Məhkəmə qərarları › İş №2(010)-3730/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3730/2025

27.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3730/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiаçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1591/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2014- cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdeh İddiaçı 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1591/2024 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 222 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikah pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması, onlar yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə ondan tutulması qərara alınmışdır. Məhkəmə xx.xx.2024-cü il tarixli 2(010)- 1591/2024 saylı qətnaməni qəbul edərkən heç bir yerdə işləmədiyindən və qazancı qeyrimüəyyən olduğundan alimentin miqdarı hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində tutulması qərara alınmışdır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə bölməsində, mühafizəçi vəzifəsində işə başlamış və aylıq hesablanan əmək haqqı gəliri bütün növ vergilər çıxıldıqdan sonra 571 manat 85 qəpik təşkil edir. N saylı Hərbi hissənin verdiyi xx.xx.2025-ci il tarixli 5 saylı arayışı ilə göstərilənlər öz təsdiqini tapır. Bunlardan başqa Cavabdeh Binə qəsəbəsində gözəllik salonunda saç və dırnaq ustası olaraq işləyir, aylıq gəliri onun əldə etdiyi gəlirdən qat-qat çoxdur. Qanunvericiliyin tələbinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən olunursa tərəflərin maddi və ailə vəziyyətləri, diqqətəlayiq olan digər hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Lakin məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunarkən işləmədiyi, Cavabdeh isə gözəllik salonunda işləməsi nəzərə alınmamışdır. O, artıq N saylı hərbi hissədə işləyərək əmək haqqı aldığından uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun hesablanmalıdır. Həmin maddədə göstərilir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, onun rəsmi iş yeri vardır və aylıq əmək haqqı məbləği 571 manat təşkil edir. O, Bakı şəhəri Suraxanı Rayonu Məhkəməsinin 2(010)-1591/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmiş, hal-hazırda isə həmin qətnamə üzrə qət olunmuş məbləği ödəməyə maddi imkanı yoxdur. Belə ki, qətnamə üzrə qət olunmuş məbləğ onun aldığı əmək haqqından qat-qat yüksəkdir. Cavabdeh isə gözəllik salonunda işləyir və kifayət qədər gəlir əldə edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, uşaqlara baxmaq və onları saxlamaq çox çətindir. Belə ki, onların yemək, idman və dərs hazırlıqları xərcləri vardır. Suraxanı Rayonu Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş məbləğ ona ödənilməlidir. İddiаçı İddiaçı tərəfindən qətnamə üzrə müəyyən edilmiş aylıq aliment məbləği ona ödənilmədiyi üçün hal-hazırda borc yığılmışdır. İddiaçı mərmər-qranit ustasıdır, birlikdə yaşadıqları vaxtlarda onun aylıq gəliri 2000-2500 manat aralığında olurdu. Hal-hazırda da usta kimi işləyərək gəlir əldə edir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir.

İş materialları.

5. xx.xx.2025-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (iddiaçı) xx.xx.2025-ci il tarixində saat 12:20 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS və 10 manat kargüzarlıq xərci ödəmişdir.

6. Bakı şəhəri Suraxanı Rayonu Məhkəməsinin 2(010)-1591/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 222 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 nikah pozulduqdan sonra Cavabdeh yanında qalması, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü tarixdən başlayaraq Cavabdeh xeyrinə hər ay hər uşağa görə 235 (yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğini aiiment tutulması, qətnamə aliment tələbi hissəsində dərhal icra edilməsi qət olunmuşdur.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı həqiqətən N nömrəli hərbi hissənin mühafizə bölməsinin mühafizəçisi vəzifəsində çalışır. Aylıq hesablanan əmək haqqı gəliri bütün növ vergilər çıxıldıqdan sonra 571 manat 85 qəpik təşkil edir.

İşin faktiki halları.

8. İddiaçı Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Hazırda iddiaçı alimentin azaldılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh tərəf isə iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmənin mövqeyi.

15. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından üç uşaq doğulmuş və bu uşaqlar hazırda cavabdehin himayəsindədir.

16. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayonu məhkəməsinin 2(010)-1591/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 222 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra Cavabdeh yanında qalması, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü tarixdən başlayaraq Cavabdeh xeyrinə hər ay hər uşağa görə 235 (yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğini aliment tutulması, qətnamə aliment tələbi hissəsində dərhal icra edilməsi qət olunmuşdur.

17. Cavabdeh əvvəllər işləsə də, hal-hazırda heç yerdə işləmədiyini və azyaşlı övladlarının saxlanılması üçün 705 manat sabit pul məbləğində alimentin tutulduğunu, lakin iddiaçı tərəfindən alimentin mütəmadi ödənilmədiyini qeyd etmişdir.

18. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.

19. İddiaçı tərəf isə cavabdehin işləməsini və zəruri vəsaitə malik olmasını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşağın maraqları üstün tutularaq uşağın saxlanılması üçün iddiaçıdan tutulan alimentin miqdarının azaldılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd olunmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsi təmin olunmamalıdır. 21.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsinə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar