Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3601/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə qeyri-rəsmi nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər hər ay 221 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdehla birgə nikahından üç uşağı doğulmuşdur. Cavabdehlə olan nikahı pozularkən öz yanında qalması müəyyən edilən bu uşaqların saxlanması üçün cavabdehdən aliment tutulması qət edilmişdir. Lakin onlar nikah pozulduqdan sonra bir müddət barışaraq faktiki nikah münasibətində olmuşlar. Həmin münasibətdən xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Hazırda həm birgə nikahdan doğulmuş üç uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılmasını, həm də faktiki nikahdan doğulmuş bir uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair ayrı-ayrı iki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda bu iki işin bir icraatda birləşdirilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, bu mülki iş (№ 2(010)-3601/2023) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına eyni gündə daxil olmuş, lakin daha əvvəl qeydiyyata alınmış başqa bir mülki işlə (№ 2(010)- 3600/2023) bir icraatda birləşdirilməli, həmin işlərə birlikdə baxılmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-3600/2023 nömrəli mülki iş üzrə iddia tələbindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-364/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan aliment miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. 2(010)-3601/2023 nömrəli mülki iş isə eyni tərəflərin faktiki nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tutulması ilə bağlıdır.Belə olan halda məhkəmə hesab edir ki, bu iki işə bir icraatda baxılması məqsədəmüvafiqdir. Odur ki, bu işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidr. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş (№ 2(010)-3601/2023) həmin Məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işlə (№ 2(010)-3600/2023) bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 169, 263-264 və 267 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş (№ 2(010)-3601/2023) həmin Məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işlə (№ 2(010)- 3600/2023) bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3601/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3601/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver