 601 manat borcunu ödəməyərək öhdəliyin icrasından yayınmışdır. Həmin sənədlərdən həmçinin görünür ki, kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və rəsmi qaydada bağlanmış əqdə əsaslanır. Buna görə də, tələbkar borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə tələbi ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Belə olan halda, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Belə ki, həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa və yaxud tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə əmrindən etiraz verilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 282 Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. 283 Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Məhkəmə əmrinin icra edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 284.1 Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. 284.2 Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. AR MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və AR MPM-in 275-276 və 280-284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 601 (altı yüz bir) manat məbləğində əsas borc, 60,1 (altmış manat on qəpik) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 691,1 (altı yüz doxsan bir manat on qəpik) manat məbləğində pul vəsaiti alınaraq ünvan 2 ünvanda yerləşən kreditor ”SKY ELEKTRONİKS” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3522/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(010)-3522/2023
27.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver