Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3914/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X10 iclas katibliyi ilə, İddiаçı (İbrahimova) Şəbnəm Xəzər qızının Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı (İbrahimova) Şəbnəm Xəzər qızı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh qazancı və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarilmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından iki övladları – xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X11 dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-1784/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında xx.xx.2010-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X6 onun himayəsində saxlanması qət edilmişdir. Hesab edir ki, birgə nikahdan olan uşaqların saxlanılmaları üçün Cavabdeh qazancı və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır.
Tərəflərin izahatları.
3. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçınının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında olan nikah pozulmuşdur. Həmin vaxt cavabdeh öz üzərinə öhdəlik götürmüşdür ki, uşaqların saxlanılması üçün maddi yardım edəcək. Lakin sonradan heç bir ödəniş etməmişdir. Bu səbəbdən iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının hazırda uşaqları ilə birlikdə yaşadığı evi isə cavabdeh uşaqlarına almışdır və iddiaçı əmindir ki, cavabdeh ondan aliment tələb edildiyinə görə onları evdən çıxarmayacaq. Çünki həmin ev uşaqlar üçün alınmışdır və alimentə aidiyyəti yoxdur. Cavabdeh uşaqların saxlanılması üçün lazımi maddi dəstəyi göstərmədiyinə görə iddiaçı cavabdehdən rəsmi qaydada aliment tutulmasını tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında barışıq əldə olunmadığını bildirmiş və məhkəmədən işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul edərək bildirmişdir ki, cavabdeh uşaqlarının saxlanılmasından heç vaxt yayınmamışdır. Əksinə, demək olar ki, hər həftə uşaqları ilə görüşərək onlara geyim əşyaları, bahalı mobil telefon, noutbuk kimi əşyalar almış, uşaqların saxlanılması üçün iddiaçıya həmişə maddi dəstək göstərmişdir. Bundan əlavə, iddiaçının hazırda uşaqları ilə birlikdə yaşadığı mənzili cavabdeh almışdır və hazırkı tarixədək mənzil üçün kredit ödənişlərini özü edir. Cavabdehin bildirdiyinə görə kredit borcunun çox az bir hissəsi qalmışdır və borcu tam bağlayandan sonra mənzili uşaqların adına rəsmiləşdirmək niyyətindədir. Hansı ki, həmin mənzil yeni tikilidə yerləşir və qiyməti 160000 manatdır. Mənzil üçün bütün krediti cavabdeh ödəməsinə baxmayaraq, o, yalnız öz şəxsi əşyalarını götürərək mənzildən çıxıb getmiş, iddiaçının bu mənzildən çıxarılmasını heç vaxt tələb etməmişdir. Əksinə, borcu tam bağladıqdan sonra mənzili uşaqlarının adına keçirəcəyini bildirmişdir. Bütün bunlara – iddiaçıya uşaqlar ilə birlikdə yaşaması üçün bahalı mənzil verməsinə, hər həftə uşaqlarla görüşərək onların saxlanılmasında aktiv iştirak etməsinə baxmayaraq, iddiaçının ondan məhkəmə qaydasında aliment tələb etməsi cavabdeh üçün olduqca təəccüblü olmuşdur. Belə ki, iddiaçı özü də bilir ki, aldığı əmək haqqının bir hissəsi ilə onun hazırda yaşadığı mənzilin kreditini ödəyir. Buna baxmayaraq, o, həmin əmək haqqından aliment də tutulmasını tələb edir. Bu vəziyyətdə cavabdeh məcbur qalır ki, iddiaçının mənzildən çıxarılması ilə bağlı iddia qaldırsın. Çünki həm mənzilin kreditini ödəyib, həm əmək haqqından aliment ödəmək cavabdeh üçün çox çətindir. Cavabdeh sadəcə olaraq istəyir ki, bütün bu hallar qətnamədə öz əksini tapsın və gələcəkdə uşaqları bu qətnaməni görərlərsə, atalarının buna məcbur qaldığını bilsin.
6. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə Cavabdeh adından yazılmış ərizə təqdim edərək bildirmişdir ki: “Bildirirəm ki, mən qarşı tərəflə danışıq aparmaq niyyətindəyəm. Belə ki, iddiaçının yaşadığı mənzil mənim dayıma məxsusdur və təxminən 160000 manat dəyərindədir. Mən və dayım həmin mənzili azyaşlı uşaqlarımın adına rəsmiləşdirmək niyyətindəyik. Mən öz uşaqlarımın maddi təminatını tam şəkildə ödəyirəm, bundan sonra da ödəyəcəyəm. Lakin iddiaçının aliment tələbi ilə mənə qarşı iddia qaldırması və mənim uşaqlarımın ən yüksək səviyyədə maddi təminatlarını ödəməyimə baxmayaraq, məndən rəsmi qaydada aliment tələb etməsi artıq dayıma məxsus mənzildən iddiaçının çıxarılması barədə iddianın qaldırılmasını zəruri edir. Odur ki, iddiaçı ilə bir daha danışığa cəhd edəcəyəm. Bir daha bəyan edirəm ki, mən uşaqlarımın maddi təminatını tam ödəyirəm, bundan sonra da ödəyəcəyəm”.
7. Məhkəmə hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh, yaxud onun nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir.
İş materialları.
8. Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 830832 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 (atası Cavabdeh, anası X8) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 399 nömrə ilə qeyd edilmişdir.
9. Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 282042 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 (atası Cavabdeh, anası X8) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 890 nömrə ilə qeyd edilmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 1784/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 və Cavabdeh arasında xx.xx.2010cu il tarixli, 1056 nömrəli qeyd ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 X3 yanında saxlanılması qət edilmişdir.
11. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 28/1225 saylı məktubdan görünür ki, Cavabdeh gəlir vergisi çıxıldıqdan sonra hesablanmış aylıq pul təminatı 3444.1 manat təşkil edir.
İşin faktiki halları.
12. İddiaçı (İbrahimova) Şəbnəm Xəzər qızı və Cavabdeh birgə nikahından iki uşaq xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların ananın yanında saxlanmaları qət edilmiş, lakin həmin vaxt hazırkı iş üzrə iddiaçı heç bir aliment tələb etmədiyindən həmin qətnamə ilə aliment məsələsi həll edilməmişdir. Hazırda iddiaçı məhkəmədən cavabdehlə birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdehin nümayəndəsi isə cavabdehin aliment ödəməyə heç bir etirazı olmadığını, bununla belə iddiaçının hazırda yaşadığı mənzili cavabdehin aldığını, iddiaçı cavabdehdən aliment tələb etdiyinə görə cavabdehin iddiaçını həmin mənzildən çıxarmağa məcbur qaldığını bildirmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
15. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
21. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuş, tərəflər arasında olan nikahın pozulmasına dair qətnamə ilə bu uşaqların iddiaçının yanında qalması müəyyən edilmiş, lakin həmin vaxt iddiaçının aliment tələbi olmadığından alimentlə bağlı məsələ həll edilməmişdir. Hazırda isə iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb edir.
22. Məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin borcudur və hazırkı iş üzrə tərəflərin nikahı pozularkən cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulması qət edilməmişdir.
23. İddia tələbindən görünür ki, iddiaçı (İbrahimova) Şəbnəm Xəzər qızı cavabdehlə birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmasını xahiş etmişdir.
24. Məhkəmə təkrar qeyd edir ki, uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da uşaqlar iddiaçının yanında qaldığından onların saxlanılmaları ilə bağlı gündəlik xərclərin qarşılanmasının iddiаçının üzərinə düşməsi və onun uşaqlara qulluq etməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.
25. İş materiallarından görünür ki, Cavabdeh 3444.1 manat məbləğində aylıq sabit gəliri var və bu məbləğ qanunvericiliklə nəzərdə tutulduğu qaydada alimentin iki uşağa görə qazancın və (və ya) başqa gəlirlərin üçdə bir hissəsi miqdarında tutulması üçün uşaqların üstün maraqları baxımından uyğundur.
26. Bütün bu halları nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment iddiaçı (İbrahimova) Şəbnəm Xəzər qızının xeyrinə tutulmalı, alimentin tutulmasına bu iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixdən başlanmalıdır.
Məhkəmə xərci.
27. Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (3444.1/3x12=13776.4 manat) mütənasib olan 131.33 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla iddiaçı (İbrahimova) Şəbnəm Xəzər qızının xeyrinə tutulmalı, ödənilməmiş 131.33 manat (yüz otuz bir manat otuz üç qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə aliment hissəsində dərhal icra edilməlidir.
29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiа təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cаvаbdeh Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutularaq iddiaçı (İbrahimova) Şəbnəm Xəzər qızına ödənilsin. Ödənilməmiş 131.33 manat (yüz otuz bir manat otuz üç qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva