Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4447/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Anar Adil oğlu Qasımovun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı yaşayış evinə dair dəyişdirmə müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yaşayış evinə dair dəyişdirmə müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair məhkəməyə müraciət edərək mərhum əri X5 ilə Cavabdehlə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən evinə dair dəyişdirmə müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, 1988-89-cu illərdə baş vermiş məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasının Ararat rayonu, Şirazi kəndində yerləşən evlərini məcburi şəkildə ünvan 1 ünvanında yerlşən fərdi yaşayış evi ilə dəyişmişlər. Həmin fərdi yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olmuşdur. Ərizəçinin əri – mərhum X6 evin öz adına qeydiyyata alınması ilə bağlı sənədləşdirilmə işləri ilə məşğul olmalı idi. Lakin evin mülkiyyətçisi olmuş Cavabdeh qəflətən ölkəni tərk etdiyindən bu məsələ həll olunmamış qalmışdır. Daha sonra isə ərizəçinin əri vəfat etdiyindən məsələ ilə məşğul olan olmamışdır. Ərizəçi 1989-cu ildən mübahisəli evdə yaşamaqla həmin evdə pasport qeydiyatındadır və ev faktiki olaraq onun sahiblik, istifadəsi və sərəncamındadır. Ərizəçi evin bütün kommunal xərclərini ödəyir. Ərizəçinin əri vəfat edəndən sonra miras əmlak olan həmin ev ərizəçi tərəfindən qəbul edilmişdir. Qeyd olunan evə dəyişdirmə müqaviləsi rəsmləşdirilmədiyinə görə hazırda X3 adına olan sənədləri iddiaçının adına sənədləşdirmək mümkün deyildir. İddiaçı bundan əvvəl İddiaçı həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının tanınması barədə ərizə ilə müraciət etmiş, lakin onun ərizəsi Suraxanı Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Həmin qətnaməni gücündə saxlayan Bakı Apellyasiya Məhkəməsi özünün 2(103)-11319/2019 saylı qətnaməsində qeyd etmişdir ki, istinad olunan hallarvə məhkəməyə təqdim olunmuş sübutlar yalnız ərizəçinin mərhum əri X6 ilə Cavabdeh arasında daşınmaz əmlaka dair müqavilənin bağlanmış hesab edilməsi üçün əsas ola bilər. Odur ki, hazırda belə bir tələblə məhkəməyə müraciət olunmuşdur. Bunlara əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh sonuncu yaşayış yeri üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verildikdən sonra məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən müvafiq qaydada təsdiq olunmuş Texniki İnventarlaşdırılma rəisinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh texniki pasport əsasında ona məxsus olan Bakı şəhəri, Serebrovski qəsəbəsi, Qumlu küçəsində yerləşən 15 saylı evin (hazırda Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi, 15) X2 qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. İş materiallarına əlavə olunmuş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Serebrovski qəsəbəsi, Qumlu küçəsində yerləşən 15 saylı ev (hazırda Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi, 15) xx xxxxx 1989-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, 1937-ci ildə Ermənistan SSR-nin Ararat rayonunda anadan olmuş X6 ilə 1950-ci ildı Ermənistan SSR-nin Ararat rayonunda anadan olmuş X1 9.12.1978-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. İş materiallarına əlavə olunmuş ölüm haqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1993-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı 1989-cu ildən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi, 15 ünvanında yerləşən evdə yaşayır. Beləliklə də, məhkəmə iclasında müəyyən olunan hallar ondan ibarətfir ki, iddiaçı və ailəsi əvvəlki mülkiyyətçi Cavabdehlə yaşayış sahələrini dəyişərək, öz ailə üzvləri ilə Bakı şəhərinə köçmüşdür. Cavabdeh yaşayış sahələrinin dəyişdirilməsini X2 adına rəsmiləşdirılməsi üçün Bakı şəhəri İnventarlaşdırılma Bürosuna müraciət etsə də, ev X2 adına deyil, Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1989-cu ildə yarandığına görə mübahisənin həlli də əvvəlki Mülki Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinin İ hissəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 43-cü maddəsinin İİ hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən dəyişmə müqaviləsinə əsasən, tərəflər arasında bir əmlak digəri ilə dəyişdirilir. Dəyişmə müqaviləsinə, alğı-satqı müqaviləsinə dair müvafiq qaydalar tətbiq edilir. Dəyişmə müqaviləsinin hər bir iştirakçısı, dəyişdirdiyi əmlakın satıcısı, aldığı əmlakın isə alıcısı hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, Mülki hüquqi əqdlər, o cümlədən alğı- satqı müqavilələri əmlaka (həmçinin daşınmaz əşyalara) mülkiyyət hüququnun əldə edilməsi üsullarından biridir. Daşınmaz əşyaların alğı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının mərhum əri X7 ilə ünvan 3 ünvanında yerləşən evin mülkiyyətçisi Cavabdeh arasında daçınmaz əmlakların dəyişdirilməsi barədə razılıqa gəlsələr də, cavabdeh lə Cavabdeh müqaviləni notariatda təsdiq edilməsindən boyun qaçırmışdır. Bunları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı mərhum əri X6 ilə cavabdeg Cavabdeh arasında bağlanmış evlərin dəyişdirilməsinə dair notariat qaydasında təsdiqlənməsi tələb olunan əqd tamamilə icra edildiyinə görə, lakin cavabdeh əqdin təsdiqindən yayındığına görə həmin əqd iddiaçının tələbi ilə etibarlı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : X6 ilə sonuncuya məxsus olmuş Ermənistan Respublikasının Ararat rayonun Şirazi kəndində yerləşən evi ilə xx xxxx 1989-cu il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov, 15 ünvanında yerləşən daşınmaz əmlakların dəyişdirilməsinə dair əqd tərəflər arasıında bağlanmış hesab edilsin. Qətnamə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov, 15 ünvanında yerləşən daşınmaz əmlaka Cavabdeh mülkiyyət hüquqularının xitam verilməsi və həmin daşınmaz əmlakla əlaqədar X2 hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4447/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4447/2020
27.11.2020 · Müqavilələrin dəyişdirilməsi - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver