Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4023/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-42/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdeh İddiaçı yetkinlik yaşma çatmayan uşağın saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şirinova (Kərimova) Şəbinə Faiq qızına verilməsi ilə əlaqədar Qaradağ rayon icra şöbəsində başlanmış icra işi üzrə tələbkar X3 tərəfindən xx.xx.2017-ci il tarixdə yazılmış və Qaradağ rayon icra şöbəsinə ünvanlanmış imtina ərizəsi nəzərə alınaraq borclu X1 qarşı həmin ərizənin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2017ci il tarixdən xx.xx.2022-ci il tarixədək icra məmuru tərəfindən hesablanmış 17.500 manat aliment borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
2. İş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil elektron ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmədə iştirak еdə bilməyəcəyini nəzərə alib həmin məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar boşanandan sonra ilk olaraq 500 manat aliement tutulmuş, lakin apellyasiya məhkəməsində alimentin məbləği azaldılaraq 300 manat müəyyənləşmişdir. Belə olan halda qarşı tərəfin qətnamə əsasında 10 aydan çox aliment borcu yığılmış və onun işinə baxan icra məmuru qarşı tərəfi çağıraraq borcun ödənilməsini tələb etmişdir. Sonradan ona qarşı tərəfin özü və qohumları zəng edərək təhdid elədiyi üçün o, məcburiyyət qarşısında gedib ərizə yazmışdır. Ərizə yazmağı qarşılığında övladına ev verilməli idi, həmçinin qarşı tərəf kişi kimi söz verərək aliment verəcəyini bildirmişdir. Lakin həmin vaxtdan 10 il keçsə də, qarşı tərəf heçnə etməyib. Həmin məbləğ onun uşağının haqqıdır və silinməsi düzgün deyil. O, məcburi ərizə yazdıqdan sonra heç yerə müraciət etməmiş, ərizəni mübahisələndirməmiş, qarşı tərəfin vicdanla sözünə əməl edəcəyini gözləmişdir. Vəkilin təqdim etdiyi çıxarışlar isə aliment məbləğinin ödənilməsinə aid olan çıxarış deyil. Oğlu atasına zəng edərək pul lazım olduğunu bildirmiş, bu səbəbdən atası tərəfindən həmin pullar göndərilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
4. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, tərəflər rəsmi nikahda olublar və birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Bakı Apellaysiya Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi əsasında hazırki iddia tələbi üzrə iddiaçıdan azyaşlı uşağın saxlanılması üçün hər ay 300 manat məbləğində aliment cavabdehin xeyrinə tutulması qət edilmiş və daha sonra qətnamə Qaradağ rayon İcra şöbəsinə icra olunması üçün yönəlmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh S.Şirinovanın aliment borcundan imtina etdiyi və icra işinə xitam verilməsi barədə ərizəsi İcra şöbəsinə daxil olduğu üçün icra məmuru Orxan Göyüşlü tərəfindən “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması” barədə qərar qəbul etmişdir. Sonradan cavabdeh 2022-ci ilin may ayında Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək icra sənədinin yenidən verilməsini xahiş etmişdir. Onun ərizəsi təmin edilmiş, icra sənədi ilk Suraxanı Rayon İcra şöbəsinə göndərilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru xx.xx.2022-ci il tarixdən icraata başlamış və qərar qəbul edərək dərhal iddiaçını İcra şöbəsinə çağıraraq barəsində inzibati protokol tərtib etmişdir. İcra məmuru hesab edir ki, 5 il müddətində olan aliment iddiaçıdan dərhal tutulmalıdır. Aliment məbləği isə 17500 manat edir. Halbuki, cavabdeh aliment tutulmasından və qalıq borcun verilməsindən imtina edib. Bu səbəbdən 2017-ci ilin mart ayından 2022-ci ilin may ayına kimi borcun yığılması və tutulması qanuna müvafiq deyil və tutulmamalıdır. Bununla yanaşı, yeni icra sənədi əsasında iddiaçı tərəfindən ödənişlər edilməsinə dair çıxarışlar da var. Çıxarışlara əsasən 2021-ci ilin oktyabr ayında 369,99 manat və 396 manat, 2022-ci ilin yanvar ayında isə 280 manat məbləğində ödənişlər edilib. İddiaçı may ayından sonra 4 dəfə ödəniş edib.
İş materialları.
5. Qaradağ rayon icra şöbəsindən sorğu edilərək alınmış icra işi materiallarına əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2017 nömrəli iş üzrə qəbul etdiyi 19 yanvar 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, 16 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 may 2016-cı il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 300 (üç yüz) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şirinova (Kərimova) Səbinə Faiq qızına verilməsi qət edilmişdir.
6. xx.xx.2017-ci il tarixdə X4 tərəfindən Qaradağ rayon icra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, o, ünvan 2 19 yanvar 2017-ci il tarixli icra vərəqəsinə əsasən 16 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 may 2016-cı il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 300 manat olmaqla sabit pul məbləğində alimentin tutulmasından imtina etmiş və işə xitam verilməsini xahiş etmişdir.
7. Qaradağ rayon icra şöbəsinin icra məmuru Orxan Göyüşlü tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərardan görünür ki, tələbkar tərəfindən verilmiş ərizəyə əsasən ünvan 2 xx.xx.2017-ci il tarixli icra vərəqəsinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
8. Qaradağ rayon icra şöbəsinin icra məmuru Orxan Göyüşlü tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş məktuba əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 17.500 manat məbləğində aliment borcu mövcuddur.
9. Qaradağ rayon icra şöbəsinin icra məmuru Orxan Göyüşlü tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, icra sənədi üzrə borclu İddiaçı hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pu! məbləğində alimentin tutularaq tələbkar Şirinova (Kərimova) Səbinə Faiq qızına verilməsi qərara alınmışdır.
İşin faktiki halları.
10. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən 16 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 may 2016-cı il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 300 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şirinova (Kərimova) Səbinə Faiq qızına verilməsi, icra sənədi üzrə tələbkar Şirinova (Kərimova) Səbinə Faiq qızının ərizə yazaraq alimentin ödənilməsindən imtina etməsi və tələbkarın ərizəsinə əsasən icra sənədinin yenidən icra şöbəsinə göndərilməsi və icraata başlanılması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
15. Məhkəmə hesab edir ki, 19 yanvar 2017-ci il tarixli qətnaməyə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 300 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Şirinova (Kərimova) Səbinə Faiq qızına verilməsi qət edilsə də, icra sənədi üzrə tələbkar Şirinova (Kərimova) Səbinə Faiq qızı xx.xx.2017-ci il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək alimentin ödənilməsindən imtina etmiş və icra məmuru tərəfindən həmin tarixdə “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərar qəbul edilmişdir. Hazırki iş üzrə Cavabdeh məcburiyyət qarşısında qalaraq və qarşı tərəfin uşağın adına ev alacağı şərtilə ərizə yazdığını bildirsə də, həmin faktı sübut edəcək heç bir mötəbər dəlil məhkəməyə təqdim etməmişdir. Həmçinin, ötən müddət ərzində cavabdeh tərəfindən aldadılma faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmamış və qeyd olunan qərardan şikayət verilməyərək mübahisələndirilməmişdir. Cavabdeh yalnız sonradan icra sənədinin icra olunması üçün icra şöbəsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə yenidən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində cavabdehin alimentin ödənilməməsinə dair heç bir etirazı olmamışdır.
Məhkəmə xərcləri.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 92,50 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 142,50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
18. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2017 nömrəli iş üzrə qəbul etdiyi 19 yanvar 2017-ci il tarixli qətnaməsi əsasında 16 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 may 2016-cı il tarixdən başlayaraq İddiaçı (Şirinova) Cavabdeh xeyrinə hər ay tutulmalı olan 300 (üç yüz) manat sabit pul məbləğində alimentlə bağlı İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış 17500 (on yeddi min beş yüz) manat məbləğində aliment borcu silinməlidir.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2017 nömrəli iş üzrə qəbul etdiyi 19 yanvar 2017-ci il tarixli qətnaməsi əsasında 16 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 may 2016-cı il tarixdən başlayaraq İddiaçı (Şirinova) Cavabdeh xeyrinə hər ay tutulmalı olan 300 (üç yüz) manat sabit pul məbləğində alimentlə bağlı İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış 17500 (on yeddi min beş yüz) manat məbləğində aliment borcu silinsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 92,50 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 142,50 (bir yüz qırx iki manat əlli qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.