Məhkəmə qərarları › İş №2(010)-3927/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3927/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3927/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödəniş sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödəniş sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən tərəflərindən ödənilmiş 8067.57 manat məbləğində sığorta ödənişinin 3359.37 manat hissəsini, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti daxil olmaqla, cəmi 3390.37 manat məbləğində pulun Cavabdeh tutularaq “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh məxsus ** DG *** dövlət qeydiyyat nişanlı, “BMW 528E” markalı avtomobilin üzərinə müvəqqəti həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3927/2020 saylı qərardadına əsasən ərizə təmin edilmiş, Cavabdeh məxsus ** DG *** dövlət qeydiyyat nişanlı, “BMW 528E” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Daha sonra, iddiaçı “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək Cavabdeh ilə razılıq əldə etdiklərini bildirib məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Cəmiyyətə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə qəbul edilmiş iddianı təmin etmə tədbiri barədə qərardad da ləğv edilməlidir. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarının 15-ci bəndində qeyd edilir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Beləlikə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3927/2020 saylı qərardadı ləğv edilməlidir. Bu Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödəniş sığorta ödənişi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3927/2020 saylı qərardadı ləğv edilsin. Cavabdeh mülkiyyətində olan “BMW 528E” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın həbsin götürülməsinə dair hissədə icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar