Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-423/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı «xxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxxxx” MMC-yə və X4rşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxxx» ASC cavabdehlər Cavabdeh1 və «xxxxxxxxxxxxxx» MMC-yə qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər «xxxxxxxxxxxxxx» MMC-dən və Cavabdeh1 iddiaçı “xxxxxxxxxxxx» ASC-nin hesabına 628,18 manat məbləğində sığorta ödənişinin, 15,30 manat məktubların cavabdehlərə çatdırılması ilə əlaqədar poçt daşınma xidmətinə ödənilmiş məbləğin və 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 673,88 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı «xxxxxxxxxxxx» ASC-nin idarə heyyətinin sədri Ramin Məmmədov iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X13 Khalafın cavabdehlər siyahısına əlavə olunması və 628.18 manat məbləğində sığorta ödənişinin, 15,30 manat, 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 673,88 manat məbləğində pul vəsaitinin cavabdehlər X13 Khalafdan, Cavabdeh1 və “xxxxxxxxxxxxxx” MMC-dən müştərək qaydada tutularaq iddiaçı «xxxxxxxxxxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində Cavabdeh1 mülkiyyətində olan istifadə hüququ etibarnaməyə əsasən “xxxxxxxxxxxxxx” MMC-yə verilən, “X14” markalı **- ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli 17 saylı yol vərəqəsinə əsasən X13 Khalaf tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də “avtokasko” risklərindən sığortalanmış “Chevrolet Cruze” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri BPİ DYPİ tərəfindən təqdim edilmiş, xx.xx.2019-cu il tarixli, №046-38639 saylı müvafiq arayışa və TP312431 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, X13 Khalaf yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40,00 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. “X14” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixində Cavabdeh1 mülkiyyətində olmuşdur, xx.xx.2018-ci il tarixli, AR İ № 623066 saylı etibarnamədən göründüyü kimi, “X14” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququ (həmin səlahiyyəti digər şəxslərə vermək hüququ ilə) Cavabdeh1 tərəfindən “xxxxxxxxxxxxxx” MMC-yə verilmişdir. “X14” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixi saat 14:00 dan xx.xx.2019-cu il tarixi saat 14:00 dək idarə etmək hüququ X13 Khalafa həvalə etmişdir. “X14” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən xx.xx.2019-cu il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “X15 mink” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı və “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəymişdir. “xxxxxxxxxxxx” ASC-də “avtokasko” risklərindən sığortalanmış “Chevrolet Cruze” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2019-cu il tarixdə baş vermiş YNH nəticəsində dəymiş zərərin qiymətləndirilməsi məqsədi ilə Bakı şəhəri, Babək pr. 44 A ünvanında yerləşən təmir müəssisəsinə yerləşdirilmiş və dəymiş zərərin qiymətləndirilməsi prosesində iştirak təklifi xx.xx.2019-cu il tarixli məktubla Cavabdeh1 və “xxxxxxxxxxxxxx” MMC-yə təklif edilmiş və həmin məktublar hər iki ünvana təqdim edilmişdir. Eyni zamanda, nümayəndə tərəfindən zəng edilərək cavabdehə şəxsən qiymətləndirmə prosesində iştirak təklifi edilmişdir. Lakin, Cavabdeh1 və “xxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi xx.xx.2019-cu il tarixdə baş vermiş YNH nəticəsində “Chevrolet Cruze” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi prosesində iştirak etməmişdir. Qeyd edilən avtomobilə texniki baxış keçirilmiş və xx.xx.2019-cu il tarixli YNH nəticəsində avtomobilə dəymiş zərər məbləği 2944 manat məbləğində qiymətləndirilmişdir. “X14” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası “xxxxxxxxxxxxx” ASC tərəfindən sığortalanmışdır. Azərbaycan Respublikasının “İcbari sığorta haqqında” Qanununa əsasən bir hadisə üzrə əmlaka dəymiş zərərlə bağlı icbari qaydada sığorta etmiş sığortaçının mülki məsuliyyət həddi 5000 (beş min) manat məbləğindədir. “RS Avtoservis” tərəfindən təqdim edilmiş, xx.xx.2019-cu il tarixli zərərin hesablanması aktına əsasən, “Ravon Nexia R3” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində 7699 manat məbləğində müəyyən edilmişdir. “Avtoservis” (f/ş X5) tərəfindən təqdim edilmiş, xx.xx.2019-cu il tarixli, “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin zərər aktına əsasən, hadisə nəticəsində həmin avtomobilə 2944 manat məbləğində zərər dəymişdir. “Akay Avto” tərəfindən təqdim edilmiş, xx.xx.2019-cu il tarixli, zərər aktına əsasən, “X15 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində 2005 manat məbləğində zərər dəymişdir. “xxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, “X15 minik” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 792.62 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğ sığortaçının məsuliyyət həddinin 15.85% hissəsini təşkil etmişdir. “xxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobiliə dəymiş zərərlə bağlı 1163.82 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğ sığortaçının məsuliyyət həddinin 23.28% hissəsini təşkil etmişdir. “Ravon Nexia R3” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində dəymiş zərər “xxxxxxxxxxxxx” ASC tərəfindən təsdiq edilmiş məbləğ sığortaçının məsuliyyət həddinin 60.87% hissəsini təşkil etmişdir. “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2019, xx.xx.2020-ci il müddətinə 1200.00 (on iki min) manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği 350,00 ( üç yüz əlli ) manat məbləğində tərəflər arasında razılaşdırılmışdır. İddiaçı cavabdehlərə “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin yerləşdirildiyi təmir müəssisəsinin ünvanı barədə məlumat verərək zərərin qiymətləndirilməsi prosesində iştirak etmək təklif etmişdir. xx.xx.2019-cü il tarixli zərər aktına əsasən hadisə nəticəsində “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2944 (iki min doqquz yüz qırx dörd) manat məbləğində zərər dəymişdir. xx.xx.2019-cü il tarixli, 078/19 saylı sığorta aktından və ödəniş tapşırığından göründüyü kimi, 628.18 manat məbləğində sığorta ödənişi, “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİL- 11356/19 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı və faydalanan şəxs “xxxxxxxxx” MMC tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən iddiaçı tərəfindən X2 bank hesabına köçürülmüşdür. İddiaçı sığorta ödənişi məbləğinin ödənilməsindən öncə cavabdehlərə bir daha məktubla müraciət edərək ödənilən məbləğin sonunculardan tələb etmək hüququ barədə məlumat verrmişdir. “xxxxxxxxxxxx” ASC və “xxxxxxxxxxxx” MMC arasında bağlanan “ALEX Exprsess və kuryer xidmətləri göstərilməsi” haqqında xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Alex Exprsess” tərəfindən təqdim edilmiş “2019-cu ilin sentyabr ayı ərzində göstərilmiş poçt daşımaları və kuryer xidmətlərinə dair” xx.xx.2019-cu il tarixli hesab fakturaya əsasən, hər iki cavabdehin ünvanına çatdırılmış məktubların çatdırılmasına dair ödənilmiş ümumi məbləğ 15,30 təşkil etmişdir. №AZ0000475 saylı ödəniş tapşırığına əsasən xx.xx.2019-cu il tarixli hesab fakturada göstərilən 132,85 manat ödəniş “xxxxxxxxxxxx” MMC-nin “xxxxxxxx” ASC Bank fılialındakı №AZ02NABZ******************** saylı müxbir hesabına köçürülmüşdür. №000055 saylı qaiməyə əsasən, Cavabdeh1 ona təqdim edilən xx.xx.2019-cu il tarixli məktubu almaqdan imtina etdiyi, həmçinin qaiməyə əsasən “xxxxxxxxxxxxxx” MMC-nin bağlı olduğu qeyd edilmişdir. İddiaçı «xxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, ona uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, “X14” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması və bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı olaraq “xxxxxxxxxxxxxx” MMC-yə səlahiyyət vermişdir. “xxxxxxxxxxxxxx” MMC tərəfindən “X14” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin idarə olunması üçün X13 Khalafa yol vərəqəsi verilmişdir. Onun tərəfindən qanuna müvafiq olaraq bütün tədbirlər görülmüşdür, lakin həmin yolnəqliyyat hadisəsi X12 Khalaf tərəfindən törədilmişdir. Buna görə də iddianın ona münasibətdə təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan MİL-11356/19 saylı avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, “xxxxxxxxxxxx” ASC “xxxxxxxxx” MMC-yə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cruze markalı nəqliyyat vasitəsini 12000 manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 078/**-CM-***/19 saylı Sığorta Aktından görünür ki, 628,18 manat «xxxxxxxxxxxx» ASC tərəfindən X2 hesabına keçirilmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, «xxxxxxxxxxxx» ASC tərəfindən X2 hesabına 628,18 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X7 “xxxxxxxxx” MMC-nin adından Chevrolet Cruze markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə dair sığorta ödənişinin alınması və bunun üçün bütün sənədlərin imzalanması üçün səlahiyyətli olmuşdur. İş materiallarında olan TP № ******* saylı xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 Khalaf Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli zərərin hesablanması aktından görünür ki, “xxxxxxxxx” MMC-yə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cruze markalı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin təmiri üçün cəmi 1844 manat, həmin təmiri edən şəxslərin əmək haqqısı olaraq cəmi 1100 manat, yekun olaraq 2944 manat məbləğində zərər müəyyən edilmişdir. İş materiallarında olan AC № 047173 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-PV-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Cruze markalı nəqliyyat vasitəsi “xxxxxxxxx” MMC-yə məxsusdur. İş materiallarına əlavə olunmuş yol vərəqəsinin surətindən müəyyən olunur ki, “xxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixli 17 saylı yol vərəqəsinin surətindən müəyyən olunur ki, “X14” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin idarə olunması üçün X13 Khalafa yol vərəqəsi verilmişdir. İş materiallarına əlavə olunmuş texniki pasportdan müəyyən olunur ki, “X14” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 “X14” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması və bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı olaraq “xxxxxxxxxxxxxx” MMC-yə səlahiyyət vermişdir. İş materiallarında olan №1901/0588 saylı, xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, “xxxxxxxxx” MMC-yə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobil X6 №1901/0588 saylı, xx.xx.2019-cu il tarixli daxili lizinq müqaviləsinə əsasən nəqliyyat vasitəsini idarə etmək üçün etibar edilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X13 Khalaf tərəfindən Cavabdeh1 məxsus olan **-ZX-*** dövlət qeydiyyat nişanlı “X14” markalı avtomobili idarə edərkən toqquşma nəticəsində “xxxxxxxxxxxx” ASC-də “avtokasko” risklərindən sığortalanmış “Chevrolet Cruze” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. “xxxxxxxxxxxx” ASC-də “avtokasko” risklərindən sığortalanmış **- PV-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi üçün 628,18 manat məbləğində sığorta ödənişi «xxxxxxxxxxxx» ASC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən «xxxxxxxxxxxxxx» MMC-yə qanuna müvafiq qaydada etibarnamə verildiyindən, lakin MMC tərəfindən X13 Khalafa etibarnamə verilmədiyindən, avtomobil yalnız yol vərəqəsi əsasında idarə olunduğundan məhkəmə hesab edir ki, vurulmuş zərəri ödəmək vəzifəsi «xxxxxxxxxxxxxx» MMC-nin və X13 Khalafın üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında «xxxxxxxxxxxx» ASC-yə keçdiyindən 628,18 manat məbləğində vurulmuş zərər və 30,40 manat məbləğində dövlət rüsumu və 15,30 manat məktubların cavabdehlərə çatdırılması ilə əlaqədar poçt daşınma xidmətinə ödənilmiş məbləğ zərərvuran şəxs «xxxxxxxxxxxxxx» MMC-dən və X13 Khalafdan iddiaçı «xxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. «xxxxxxxxxxxxxx» MMC-dən və X13 Khalafdan birgə qaydada “xxxxxxxxx” MMC-yə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinə dəymiş 628,18 manat məbləğində vurulmuş zərər və 30,40 manat məbləğində dövlət rüsumu və 15,30 manat poçt daşınma xidmətinə ödənilmiş məbləğ tutularaq «xxxxxxxxxxxx» ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-423/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-423/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver