Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-355/2022 18.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən keçmiş həyat yoldaşı ilə özünün birgə səmimi şəklini və iddiaçının şəklini qoyulmuş qadın profilinin şəklini yaydığına görə iddiaçıdan yazılı formada üzr istənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 25 000 (iyirmi beş min) manat məbləğində pulun cavadehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi izahatında iddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 arasında bağlanmış 01 tarixli olan nikah pozulub və iddiaçı yenidən ailə həyatı qurmuş, G.Balayevanın hazırda səmimi münasibətdə olduğu Cavabdeh keçmiş həyat yoldaşının facebook sosial şəbəkəsində açdığı “Seva Babayeva” adlı saxta profil vasitəsilə özünün üzü bağlı, keçmiş həyat yoldaşının isə üzü açıq olmaqla hər ikisinin birgə şəklini iddiaçıya, qardaşına, onun həyat yoldaşına və facebookda dostluğunda olan 153 nəfərə göndərmişdir. Bu nalayiq hərəkəti ilə Cavabdeh keçmiş həyat yoldaşının onunla səmimi münasibətlərinin olduğunu və qadının onunla birlikdə olduğunu hamıya nümayiş etdirib. Bundan başqa, cavabdeh iddiaçının şəklini qadın profilinə qoyaraq qohumlarına və tanışlarına göndərməklə onu yaymışdır. Cavabdehin şəkil göndərdikləri yaxın qohumları və tanışları iddiaçıya yazaraq həmin şəkillərin biyabırçılıq olduğunu bildiriblər. Cavabdeh etdiyi qanunsuz hərəkətlərlə iddiaçının qohumlarının yanında nüfuzdan salmışdır. İddiaçının iki uşağı var, ailə başçısıdır. Keçmiş həyat yoldaşının cavabdehlə səmimi münasibətdə olduğunu bildirən şəkillərin qohumlarına və tanışlarına göndərilməsini, şəklinin qadın profilinə qoyulmasını özünə qarşı təhqir hesab etdiyindən cavabdeh barəsində qanuna uyğun tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Şikayətində internet informasiya ehtiyatında şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldığı üçün təhqir olunduğumu bildirərək cavabdehin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tədqiqatçısı polis kapitanı Sail Hacıyev cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 fevral 2021 - ci il tarixli qərar qəbul edib və qərarda mənəvi zərərlə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir. Cavabdeh keçmiş həyat yoldaşının onunla səmimi münasibətdə olduğunu bildirən şəkilləri qohumlarına və tanışlarına göndərməklə və şəklini qadın profilinə qoyub onu yaymaqla iddiaçının şərəf və ləyaqətini alçaltmışdır. Şərəf insana öz əxlaqı, mənəvi, mədəni keyfiyyətlərinə, ətraf mühitə olan münasibətinə və s. görə verilən ictimai qiymət, ləyaqət isə şəxsin öz mənəvi və əxlaqi dünyagörüşünə və s. özünün verdiyi qiymətdir. İddiaçınn keçmiş həyat yoldaşının başqa biri ilə səmimi münasibətini əks etdirən, özü də şəkli yayan şəkildə öz üzünün gizlədib qadının üzünü yayması, iddiaçının şəklini qadın profilinə qoyub yayması heç bir əxlaq çərçivəsinə sığmayan hərəkətdir. Həmin şəkillərin yayılması iddiaçının şərəf və ləyaqətini ləkələyən, cəmiyyətdə iddiaçının barəsində mənfi fikirlər formalaşdırıb, iddiaçının gələcək həyatına və fəaliyyətinə mənfi yöndən təsir göstərib. Gülşən Balayevanın açdığı “Seva Babayeva” adlı saxta profilin parolu Cavabdeh olduğu üçün o həmin profilin mesencer bölməsinə daxil olub, Gülşən Balayeva kimlərlə taniş olub yazışanda Cavabdeh həmin insanları yazıb təhqir edib, öz nömrəsi əvəzinə iddiaçının (050 287 - 37 - 87 ) nömrəni öz nömrəsi əvəzinə onlara verir. Onlarda iddiaçıya zəng edib nalayiq küçə söyüşləri ilə iddiaçını və ailəni təhqir edib, şərəf və ləyaqətini alçaldıblar. Təxmini 10 - 15 zəng ediblər. İddiaçının barəsində yayılan məlumat əxlaqi prinsiplər baxımından yaxın qohumları və tanışları arasında mənfi rəy yaradılmışdır. Cavabdeh şəkilləri iddiaçının qardaşına, onun həyat yoldaşına və iddiaçının tanışlarına göndərmiş, cavabdehin keçmiş həyat yoldaşı ilə münasibətlərini göstərən şəkili və iddiaçının şəklini qoyulmuş qadın profili olan şəkil yayması nəticəsində iddiaçı ağır sarsıntı keçirmişdir. Cavabdeh sözügedən şəkilləri iddiaçıya, qohumlarına və yaxınlarına göndərəndən sonra iddiaçıya daimi olaraq facebookda mesaj bölümünə yazmaqla iddiaçını təhqir edib Cavabdeh “Kravatın altında yatmısan?,” “Partlayış olacaq”, “Sən hələ zaryatka yığ”, “Apardılar”, “Sən hələ yat” (təbii ki, kimin aparıldığı məlumdur, bu kimi alçaldıcı ifadələrlə iddiaçını təhqir etmiş və iddiaçıya hədə - qorxu gəlmişdir. O, mütəmadi iddiaçıya yazmaqla iddiaçını əsəb sarsıntısı keçirməyinə səbəb olmuşdur. Cavabdehin iddiaçının təhqir etməsi və hədələməsi iddiaçının əsəb sarsıntısı keçirməyinə səbəb olub. İddiaçı mənəvi zərər çəkmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurduğu mənəvi zərəri ödəməlidir. Cavabdehin qanunsuz əməlləri iddiaçının yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməyimə, əsəbləşməyinə səbəb olub. Çəkdiyi mənəvi sarsıntının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, pul kompensasiyası vasitəsi ilə iddiaçı təsəlli ala bilər ki, cavabdehlərin qanunsuz əməlləri cavabsız qalmayıb. Cavabdeh keçmiş həyat yoldaşı ilə özu birgə səmimi şəklini və iddiaçının şəklini qoyulmuş qadın profilinin şəklini yaydığına görə iddiaçıdan yazılı formada üzr istəməli və qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 25 000 (iyirmi beş min) manat ödəməlidir. Mənəvi zərərin əvəzini 25 000 (iyirmi beş min) manat müəyyən edilməsi hesab edir ki, ağlabatandır. Həmin məbləği iddiaçı mənəvi iztirablarının mütənasib əvəzi kimi qəbul edir. Odur ki, Cavabdeh tərəfindən keçmiş həyat yoldaşı ilə özünün birgə səmimi şəklini və iddiaçının şəklini qoyulmuş qadın profilinin şəklini yaydığına görə iddiaçıdan yazılı formada üzr istənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 25 000 (iyirmi beş min) manat məbləğində pulun cavadehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaya etirazla edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı X11 dəfələrlə əsassız ittihamlarla AR Daxili İşlər Nazirliyinə müraciət etmiş, AR Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cavabdehə cinayət işinin açılmasını tələb etmiş, əməldə hər-hansı cinayət tərkibi olmadığından, sosial şəbəkələrdə qarşı tərəfi təhqiredici hər hansı hərəkət olmadığından AR DİN Suraxanı RPİnin 31-ci PB-nin təhqiqatçısı Sail Hacıyev tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 fevral 2021-ci il tarixli qərar qəbul edilmişdir. İddia ərizəsi İddiaçı Elvin Babayevin sabiq həyat yoldaşı Sevil Babayeva ilə münasibətlərindən doğan mübahisələr üzərində qurulub. İddiada iddiaçının sabiq həyat yoldaşı ilə 01 dekabr 1998-ci ildə nikaha girərək ailə qurmasından sonra X6 Xanmirzəyevlə olan səmimi münasibətlərinə toxunulmuşdur. Halbuki iddiaya əlavə edilmiş Xəzər Rayonu Məhkəməsinin 27 avqust 2014-cü il tarixli, 2(003)- 2926/2014 saylı Qətnaməsindən göründüyü kimi tərəflərin nikahı 7 il əvvəl pozulmuşdur. Qətnaməyə əsasən iddiaçının övladları 06.08.2000-ci il təvəllüdlü X4 və 14.04.2004-cü il təvəllüdlü X7 atası ilə birgə qalmışlar. Yəni iddiaçı uşaqları belə anasına verməmişdir. İddiadan belə çıxır ki, iddiaçı illər əvvəl boşandığı qadın barısində hər-hansı mövzunu öz şərəfinin və ləyaqətinin ləkələnməsi hesab edir. Ümumişlək sözlərdən ibarət olan "Sən zaryatka yığ, Partlayış olacaq, Apardılar, Kravatın altında yatmısan, Sən hələ yat” cümlələrini özünə təhqir qəbul edir. Sosial Şəbəkədə Seva Babayeva profili ilə kiminsə onun şəklini profil şəkli kimi qoymasını qanun pozuntusu kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, qeyd edilən təhqir mövzusu artıq hüquq mühafizə orqanları tərəfindən araşdırılmış və heç bir tərkib olmadığından cinayət təqibinə xitam verilmişdir. İddiaçı cavabdehin qanunsuz əməllərinin onun yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməyinə, əsəbləşməyinə səbəb olduğunu göstərmişdir. Xatırladım ki hüquq mühafizə orqanı "Cinayət işinin rədd edilməsi haqqında” Qərarda iddiaçının cavabdehlə yazışmasında hər hansı qanunsuz əməlin olmadığını göstərmişdir. Həmçinin yazılan cümlələrin tərkibinə baxsaq orada hər-hansı nəlayiq ifadələrin olmadığını, söyüş işlədilməmişdir.İddiaçı əsassız iddia ilə sadəcə cavabdehi qorxutmaq, onun vaxtını almaq məqsədi güdür. İddianın məğzini əsasız ittihamlar təşkil edir.AR Ali Məhkəməsinin Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli Qərarının 4-cü yarımbəndinə əsasən Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Sözügedən qərardan göründüyü kimi mənəvi zərərin yaranmasının əsasını hüquqpozmalarla (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) müşahidə olunan hərəkət və hərəkətsizlik təşkil etməlidir. Tərəflər arasında bundan əvvəl hər hansı mülki iddia olmamış, cavabdeh iddiaçının zərərçəkmiş olduğu cinayət əməlinə (təhqirə və ya böhtana) və ya inzibati xəta tərkibini yaradacaq əmələ görə məsuliyyətə cəlb olunmamışdır. İddiaçı öz iddiasını əsaslandırmaq üçün yalnız qarşı tərəfin yazdığı və ya yazmadığı ifadələri qeyd etmiş, özünün yazdığı təhqiramiz söyüşləri isə qeyd etməmişdir. Yeri gəldikdə onun özünün əməllərində AR Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiv asına düşəcək hərəkətlər vardır. Həmçinin iddiada vurğulanan saxta profilin (və ya saxta olmayan profilin) kim tərəfindən açıldığı dəqiq deyildir. Sözügedən Qərara əsasən Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər ki, cavabdeh tərəfindən iddiaçılara qarşı bu əməllərdən heç biri edilməmişdir. Bilavasitə Qərarın 8-ci yarımbəndində Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənləri nəzərə alaraq tam əsassız və mülahizələr üzərində qurulmuş hazırki iddiaya etiraz etməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Mülki işin materiallarından olan: Bakı şəhər Xəzər Rayon Məhkəkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X1 qarşı nikahın pozulması və uşaqların yanında qalması tələbinə dair iddia təmin edilməklə, İddiaçı ilə X2 arasında 04.03.2005-ci il tarixdə bağlanmış və Xəzər rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 128 No ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 06.08.2000-ci il təvəllüdlü X5 və 14.04.2004-cü il təvəllüdlü X7 ataları İddiaçı yanında qalması qət edilmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı Sail Hacıyevin 21 iyun 2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi aşkar olunmadığından cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti məlumat üçün təhqiqata prossesual rəhbərliyi həyata keçirən prokurora və İddiaçı göndərilmiş, İddiaçı mənəvi ziyanla bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək izah edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa İttifaqının əsas insan hüquqları haqqında Xartiyasının 1-ci maddəsinə əsasən insan ləyaqəti toxunulmazdır, ona hörmət olunmalı və qorunmalıdır. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində də heç kimin şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qalmasının yolverilməzliyi bəyan olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyriqanuni qəsddən müdafiə hüququna zəmanət verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 17-ci maddəsində və İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsində də öz əksini tapmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təəcrübəsinə haqqında” Plenum qərarına əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların cavabdeh tərəfindən yayılması halı müəyyən edilməmişdir. Belə ki, təqdim etdiyi fotoşəkillərdə iddiaçının “Seva” adlı profillə şəxsi mesajlaşma əks olunmuş, həmin profilin kimə məxsus olması müəyyən edilməmiş, iddiaçının şərəf və ləyaqətini alçaldılması halları təsdiqini tapmamışdır. Bundan əlavə iddiaçı tərəfindən təqdim olunmuş Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı Sail Hacıyevin 21 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən araşdırma zamanı Cavabdeh izahatında qeyri-rəsmi yaşamış olduğu İddiaçı həyat yoldaşı olmuş Gülşən Balayevaya məxsus internet Facebook şəbəkəsində Seva Balayeva profilindən İddiaçı özünün və yaxın qohumlarının yanında nüfuzdan salaraq alçaldıcı mesajlar yazmasını bildirilməsi əks olunsa belə, sonradan məhkəmə tərəfindən tələb edilmiş həmin qərarın əsası olan Cavabdeh izahatına əsasən o, Gülşən Balayevanın keçmiş həyat yoldaşı Elvinin facebook səhifəsinə bir neçə əsassız mesajlar yazmış, həmin yazışmaları öz telefonundan etmiş, sonradan həmin səhifəni öz telefonundan silmiş və onun səhifəsində olan digər qohumlarına dostluq göndərmişdir. Məqsəd ondan ibarət idi ki, Gülşən digər şəxslərlə yazışır, əsəbindən həyat yoldaşına bir neçə səbəbsiz mesajlar yazmış, hal-hazırda Gülşənlə əlaqəsi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılarkən Cavabdeh öz izahatında Gülşən Balayevanın keçmiş həyat yoldaşı Elvinin facebook səhifəsinə mesajlar yazmış və onun səhifəsində olan digər qohumlarına dostluq göndərmişdir. Onda qeyd etmişdir ki, Gülşən facebookda başqa biri ilə yazışdığı üçün o əsəbləşib, onun ərinə bu barədə yazmışdır ki, evində söz-söhbət yaransın və Gülşən bu əməllər bir də etməsin. Bundan sonra Gülşəndə münasibətləri daha da pisləşib və onlar ayrıldılar. O vaxtdan sonra iddiaçının Gülşənlə heç bir münasibəti pozmamış. Gülşən Balayevay məxsus “Seva Balayeva” profildən onun keçmiş yoldaşı o yazmış və etdiyi əməldən peşmandır. Onu da qeyd etmişdir ki, Gülşən facebookda başqa biri ilə yazışdığı üçün o əsəbləşib, onun ərinə bu barədə yazmışdır ki, evində söz-söhbət yaransın və Gülşən bu əməllər bir də etməsin. Bundan sonra Gülşəndə münasibətləri daha da pisləşib və onlar ayrıldılar. O vaxtdan sonra iddiaçının Gülşənlə heç bir münasibəti pozmamış. Gülşən Balayevay məxsus “Seva Balayeva” profildən onun keçmiş yoldaşı o yazmış və etdiyi əməldən peşmandır. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının şəklini qadın profilinə qoyaraq qohumlarına və tanışlarına göndərməklə onu yayması, cavabdehin şəkil göndərdikləri yaxın qohumları və tanışları iddiaçıya yazaraq həmin şəkillərin biyabırçılıq olduğunu bildirilməsinə, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən Gülşən Balayevanın açdığı “Seva Babayeva” adlı saxta profilin parolu Cavabdeh olduğu üçün o həmin profilin mesencer bölməsinə daxil olması və Gülşən Balayeva kimlərlə taniş olub yazışanda Cavabdeh həmin insanları yazıb təhqir etməsi, öz nömrəsi əvəzinə iddiaçının (050 287 - 37 - 87 ) nömrəni öz nömrəsi əvəzinə onlara verməsi, onlarda iddiaçıya zəng edib nalayiq küçə söyüşləri ilə iddiaçını və ailəni təhqir edib, şərəf və ləyaqətini alçaldılmasına dair dair iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Cavabdeh iddiaçının keçmiş həyat yoldaşının facebook sosial şəbəkəsində açdığı “Seva Babayeva” adlı saxta profil vasitəsilə özünün üzü bağlı, keçmiş həyat yoldaşının isə üzü açıq olmaqla hər ikisinin birgə şəklini iddiaçıya, qardaşına, onun həyat yoldaşına və facebookda dostluğunda olan 153 nəfərə göndərilməsi, həmin hərəkəti ilə Cavabdeh keçmiş həyat yoldaşının onunla səmimi münasibətlərinin olduğunu və qadının onunla birlikdə olduğunu hamıya nümayiş etdirilməsi onun şərəf və ləyaqətini birbaşa alçaldan, ona hər hansı əzab və iztirab verə bilən hərəkətlərinə aid oluna biləcəyi göstərməmiş, buna dair hər hansı əsas və dəlil gətirməmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı mənəvi ziynın ödənilməsi tələbinə tələbinə dair iddia ərizəsi əsasız olduğundan rədd edilməlidir. Beləliklə, müəyyən olunur ki, iş üzrə cavabdeh iddiaçının şərəf və ləyaqətinə toxunan məlumatları özündə əks etdirən ərizə ilə KİV-lərə deyil, hüquq-mühafizə orqanına müraciət etmişdir. Məhkəmə hesab edir ki, bu kateqoriyalı mübahisələrin həllində aşağıdakı meyarlar nəzərə alınmalıdır. Bəzən vətəndaş dövlət orqanlarına ərizə ilə müraciət edərək, bu və ya digər məlumatları göstərir (məsələn, onun fikrincə törədilmiş və ya hazırlanan cinayət barəsində məlumatla hüquq – mühafizə orqanlarına müraciət edir), amma həmin məlumatlar yoxlanma zamanı öz təsdiqini tapmır. Bu hərəkət özü-özlüyündə həmin şəxsin Mülki Məcəllədə nəzərdə tutulmuş mülki-hüquqi məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz, mülki-hüquq delikti sayıla bilməz, çünki bu halda vətəndaş özünün Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində əksini tapmış hüququndan istifadə edərək, həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayımlanmasını deyil, daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan orqanlara müraciət etmişdir. Şərəf və ləyaşətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li Qərarının 4-cü bəndində də qeyd olunmuşdur ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Bundan əlavə şəhər və ləyaqətin müafiəsi ilə bağlı mənəvi ziyanın ödənilməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iddiaçı tərəfinin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının vahid kontekstdə mənəvi ziyanın vurulması həm mənəvi sarsıntı keçirməsi, həmdə ki, mənəvi iztirablara məruz qalması sübuta yetirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər bir mənəvi stressin, emosional gərginliyin keçirilməsi nəticə etibarı ilə şəxsin daha dərin psixoloci məhrumiyyətlərinə səbəb olan mənəvi iztirablarla nəticələnmədikdə, onun mənəvi zərərlə üzləşməsindən söhbət gedə bilməz. Başqa bir sözlə, şəxsin hər bir emosional stressin və gərginliyin keçirməsi onun mənəvi zərərə məruz qaldığına dəlalət etmir. Mənəvi zərərin vurulması şəxsiyyətin mənəvi komponentinə elə bir ağır və bir cox hallarda bərpaedilməz ziyanın vurulmasını nəzərədə tutur ki, bu halda şəxs nəinki emosional gərginlik halını keçirir və bu halda qalmaqda davam edir, eyni zamanda bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi halları müşahidə edilir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 165 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-355/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-355/2022
18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver