Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4007/2024 16.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan 15 fevral 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək əlavə xərclər üçün 100 manat, cəmi 335 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 22 iyun 2023-cü il tarixdə faktiki nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahlarından 15 fevral 2023-cü il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Ailə quran zaman və bir müddət sonra münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və sözsöhbətlər yaranmışdır. Hal-hazırda aralarında böyük narazılıqlar vardır, xasiyyətləri uyğun gəlmir və bir yerdə yaşamırlar. Aralarında böyük narazılıqlar olduğuna görə bundan sonra ərarvad münasibətləri yaratmaqları və bir yerdə yaşamaqları qeyri-mümkündür. Hal-hazırda maddi vəziyyəti çox ağırdır. O, dəfələrlə cavabdehdən azyaşlı uşaqlarının saxlanması üçün maddi kömək tələb etsə də, o, bundan boyun qaçırır. Buna görədə cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək əlavə xərclər üçün 100 manat məbləğində pul məhkəmə qaydasında alınıb ona ödənilməlidir. Cavabdehlə X4 sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etmədilər. Buna görə də uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən alimentin tutulması vacibdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı bildirmişdir ki, rəsmi nikahları yoxdur. İddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, uşağa baxır. 2 il bir yerdə qalmışdırlar, amma 5 aydır ayrıdırlar. Barışmaq ehtimalı yoxdur. 235 manat ödəməyə razıdır. İş materialları. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 536 nömrəli arayışından görünür ki, Füzuli rayonundan məcburi köçkün Alıyeva X5 rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s. Yarımçıq bina 25 ünvanda müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən AA № 463872 seriya nömrəli xx.xx.2021-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı 2004-cü il tarixdə Füzuli rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır. 4 saylı Bakı Asan Xidmət X8 tərəfindən 25 fevral 2023-cü il tarixdə verilmiş, AZ-İV seriyalı, 859129 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, X2 (atası Cavabdeh, anası İddiaçı) 15 fevral 2023-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 25 fevral 2023-cü il tarixdə 884 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “Asan xidmət” X8 tərəfindən verilmiş 25 fevral 2023-cü il tarixli, AZ-İ seriyalı, 450650 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 15 fevral 2023-cü il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 96 nömrə ilə qeyd edilmişdir. Mediasiya Şurası Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “X4 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında MŞB/16/2024-00977 nömrəli mediasiya işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında tərəflər iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən İMS xərci 50 manat məbləğində mediasiyaya dair xərc və 10 manat poçt xərci ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: ...84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;... Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: ...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: ...9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4)... “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah münasibətləri mövcud olmamış və tərəflərin qeyri-rəsmi münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsi ilə Cavabdeh 15 fevral 2023-cü il tarixdə İddiaçı doğulmuş X3 atası kimi qeydə alınmışdır. Tərəflər arasında münasibətlər pozulduğundan iddiaçı və cavabdeh ayrı qalır. Uşaq isə iddiaçının yanında yaşayır, bu səbəbdən də uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğı göstərən və xərclər çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay 235 manat məbləğində aliment tələb etmiş, cavabdeh isə izahatında 235 manat məbləğində alimentin ödənilməsinə razı olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü il tarixdə uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh tutulması məqsədəuyğundur. İddia üzrə tələbin digər hissəsi - İddiaçı övladı xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək 100 manat məbləğində pulun Cavabdeh tutulmasıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR Ailə Məcəlləsinin 84 və 85-ci maddələrinə istinadən, tərəflər arasında rəsmi nikah münasibətləri mövcud olmadığından iddiaçı ümumi uşağın doğulduğu gündən 3 il ərzində aliment almaq hüququna malik deyildir. Həmin qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız nikah münasibətləri mövcud olan və yaxud mövcud olmuş şəxslərə (ər-arvad, keçmiş ər-arvad) bir-birini saxlamaq vəzifəsi və nikah dövründə və ya pozulduqdan sonra aliment almaq hüququ şamil edilir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında nikah münasibətləri mövcud olmadığından tələb bu hissədə təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 48,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Ödənilməmiş 48,2 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva