Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3557/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş qızı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 (iki yüz əlli) manat məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək uşağın saxlanması üçün aliment ödəyə biləcəyini, lakin tələb edilən aliment miqdarının yüksək olduğunu, hər ay bu məbləğdə aliment ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın qismən təmin edilməsini xahiş etdi. Həmçinin, işə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı Həsənova X2 Muxtar Respublikası Babək rayonunda yaşayır. İddia tələbi isə cavabdehdən aliment alınması ilə bağlıdır. Belə olan halda, iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən,iddia ərizəsini öz yaşadığı rayonun məhkəməsinə verə bilsə də o, iddia ərizəsində cavabdehin yaşayış ünvanı kimi qeyd etdiyi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsinə cavabdehin yaşayış yeri barədə MAPS arayışı əlavə etmədiyindən cavabdehin qeydiyyat ünvanını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh hazırkı məhkəmə iclasında iştirak edərkən şəxsiyyətini təsdiq edən sənədin surətini məhkəməyə təqdim etmiş, yalnız bundan sonra, cavabdehin Bakı şəhəri Suraxanı rayonunda deyil, Naxçıvan Muxtar Respublikası Şərur rayonunda qeydiyyatda olması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ərazi aidiyyəti qaydalarını pozmuş, iddia ərizəsini nə öz yaşadığı yerə görə, nə də cavabdehin qeydiyyat yerinə görə vermişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanında uyğun olaraq mülki iş aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri Suraxanı rayonunda yaşamadığından və cavabdeh Naxçıvan Muxtar Respublikası Şərur rayonunda qeydiyyatda olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin qeydiyyat yeri üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 267 və 268ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRARA A L D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dair mülki iş aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3557/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3557/2020
23.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver