Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4178/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Əliyeva (Mehdiyeva) Ülviyyə Nazim qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X2, Cavabdeh iştirakları ilə, İddiaçı Əliyeva (Mehdiyeva) Ülviyyə Nazim qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əliyeva (Mehdiyeva) Ülviyyə Nazim qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Əliyeva (Mehdiyeva) Ülviyyə Nazim qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6005/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə alimentin məbləğinin dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əliyeva (Mehdiyeva) Ülviyyə Nazim qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki,Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-6005/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, tərəflərin birgə nikahdan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2017-ci il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək iddiaçının xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması, ikinci hamiləliyin dövründə və ikinci uşaq doğulduğu gündən üç il ərzində hər ay 100 (yüz) manat əlavə aliment tutulması qət edilmişdir. İddiaçı uşaqları ilə birlikdə yenə də əvvəlki kimi öz valideyinlərinə məxsus ünvan 1 mənzil 171 ünvanında yaşayırlar. xx.xx.2017-ci il təvəllüdlü ikinci övladı X8 3 (üç) yaşı bu il tamam olmasına baxmayaraq onun saxlanması üçün alimentin tutulması müəyyən olunmamışdır. Bununla bağlı tərəflər öz aralarında alimentin ödənilməsi barədə razılıq əldə və bu barədə saziş bağlanmamış, notarial qaydada təsdiq edilməmişdir. İddiaçının nümayəndəsi onu da qeyd etmişdir ki, valideynlər uşağını saxlamağa borclu olduğundan ikinci övladı iddiaçının himayəsində olduğu üçün, onun da saxlanmasına görə cavabdehdən uşaq yetkinlik yaşına çatanadək məhkəmə qaydasında aliment tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, Suraxanı rayon məhkəməsinin 2(010)-6005/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2017-ci il tarixdən başlayaraq həmin uşaq yetkinlik yaşına çatanadək iddiaçının xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması, ikinci hamiləliyin dövründə və ikinci uşaq doğulduğu gündən üç il ərzində hər ay 100 (yüz) manat əlavə aliment tutulması qət edilmişdir. Hal-hazırda iddiaçının tələb etdiyi hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin ödənilməsinə etiraz etmir və bununla bağlı ərizə təqdim edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6005/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Əliyeva (Mehdiyeva) Ülviyyə Nazim qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq həmin uşaq yetkinlik yaşına çatanadək iddiaçının xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması, Cavabdeh iddiaçı Əliyeva (Mehdiyeva) Ülviyyə Nazim qızının xeyrinə xx.xx.2017-ci il tarixdən başlayaraq iddiaçının ikinci hamiləliyin dövründə və ikinci uşağın doğulduğu gündən üç il ərzində hər ay 100 (yüz) manat əlavə aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva, ərə Əliyev soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2013-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2017-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X3 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə Əliyeva (Mehdiyeva) Ülviyyə Nazim qızının birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X11 doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-6005/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq həmin uşaq yetkinlik yaşına çatanadək iddiaçının xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması, Cavabdeh iddiaçı Əliyeva (Mehdiyeva) Ülviyyə Nazim qızının xeyrinə xx.xx.2017-ci il tarixdən başlayaraq iddiaçının ikinci hamiləliyin dövründə və ikinci uşağın doğulduğu gündən üç il ərzində hər ay 100 (yüz) manat əlavə aliment tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə tutulmuş aliment uşaqların ehtiyacını təmin edə bilmir və maddi cəhətdən uşaqların saxlanmasına kifayət etmir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən xx xxxxxx 2020-ci il tarixdən uşaqlar üçün məbləğ 170 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 170 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Suraxanı Rayon Məhkəməsinin 2(010)-6005/2017 saylı xx xxxx 2017-ci il il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment Əliyeva (Mehdiyeva) Ülviyyə Nazim qızının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunun 500 manatdan artıq olmasını nəzərə alaraq, ödənilməli 30 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6005/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 170 manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Əliyeva (Mehdiyeva) Ülviyyə Nazim qızının xeyrinə tutulsun. Məhkəmə xərcləri – 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4178/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4178/2020
30.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver