Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3926/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “xxxxxxxxxxxxx” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərindən ödənilmiş 10493,46 (on min dörd yüz doxsan üç manat qırx altı qəpik) manat məbləğində sığorta ödənişinin, 5720,87 (beş min yeddi yüz iyirmi manat səksən yeddi qəpik) manat hissəsini, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla cəmi 5751,27 (beş min yeddi yüz əlli bir manat iyirmi yeddi qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxxxxxxxxxxx” ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, “xxxxxxxxxxxxx” ASC ilə X2 arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanaraq ** SF *** dövlət qeydiyyat nişanlı, “Nissan Kicks” markalı avtomobil, PMİ-014238 №-İi şəhadətnamə üzrə üç il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə olunan ** KF *** dövlət qeydiyyat nişanlı, “Hyundai İX 35” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə yerinə gəlmiş Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh1 göstərilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri, müştərinin müraciətinə müvafiq olaraq, “xxxxxxxxxxxxx” MMC-nin servis məntəqəsində həyata keçirilmiş və tərtib edilən xx.xx.2020-ci il tarixli NL_1489 saylı “Qüsur aktı”na əsasən, avtomobilə dəymiş zərər 10993,46manat məbləğində hesablanmışdır. Sığorta şəhadətnaməsinə əsasən həmin məbləğdən 500 manat azadolma məbləği çıxılaraq qalan 10493,46 manat həcmində sığorta ödənişi tərəflərindən sığortalı avtomobilin təmiri üçün “xxxxxxxxxxxxx” MMC-yə ödənilmiş və bu ödəniş xx xxx 2020-ci il tarixli 534 №-li və 536 №-li ödəniş tapşırığında və təmir xərclərinin silinməsinə dair 4 №-li aktda öz əksini tapmışdır. Etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə olunan ** KF *** dövlət qeydiyyat nişanlı, “Hyundai İX 35” markalı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortası PXA ********** saylı şəhadətnamə əsasında “xxxxxxxxxxxx” ASC-də sığortalanmışdır. Bu səbəbdən “xxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxx”ASC-yə 4772,59 manat məbləğində ödəniş edilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AC seriyalı 805523 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki “Hyundai İX-35” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. xx.xx.2019-cu il tarixli ƏN-İV seriyalı 916096 №-li etibarnamənin surətindən görünür ki, Cavabdeh2 “Hyundai İX-35” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2026-cı il tarixinədək Cavabdeh1 idarə etmək üçün etibar etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, “Nissan Kicks” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. Nərimanov rayon DYPŞ-nin İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, sığortalanmış “Nissan Kicks” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə olunan ** KF *** dövlət qeydiyyat nişanlı, “Hyundai İX 35” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Nərimanov rayon DYPŞ-nin TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. xx.xx.2020-ci il tarixli “xxxxxxxxxxxxx” MMC tərəfindən həyata keçirilmiş NL_1489 №-li qüsur aktından görünür ki, hadisə nəticəsində “Nissan Kicks” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 10993,46 manat məbləğində zərər dəymişdir. xx.xx.2020-ci il tarixli KSN 2647/20 №-li sığorta aktından görünür ki, 10993,46 manat məbləğində dəymiş zərərdən 500 manat azadolma məbləği çıxılaraq qalan 10493,46 manat həcmində sığorta ödənişi tərəflərindən sığortalı avtomobilin təmiri üçün “xxxxxxxxxxxxx” MMC-yə ödənilmişdir. Etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə olunan ** KF *** dövlət qeydiyyat nişanlı, “Hyundai İX 35” markalı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortası PXA ********** saylı şəhadətnamə əsasında “xxxxxxxxxxxx” ASC-də sığortalanmışdır. Bu səbəbdən “xxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxx”ASC-yə 4772,59 manat məbləğində ödəniş edilmiş və 5720,87 manat hissə qalmışdır. xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “xxxxxxxxxxxxx” ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli KSN 2647/20 №-li sığorta aktından görünür ki, 10993,46 manat məbləğində dəymiş zərərdən 500 manat azadolma məbləği çıxılaraq qalan 10493,46 manat həcmində sığorta ödənişi tərəflərindən sığortalı avtomobilin təmiri üçün “xxxxxxxxxxxxx” MMC-yə ödənilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından olan Nərimanov rayon DYPŞ-nin TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda qeyd edilən norma mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyacaq şəxslərin dairəsini məhdudlaşdırmaqla, zərər vurulması anında yüksək təhlükə mənbəyinə qanuni əsaslarla sahibliyi həyata keçirmiş şəxsin həmin mənbənin vurduğu ziyana görə məsuliyyətini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, “Hyundai İX-35” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 olsa da, xx.xx.2019-cu il tarixli ƏN-İV seriyalı 916096 №-li etibarnaməyə əsasən Cavabdeh2 “Hyundai İX-35” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2026-cı il tarixinədək Cavabdeh1 idarə etmək üçün etibar etmişdir. Bu hal isə vurulmuş ziyana münasibətdə Cavabdeh2 təqsirini istisna edir. Belə halda, iddia yalnız Cavabdeh1 münasibətdə təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərə görə 5720,87 manat (beş min yeddi yüz iyirmi manat səksən yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh1 iddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3926/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3926/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver