Məhkəmə qərarları › İş №2(010)-4164/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4164/2025

06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4164/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Suraxanı rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş aliment məbləğinin azaldılması, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ondan Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulması. İddia tələbinin dəlliləri Cavabdeh şəxs Cavabdeh arasında 13 oktyabr 2012-ci ildə rəsmi nikah bağlanılıb. Nikahdan 12 dekabr 2013-cü il təvəllüdlü X8 anadan olub. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə aramızda bağlanmış nikahın pozulması, Fərid Məmmədovun saxlanması üçün Cavabdeh xeyrinə iddiaçıdan hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilib. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə məndən xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün iddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilib. Suraxanı rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli qərardadı ilə Suraxanı rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya edilməsi, xx.xx.2025-ci ildən hesablanmaqla, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaıçdan Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən olunub. Suraxanı rayon Məhkəməsi alimenti ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində müəyyən edib ki, bu məbləğ 2025-ci il üzrə 356 manat (400*0.89) təşkil edir. Həmin məbləğ 2025-ci il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumdan 1,45 dəfə çoxdur. İddiaçının başqa nikahdan da övladları var. Belə ki, 2018-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə nikaha daxil olmuş, nikahdan 2 övladı - xx.xx.2019-cu il təvəllüdlü Məmmədzadə Mosume və xx.xx.2022-ci il təvəllüdlü Məmmədzadə Məryəm anadan olub. Onların saxlanması da onun vəzifəsidir. Hazırki şəraitdə 356 manatın aliment kimi tutulması həmin uşaqların hüquqlarını pozmuş olacaq. 2021-ci ildə sağ əlin İİ barmağının əsas falanqa daraq sümüyünün açıq yerdəyişən sınıqları, elin cırılmış, əzilmiş yaraları diaqnozu ilə Sumqayıt şəhər X14 Xəstəxanasına daxil olmuşam və əlimdə cərrahiyyə əməliyyatı aparılıb. Aradan 4 il keçməsinə baxmayaraq, sağ əlim yaxşı işləmir, bu da onun işləməyinə ciddi mane olur. Bundan əlavə, qızı Məryəm Məmmədzadənin nitq qüsurları var və mütəmadi olaraq loqoped tərəfindən müalicə alır. Bunun üçün hər ay 250 manat ödəniş edir. 2025-ci ilin yanvar ayında 3000 manat pul vəsaiti kredit götürmüş, hazırda aylıq ona 270 manat ödəniş edir. Göründüyü kimi, aliment təyin edildikdən sonra onun ailə və maddi vəziyyətində dəyişiklik baş verib, bu da indeksasiya olunmuş alimenti ödəməyə çətinlik yaradır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, ailəlidir, 4 və 6 yaşında iki övladı var. Maddi baxımdan çatdıra bilmir. Fəhlə işləyir. Uşağını görmək istəmir, görüşmür. Onlar Bakıda, o isə Sumqayıtda yaşayır. Travma almamışdan öncə 2000 manatdan çox maaş alırdı Kiçik övladında nitq problemi var. Böyük uşağı da məktəbəqədər hazırlığa gedir. Onun da xrclərini qarşılayır. Məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 4995/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-6824/2015 saylı qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün iddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılmış, cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaq yetkinlik yaşına çatanadək iddiaçı Cavabdeh xeyrinə hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-352/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4995/2018 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair icra sənədi üzrə tələbkar Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(010)- 4995/2018 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.89 misli həddində indeksasiya edilməsi və xx.xx.2025ci il tarixdən hesablanmaqla, xx.xx.2013-cü təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli «ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışından görünür ki, İddiaçı təsvir etdiyi kimi «alimentin azaldılması» tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixə, saat 15.30-a təyin edilmiş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. AZ İİ 273870 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov X6 Esmira Ramiz qızı ilə xx.xx.2018-ci ildə nikaha daxil olmuşdur. AZ İV 691177 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 birgə nikahından xx.xx.2021-ci ildə X4 doğulmuşdur. AZ İV 300437 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 birgə nikahından xx.xx.2019-cu ildə X5 doğulmuşdur. Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı sağ əlin İİ barmağının əsas falanqa darağı sümüyünün açıq yerdəyişən sınıqları, əlin cırılmış, əzilmiş yaraları diaqnozu qoyulmuşdur. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Nəzarət ölçü cihazları və avtomatika üzrə aparatçı vəzifəsində işləyir və o, 1867.28 manat məbləğində aylıq əmək haqqı alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmənin mövqeyi Məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iş üzrə tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-352/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4995/2018 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası edilmiş və hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı müəyyən edilmiş aliment məbləğinin azaldılmasını və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmasını istəyir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ikinci ailə həyatından iki uşağı var, həmin uşaqlarının xərcləri çox olduğundan kəsilmiş aliment məbləğini maddi baxımdan ödəməkdə çətinlik çəkir. Lakin elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən məhkəmə müəyyən edir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Nəzarət ölçü cihazları və avtomatika üzrə aparatçı vəzifəsində işləyir və o, 1867.28 manat məbləğində aylıq əmək haqqı alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında vurğulanır ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını, lakin hər bir halda ən əsası uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində aliment tutulması işin hallarına, uşağın üstün maraqlarına uyğundur və bu məbləğ bu günki gündə aöılabatan rəqəmdir. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə tərəflərin övladlarının saxlanılmaları üçün cavabdehdən 200 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi il - 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.615 misli miqdarında aliment tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalı və iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar