Məhkəmə qərarları › İş №2(010)-4109/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4109/2020

07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4109/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, alimentdən azad olunma və ya aliment tutulması” tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı “alimentin tutulma formasının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilərək, onun alimentdən azad olunması və ya himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü oğlu X3 yetkinlik yaşına şatanadək saxlanılması üçün sabit pul məbləğində 170 manat məbləğində alimentin Cavabdeh tutularaq, onun (iddiaçının) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma forması dəyişdirilərək onun himayəsində olan xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin xx.xx.2020-ci il tarixdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsiniməhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək məhkəmə iclasında bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 adlı iki övladları anadan olmuşlar. Xasiyyətlərinin uzlaşmaması və digər səbəblərdən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikah qeydi pozulmuşdur. Məhkəmənin mövcud qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanında, xx.xx.2016-cı il təvəllüdlü X4 isə anası Cavabdeh yanında saxlanılması qərara alınmışdır. Həmçinin qətnaməyə əsasən uşaqlardan biri onda, digəri isə anasının yanında saxlanılması qərara alınsa da, xx.xx.2016-cı il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan (iddiaçıdan) 160 (bir yüz altmış) manat məbləğində alimentin tutularaq, anası Cavabdeh ödənilməsi qərara alınmışdır. Beləliklə də aliment hər ay müntəzəm qaydada əmək haqqından tutularaq, Cavabdeh ödənilir. Həm onun, həm də Cavabdeh Ağali qızının işi və aylıq əmək haqqı vardır. Hər birinin himayəsində bir uşaq qalmasına baxmayaraq, onun himayəsində qalan uşağa görə də cavabdehə aliment ödəyir. Belə ki, qətnamənin icra üsuluna dönüş edilərək ya qətnamənin icra üsulu və qaydası dəyişdirilməli, ya da onun himayəsində qalan oğlu xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aliment tutularaq, onun (iddiaçının) xeyrinə ödənilməlidir. Odur ki, belə olan halda onun himayəsində qalan oğlu xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır, ona görə də cavabdehə aliment ödəmək imkanı yoxdur. Suraxanı rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 onun himayəsində saxlanılmış və cavabdehdən xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Lakin hal-hazırda ona məlum olmuşdur ki, cavabdehin əmək haqqısı 815,76 manat təşkil edir, o, AR DİN-nin X15 Alayında xidmət edir. Hesab edir ki, alimentin tutulma forması dəyişidirməli və aliment onun əmək haqqından tutulmalıdır. Qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X9 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyərək rədd olunmasını və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-126/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində qeydə alınmış 1471 nömrəli nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 atası-cavabdeh İddiaçı, xx.xx.2016-cı il təvəllüdlü X7 anası-iddiaçı Cavabdeh yanında saxlanılması, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadən saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı PPİ tərəfindən verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 V ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Heç bir yerdə işləmir və hər iki övladı xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 onunla birlikdə həmin evdə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının DİN X13 Alayının xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı əmək haqqısı 815.76 manat məbləğindədir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunvericiliyin birmənalı və imperativ qaydada müəyyən etmişdir ki, yalnız tərəflərdən birinin 1) ailə və ya 2) maddi vəziyyətində dəyişikliyin baş verməsi alimentin miqdarının dəyişilməsi (artırılması və ya azaldılması) üçün əsas ola bilər. Hər hansı digər hallar alimentin dəyişdirilməsi üçün əsas ola bilməz. Digər əsaslarla alimentin miqdarının dəyişdirilməsi alimentlə bağlı hüquq münasibətləri ilə ziddiyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halların və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliklə isə aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından iki övladları doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-126/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində qeydə alınmış 1471 nömrəli nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 atası-cavabdeh İddiaçı, xx.xx.2016-cı il təvəllüdlü X7 anası-iddiaçı Cavabdeh yanında saxlanılması, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadən saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İlkin iddiaya münasibətdə məhkəmə iclasında cavabdehin rəsmi qazancı barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, alimentdən azad olunma və ya aliment” tələbinə dair iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmalı olduğu halda, uşaqlardan biri atasının himayəsində olduğundan iddiaçı ¼ hissədə alimentin tutulmasını xahiş edir. Hazırda cavabdehin əmək haqqı 815.76 manat təşkil etdiyindən bir uşağa düşən məbləğ 135.96 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də təmin oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, alimentdən azad olunma və ya aliment tutulması” tələbinə dair ilkin iddia ərizəsi təmin olunmasın. Cavabdeh İddiaçı qarşı “alimentin tutulma formasının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar