Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3699/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmış oğlu Cavabdeh özünün saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 31.07.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh onun oğludur. O, şəkər xəstəliyindən əziyyət çəkir. Halhazırda əlilliyi ilə bağlı təqaüd alır. Aldığı təqaüd onun xəstəliyi ilə bağlı və digər xərclərini ödəmir. Onun maddi durumu çox ağırdır. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, aldığı təqaüd dərmanlarının alınmasına və gündəlik tələbatına yetmir, onun bir oğlu da var, lakin o da xəstədir və işləmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə, MPM-nin 185-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı və cavabdeh tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - Vİİİ-ЖГ, 466663 № li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1980-cı ildə Bakıda anadan olmuşdur. X1, anası X2r. Seriya AZE ******** № li şəxsiyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, cavabdeh iddiaçının oğludur, onlar ayrı yaşayırlar. İddiaçı bildirir ki, oğlu ona maddi cəhətdən heç bir yardım göstərmir, onunla maraqlanmır. Digər oğlunun əmək qabiliyyəti olmadığına görə ondan da yardım ala bilmir. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatan və əmək qabiliyyəti olan övladın üzərinə, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideyni saxlamaq vəzifəsi qoymuşdur. Hazırkı işdə iddiaçının təqaüdçü olması və şəkər xəstəliyindən əziyyət çəkməsi müəyyən olunur.Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Alimentin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehdən öz xeyrinə 200 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etsə də, cavabdehin əmlak vəziyyəti ilə bağlı hər hansı sübut təqdim etməmiş, başqa sözlə cavabdehin hər ay ona 200 manat sabit pul məblğində aliment ödəməyə maddi imkanın olmasını sübut etməmişdir. Məhkəmə, iddiaçının cavabdehdən savayı yetkinlik yaşına çatmış daha bir oğlunun da olmasını nəzərə alaraq hesab edir ki, alimentin miqdarı 100 manat sabit pul məbləğində müəyyən edilməlidir. İddiaçı tərəf digər oğlunun əmək qabiliyyətinin olmamasını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf tələbinin bu hissəsini prosessual qanunvericiliyin tələbləri baxımından əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, cavabdehdən əlavə olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Respublikası Ailə Məcəlləsinin, maddi hüquq normalarını və Azərbaycan Respublikası MPM-nın yuxarıda göstərilən maddələrini, rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh valideyni-İddiaçı saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3699/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3699/2021
06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver