Məhkəmə qərarları › İş №2(010)-3955/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3955/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3955/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 xeyrinə qazancının və digər gəlirlərinin 1/3 hissəsini, əgər bu məbləğ hər uşaq üçün 235 manat (uşağın saxlanması üçün müəyyən edilmiş yaşayış minimumu), cəmi 470 manat təşkil etməzsə, qalan məbləğin sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. Onun Cavabdeh ilə rəsmi olaraq nikahları pozulmuş və o, 22 iyun 2024-cü il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almışdır. O, məhkəmədə nikah pozulan zaman cavabdehin yalançı vədlərinə inanaraq bu nikahdan olan iki övladı - xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün alimentdən imtina etmişdir. Cavabdeh söz vermişdi ki, könüllü olaraq uşaqlarına aliment verəcək. Lakin bu gün o uşaqların saxlanılması üçün aliment verməkdən imtina edir. Hesab edir ki, cavabdeh öz valideyn borcundan yayınır və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, alimentin 1/3 hissədə tutulmasını xahiş edir.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. Onun əmək haqqısı 780 manatdır, 350 manat kirayə haqqı verir və bundan başqa bank öhdəliyi də vardır.

İş materialları

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1908/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh və X6 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 analarının yanında qalması qət edilmişdir.

6. AZ-İ seriyalı 489719 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra qadına Səfərova soyadı verilmişdir.

7. AZE seriyalı, 11607327 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

8. AZE seriyalı, 11607326 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

İşin faktiki halları

9. Tərəflərin rəsmi nikaha daxil olması, rəsmi nikahdan iki uşaqlarının olması, daha sonra tərəflər arasında məhkəmə qaydasında nikahın pozulması və uşaqların ananın yanında qalması işin faktiki hallarını təşkil edir. Hazırda iddiaçı tərəf iddia tələbində qeyd olunan miqdarda alimentin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul etdiyini və həmin miqdarda aliment ödəməyə maddi imkanının olmadığını qeyd edir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1.2. Alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

12. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur.

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı

Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Məhkəmənin mövqeyi

16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

17. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh aylıq əmək haqqısı 780 manat təşkil edir. Eyni zamanda hazırki iddia tələbində də iddiaçı cavabdehdən iki övladının saxlanılması üçün onun aylıq əmək haqqısının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasını xahiş edir. Belə olan halda, məhkəmə cavabdehin daimi gəlirinin və ya qazancının olmasını, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə bu xüsusda cavabdehin etirazını əsaslı hesab etmir və qeyd edir ki, cavabdeh həmin miqdarda aliment tutulmasına etiraz etsə də, lakin məhkəmə bildirir ki, cavabdehin maddi imkanın zəif olması barədə etirazı yetkinlik yaşına çatmayanların hüquq və mənafeləri baxımından əsası hesab edilə bilməz.

18. Aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024cü il tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

19. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

20. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı mediasiya orqanına müraciət edərkən 50 manat məbləğində rüsum ödəmişdir. Buna görə də mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iş üzrə ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar