Məhkəmə qərarları › İş №2(010)-4166/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4166/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4166/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Süleyman oğlu ilə birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin onun xeyrimə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-6053/2015 saylı xx xxxxxx 2015ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh Süleyman oğlu ilə xx.xx.2005-ci ildə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 dünyaya gəlmişlər. Cavabdehlə nikahları Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6053/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və hər iki övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Süleyman oğlundan xx xxxxxx 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaqlar onun himayəsindədir. Cavabdeh üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirmir. Uşaqların saxlanılmasında iştirak etmir. O isə heç bir yerdə işləmir, valideynlərinin yanında qalır və onların himayəsindədir. Belə bir şəraitdə cavabdehin ona ödəməli olduğu aylıq aliment iki uşağın saxlanılması üçün kifayət etmir. Cavabdeh hazırda həbsdədir və 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. Buna baxmayaraq, aliment artırılacağı təqdirdə aliment borcu yığılacaq və həbsdən çıxdıqdan sonra ödəmək məcburiyyətində qalacaq. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6053-2015 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh Süleyman oğluna qarşı «nikahın ləğvinə dair» iddiası təmin edilərək, Cavabdeh Süleyman oğlu ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri Səadət sarayında 789 sayla qeydə alınmış xx.xx.2005-ci il tarixli nikahın pozulması, nikahdan sonra xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 İddiaçı yanında qalması, Cavabdeh Süleyman oğlundan xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 108 (bir yüz səkkiz) manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları və hazırda boşandıqları, rəsmi nikahdan 2 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına dair sübutlar təqdim olunmamışdır. Əksinə olaraq iddiaçı izahatında cavabdehin hazırda həbsdə olduğunu və 14 il müddətinə azadlıqdan məhrum edildiyini bildirmişdir. Bundan əlavə, qətnamənin icrası ilə bağlı iddiaçı izahatında göstərmişdir ki, cavabdeh aliment borcundan bugünədək heç bir ödəniş etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6053-2015 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2015-ci il tarixli qətnaməsi üzrə aliment tələbi icra olunmadan alimentin müəyyən olunmuş miqdarının artırilması işin faktiki halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar