Məhkəmə qərarları › İş №2(010)-3753/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3753/2021

15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3753/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “aliment ödənilməsindən azad edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehna qarşı “aliment ödənilməsindən azad edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Suraxanı rayon məhkəməsinin 21.09.2018-ci il tarixli, 2(010)-3943\2018 saylı qətnaməsi ilə 22.06.2008-ci il təvəllüdlü qızı X4 və 16.08.2009-cu il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər birinə görə hər ay sabit pul məbləği şəklində təyin edilmiş və ödənilməsi ondan tələb olunan 154 manat,cəmi 308 manat məbləğində alimentindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli 2(010)-3943/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulduqdan sonra, uşaqların anasının himayəsində qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa 154 manat məbləğində aliment tutulması qət edilsə də, qızı Məryəm Həbibova cavabdehə və ailəsinə bağlayan hər hansı bir bağlılıq olmadığına görə onun himayəsindədir. Suraxanı rayon məhkəməsinə verdiyi iddia ərizəsi əsasında Suraxanı rayon məhkəməsi 29.09.2020-ci il tarixli,2(010)-3101/2020 saylı qətnaməsi ilə onu qızı Məryəm Həbibovaya görə həmin məhkəmənin 21.09.2018-ci il tarixli, 2(0)0)- 3943/2018 saylı qətnaməsi üzrə cavabdehə 01.04.2019-cu ildən 21.09.2020-ci ilə kimi yaranmış 2772 manat məbləğində aliment borcundan azad etmişdir. Əsas isə cavabdehlə nikahı pozulandan sonra da qızı Məryəm Həbibovanın yenə əvvəlki kimi 21.09.2020-ci ilə kimi onun yanında Quba rayonunun Digah kəndində qalıb yaşaması və onun hər bir ehtiyacını onu qarşılamağı və onu təkbaşına saxlayıb böyütməyi olmuşdur. Suraxanı rayon Məhkəməsinə növbəti müraciəti əsasında məhkəmənin 05 mart 2021-ci il tarixli qətnaməsi əsasında 22 iyun 2008-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi qət edilmişdir. Belə olan halda, yəni birgə nikahdan olan uşaqlardan biri faktiki olaraq onun himayəsində olduğuna görə digər uşağına da aliument ödəməyi maddi cəhədən ona çətindir. Belə ki, o, yüksək gəlir və qazanca malik deyildir, pandemiya dövründə işsiz qalması ilə əlaqədar alimentə görə 1000 manatdan çox borcu yaranmışdır. Odur ki, Məryəm Həbibovanın onun himayəssində olduğunu nəzərə alaraq cavabdehin himayəsində olan Mətin Həbibovun saxlanması ilə bağlı aliment öhdəliklərindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahından 22 iyun 2008-ci il təvəllüdlü Məryəm və 16.08.2009-cu il təvəllüldlü Mətin anadan olmuşlar. Suraxanı rayon məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş, övladları öz himayəsində saxlanılaraq hər ay uşaq üçün 154 manat olmaqla cəmi 308 manat məbləğində alimentin İddiaçı alınaraq ona verilməsi qət edilmişdir. O, etiraf edir ki, 22 iyun 2008-ci il təvəllüdlü Məryəm məhkəmə məhkəmə qətnaməsi ilə onun himayəsinə verilməli olmasına baxmayaraq hələdə qanunsuz olaraq İddiaçı himayəsində qalır. Lakin bu heç bir halda cavabdehin digər uşağına münasibətdə aliment ödənilməsindən azad olunması üçün əsas ola bilməz. Belə olan halda iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan məhkəmə qətnamələrindən işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında nikah pozulmuş, 22 iyun 2008-ci il təvəllüdlü X4 və 16 avqust 2009-cu il təvəllüdlü X3 nikah pozulduqdan sonra X1 yanında qalmaları, 16 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı alimentin tutulmasının əvvəli 03 may 2018-ci il tarixdən hesablanmaqla iddiaçı X1 xeyrinə hər ay sabit pul məbləğində 154 manat miqdarında aliment və 22 iyun 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı X1 xeyrinə alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay sabit pul məbləğində 154(yüz əlli dörd) manat miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2 (010)-3101/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Suraxanı rayon məhkəməsinin 21.09.2018-ci il tarixli 2(010)-39432018 saylı icra sənədi üzrə X4 üçün ödənilməli olan və 01.04.2019-cu il tarixdən 21.09.2020-ci il tarixə kimi 2772 manat təşkil edən borc həmin icra sənədi üzrə 4388 manat təşkil edən ümumi aliment borcundan silinməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 107.1 və 107.2-ci maddələrinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. İddiaçı aliment ödənilməsindən azad olunmasını qanunda qeyd olunmuş əsaslara görə yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda təsvir edilənlərə əsasən iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehna qarşı “aliment ödənilməsindən azad olunma” tələbi barədə iddia ərizəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehna qarşı “aliment ödənilməsindən azad edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar