Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4329/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh qarşı yığılmış aliment məbləğinin silinməsi, qətnamə və qərardad əsasında ödəniləcək alimentin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı yığılmış aliment məbləğinin silinməsi, qətnamə və qərardad əsasında ödəniləcək alimentin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7826/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, yığılmış alimentin silinməsi və ödəniləcək alimentin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iddia ərizəsi mülki prosessual qanunvericilkdə müəyyən edilmiş formada tərtib edilməklə məhkəməyə təqdim edilməmişdir. Belə ki, ərizənin mahiyyətindən və tələbin “xahiş etdi” hissəsindən göründüyü kimi, iddiaçı tələbdə qeyd etdiyi məhkəmə qətnaməsinin ləğv edilməsini və həmin qətnamənin icrası çərçivəsində yığılmış (ödənilməmiş) alimentin ləğv edilməsini və eyni zamanda ödəniləcək alimentin ləğv edilməsini xahiş etmişdir. AR MPM-nin 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 358.0-cı maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər: 358.0.1. rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarına; Məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyin tələbindən göründüyü kimi, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan yurisdiksiya üzrə müvafiq apellyasiya məhkəmələrinin mülki kollegiyalarına şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin hazırki tələbdən göründüyü kimi, iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7826/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsinin elə həmin məhkəmə tərəfindən ləğv edilməsini xahiş etmiş və bununla da, prosessual tələb pozulmuşdur. Eyni zamada məhkəmə onu qeyd edir ki, iddiaçının tələbdə qeyd etdiyi həmin qətnamə artıq qanuni qüvvəsini almış və icra mərhələsindədir. İddiaçı həmin qətnamə əsasında hesablanmış aliment məbləğinin silinməsini iddia icraatı qaydasında tələb etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı tələbdə göstərdiyi məhkəmə qətnaməsinin icrasından narazı qaldığı təqdirdə, müvafiq icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəmə qərarlarının icrası qaydasında məhkəməyə şikayət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı yığılmış aliment məbləğinin silinməsi, qətnamə və qərardad əsasında ödəniləcək alimentin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4329/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4329/2025
04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver